Ata və oğul

Hacı Xəlil, müsinn şəxs, həştad beş il dünyada ömür edəndən sonra, xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti Quran etməyə məşğul idi. Sağ tərəfdən hacının övrəti əyləşib, əlində dəsmal, həzin-həzin hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı, qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü hacının üzündə idi.Hacı Xəlili böht aparmışdı və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil səkkiz yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa bu uşağı oxudaq, bəlkə savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub “oğul, Allah özü sənə yar olsun” deyib məktəbə yola saldı.

Əbdürrəhim bəy Haqverdiyev27 dəq
Azərbaycanda teatr

Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.

Əbdürrəhim bəy Haqverdiyev22 dəq
Mirzə Səfər

Ağ çuxalı, ağ arxalıqlı, İkiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Hər görən ona salam verirdi. Hər bir ziyafətdə Mirzə Səfər isbati-vücud edərdi. Mirzə Səfərin söhbətlərinə hamı aşıqdı. Gözəl danışardı. Çox şairlərin əşarı onun sinə dəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyrü-üyrü rus dilinə tərcümə edərdi. Deyərdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, fəqət bir nəticə hasil olmamışdı.Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün İki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb, şeir özözünə su kimi axacaqdır. Qafiyə tapmaqda çətinliyə uğradıqda İki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar.

Əbdürrəhim bəy Haqverdiyev17 dəq
Koroğlu

Dumanlı kəndi böyük bir dairənin mərkəzi olaraq iki yüz iyirmi beş “tüstüdən” ibarət bir kənddi. Bu kəndin mindən artıq əhalisinin əksəri bağdarlıqla dolanırdı. Dumanlı üzümü, Dumanlı şaftalısı hər yerdə ad qazanmışdı. Hər “tüstünün” özünə məxsus bir desyatin, ya bir desyatin yarım bağı var idi. Kəndin ortasından axan qədim, böyük bir arxın suyu ilə camaat bağlarını sirab edirdi. Camaatın cüzi hissəsi əkinçiliklə məşğul idi. Bunlar, kəndə məxsus əkin yeri olmadığından, gedib kəndin yavuqluğundakı min desyatindən ibarət “ağalıq” yerdən lazım qədər, dörddən bir mədaxilinə ağadan icarəyə götürüb, taxıl ya pambıq əkərdilər. Hamıdan çox ağalıq yerində ziraət edən kəndin zəngin qolçomağı Hacı Bayram idi. Bu adam götürdüyü yerdə özü işləməyib camaatın füqərasından, ya “həmişərilərdən” muzdur tutub işlədirdi. Hacı Bayramın qoyununun, atının, qaramalının hesabını bilən yox idi. Onun qoyunlarını beş çoban çətinliklə idarə edirdi. Hacı Bayramın nəinki dairə, tamam qəza tanıyırdı. Qəzanın hər bir yerindən pula ehtiyacı olan atını minib Hacı Bayramın ydanına gələrdi. Hacı verdiyi pullara faiz almazdı, deyərdi: “Şəriətdə faiz almaq haramdır”. O, pulu verib əvəzinə nuyanda müəyyən qiymətə məhsuldan verilməsini şərt edirdi. Söz yox ki, qərəzdarın bir əli ilə boğazından yapışıb, o biri əli ilə onun nuyanda hasil etdiyi məhsula İndidən qiymət təyin edən Hacı Bayram birə-iki puluna faiz qazanırdı.Dumanlı kəndində bir nəfərin nə bağı var idi, nə əkin yeri – bu adam İsrafil Vəlioğlu idi. İsrafil on İki yaşında ikən çiçək xəstəliyindən iki gözü də kor olmuşdu. Kor İsrafil i tamam dairə tanıyırdı. Çünki onun peşəsi oğlunun əlindən tutub, kəndbəkənd gəzib saillik etmək idi.

Əbdürrəhim bəy Haqverdiyev21 dəq
Əziz Şərifə

1Əziz qardaşım Əziz!

Əbdürrəhim bəy Haqverdiyev192717 dəq
Şeyx Şəban

– Şeyx Şəbanı siz tanıyırsınızmı?– Xeyr!

Əbdürrəhim bəy Haqverdiyev21 dəq
Maksim Qorkinin həyat və yaradıcılığı

Çocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir.Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı.

Əbdürrəhim bəy Haqverdiyev16 dəq
Mozalanbəyin səyahətnaməsi

Bizim möhtərəm mühərririmiz Mozalan bir neçə vaxt bundan əqdəm Qafqaz səyahətinin fikrinə düşmüşdü, istəyirdi ki, Qafqazın bir para mərkəzlərini səyahət edib gördüyündən və eşitdiyindən yazıb “Səyahətnameyi-İbrahimbəy” kimi bir kitab düzəldib millət üