Dördüncü pərdə
Səhifə 1 / 2
BİRİNCİ ŞƏKİL
H ə l ə b şəhərinin bazarında vaqe olur. Axşam çağıdır, sağ tərəfdə sair evlər var. Sol tərəfdə K e ş i ş və Ə s l i olan ikimərtəbə və balkonlu ev vardır. Ortada çeşmə qurulub, altı nəfər qız su doldurmaqla məşğuldurlar, evlərin içindən işıq gəlir. Qızlar su doldururlar və oxuyurlar.
(M u s i q i)
Qızlar--
Axşam oldu hey … şamlar yandı, (2 dəfə)
Tez ol, tez ol, qızlar, qaranlıq damdı. (2 dəfə)
Hər kim istər kim, dərdi az olsun, (2 dəfə)
Getməsin ərə, evdə qız qalsın. (2 dəfə)
(M u s i q i)
Axşam oldu hey … obalar yatdı, (2 dəfə)
Qaranlıq çökdü, ay da həm batdı; (2 dəfə)
Arvad olanın dərdi çoxdur, (2 dəfə)
Amma qızların heç dərdi yoxdur. (2 dəfə)
Amma qızların heç dərdi yoxdur. (2 dəfə)
Bu halda K ə r ə m ilə S o f i sağ tərəfdən nümayan olurlar, qızlar onları görüb qorxan kimi olurlar.
(M u s i q i)
K ə r ə m--
Ey Hələbin gözəlləri,
Altı qızlar, altı qızlar!
Bulaqdan su süzənləri,
Altı qızlar, altı qızlar!
(M u s i q i)
Keşiş bunda gəlib durar,
Xan Əslimi deyər, vurar,
Dərdli Kərəm sizdən sorar,
Altı qızlar, altı qızlar!
Q ı z la r d a n b i r i--Siz kimsiniz və bizlərdən nə istəyirsiniz?
S o f I--Ey gözəl qızlar, sizin bu şəhərə bir keşiş gəlib, öz qızı ilə olur, söyləyin bizə, allah eşqinə, o keşiş harada olur?
Q ı z l a r d a n b i r i--Bildim hansı keşişdir, bax, o keşiş bu evdə olur, bu evdə. (Qızlar gedirlər).
(M u s i q i)
K ə r ə m (sevinib)--
Gəzib-gəzib şəhərləri, kəndləri,
Axır gəlib sənə yetişdim, Əsli!
Unutmuşam cəfaları, dərdləri,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Haqq aşiqi söylədilər adıma,
Yetişmədi bir kəs mənim dadıma.
Keçən günlər düşdü mənim yadıma,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Şah oğluyam, dönmüşəm mən gədayə,
Çıx gəl bəri, verək səda-sədayə,
Dərdli Kərəm desin şükür xudayə,
Axır gəlib sənə yetişdim, Əsli!
Bu halda balkona açılan qapılar taybatay açılıb, Ə s l i hövlnak bir surətdə balkona çıxır və aşağı baxıb deyir:
Ə s l i--Kərəm!!!
K ə r ə m--Can Əsli!
Ə s l i bihuş kimi olur.
(M u s i q i)
K ə r ə m--
Gəzib-gəzib şəhərləri, kəndləri,
Axır gəlib sənə yetişdim, Əsli!
Unutmuşam cəfaları, dərdləri,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Ə s l i--
Dustaq kimi gəlib qalıb bu evdə,
Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl!
Bilməz idim çarə nədir bu dərdə,
Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl!
(M u s i q i)
K ə r ə m--
Ağlar qoyub ata ilə ananı,
İncitmişəm hər bir canı yananı.
Ötürmüşəm Məcnunu və Sənanı,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Ə s l i--
Keşiş babam məni döyüb söyəndə,
Qaçar ikən o kənddən bu kəndə,
Ahu kimi düşüb qalıb kəmənddə,
Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl!
(M u s i q i)
K ə r ə m--
Şah oğluyam, dönmüşəm mən gədayə,
Çıx gəl bəri, verək səda-sədayə,
Dərdli Kərəm desin şükür xudayə,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Ə s l i--
Keşiş babam bağlayıbdır hər yanı,
Yanmaz imiş onun mənə heç canı.
Gözüm görmür bu işıqlı dünyanı,
Çıx gəl bəri, Kərəm, Kərəm, Kərəm, gəl!
--deyib, ipək nərdivanı aşağı atır, K ə r ə m nərdivana çıxıb, Ə s l i dəxi balkondan bədənini aşağı sallayıb, ikisi bir-biri ilə görüşməkdə ikən k e ş i ş bazardan qayıdır və əhvalatı bu halda görüb qışqırır.
K e s i s--Ay haray!… Evimə oğru gəlibdir, ay haray!… Yığılın buraya?…
Bu qışqırığa iki nəfər z ə b t i y y ə gəlib, K ə r ə m i və S o f i n i tuturlar, camaat dəxi evlərindən bayıra çıxıb, əllərində fanus olaraq bu əhvalatı görürlər.
B ə z i l ə r i--Nə olub? Nə olub?
O b i r i l ə r i--Keşişin evinə oğru-quldur gəlibdir.
X a l q kamal-təəccüb ilə K ə rə m ilə S o f i n i n ora burasına tamaşa edir.
K e ş i ş (kənara çəkilib)--Ax-ax-ax…. Tanıdım, odur, padşahın oğlu Əhməd Mirzədir…. Yenə gəlib məni tapd?, ax!…
Bu halda Hələb p a ş a s ı daxil olur, yanında iki nəfər z ə b t i y y ə.
P a ş a--Bu nə yığıncaqdır burada? Nə olubdur? Geri çəkilin!
C a m a a t çəkilir.
K e ş i ş--Paşam! Bu iki şəxs mənim evimi yarmaq istərkən gəlib üstə çıxmışam.
P a ş a (acıqla)--Nakəslər! Bu şəhəri sahibsizmi zənn etdiniz? Nə cürət edib quldurluğa gəlirsiniz? Aparın bunları həbs edin!
K ə r ə m (əcz ilə)--Paşam, izn ver, bir neçə kəlmə sözüm var.
P a ş a--Nə sözdür, de görək.
(M u s i q i)
K ə r ə m--
Yazıq ömrüm qərib eldə keçirdim,
Heç əhvalım bildirən yox, bilən yox!
Getdi fürsət, əldə ikən qaçırdım,
Qərib qaldım, güldürən yox, gülən yox!
(M u s i q i)
Əlimdən aldırdım nazlı sonamı,
Tərk eylədim atamı, həm anamı,
Deyə-deyə göm-göy etdim sinəmi,
Xəncər alıb dəldirən yox, dələn yox!
(M u s i q i)
Mən Kərəməm, ah çəkərəm, ağlaram,
Dərd bilənin ürəyini dağlaram.
Kimi deyib, kimə ümid bağlaram.
Göz yaşımı sildirən yox, silən yox!
İndi buyur məni aparsınlar həbs etsinlər.
PƏRDƏ
İKİNCİ ŞƏKİL
Hələb paşasının i m a r ə t i n d ə vaqe olur. P a ş a bir taxt üzərində əyləşib, meypuş qəlyan çəkir. Onun qabağında bir neçə q ı z oynayır. Bir qədərdən sonra n ö k ə r daxil olur, qızlar oyunu kəsib, bir kənarda dayanırlar.
N ö k ə r--Paşam, bir dəstə camaat hüzurunuza izn istəyir.
P a ş a--Burax gəlsinlər.
C a m a a t və Ş e y x-N u r a n i daxil olurlar.
(M u s i q i)
C a m a a t (təsnif)--
Ey paşam, ey paşam,
Kərəmi et azad.
Ey paşam, ey paşam, Kərəmi et azad, azad et.
Aşiq olub keşiş qızına,
Aşiq olub keşiş qızına.(2dəfə)
Ol aşiqdir!
P a ş a (şur ilə)--Əmr olunsun, gedib dünənki məhbusu buraya gətirsinlər.
Ş e y x-N u r a n i (Osmanlı üstə)
Aşiqə etmə əziyyət, ey paşam,
Aşiqin üftadədir, üftadədir, üftadədir.
İstəsə aşiq əgər öz canını,
Yar üçün qurban edə amadədir.
C a m a a t--
Aşiq olub keşiş qızına,
Aşiq olub keşiş qızına. (2dəfə)
Ol aşiqdir.
Ş e y x (yenə təkrar haman sözlər başqa tərkib musiqi ilə)--
Kuhkəm nəqşin çəkib, Şirinə vermiş bir fərib,
Gör nə cahildir, yonar daşdan özünə bir rəqib.
C a m a a t--
Aşiq olub keşiş qızına,
Aşiq olub keşiş qızına. (2dəfə)
Ol aşiqdir.
Oxuyub gedir. K ə r ə m i gətirirlər, əllərində zəncir vardır.
P a ş a (söz ilə)--Ey şəxs, sən kimsən və nəçisən, söylə!
(M u s i q i)
K ə r ə m--
Mən Kərəməm, İsfahandır elimiz,
Ördək uçdu, viran qaldı gölümüz.
Qoy olsun, necə olur halımız,
Qurban olsun yar yolunda canımız.
(M u s i q i)
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-esli-ve-kerem-opera-dorduncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
ƏşarBəli, doğru deyirlər ki;
Ordan-burdan 122Məişətimizdən– Kərbəlayı Məmmədcəfər salaməleyküm!
Muğamat və xalq mahnılarının ifası haqqındaYoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər. Hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur.Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir.
Səhnənin tərbiyəvi əhəmiyyəti haqqındaPublisistlərimizin bir çoxu teatr tamaşalarının tərbiyəvi əhəmiyyətindən danışarkən ancaq dramları, yəni mahnısız və musiqisiz səhnə əsərlərini nəzərdə tuturlar; gənc publisist Əsəd Məmmədov-Əhliyev Müsəlman Artistləri Peşəkar İttifaqının yaradılmasını (“Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri”nin 241-ci nömrəsinin səhifələrində) alqışlayaraq, ittifaqa “ancaq Melpomena məbədini ucaltmağı”, yəni ancaq dram əsərlərini tamaşaya qoymağı məsləhət görür, çünki musiqi əsərləri, vətəndaş Əhliyevin dediyinə görə, “səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsuludur”.Opera, operetta, musiqili dram kimi əsərlərin tərbiyəvi əhəmiyyətinin sübutsuz-dəlilsiz qətiyyətlə inkar edilməsi bir tərəfdən teatr və ümumiyyətlə, teatr sənəti haqqında ictimaiyyətin şüurunda məhdud təsəvvür, habelə sənətin musiqi sahəsinə mənfi münasibət yaradır, digər tərəfdən, özlərini musiqi sənətinə həsr etmək qərarına gəlmiş gənc müsəlmanları həvəsdən salır; beləliklə, milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii arzunun qarşısına sədd çəkilir.
Başqa şairlərin şeirləri
Ta canım cismdə var həqqə qunut etməliyəm,Bu yalan ölkədə mən həqqi sübut etməliyəm.
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram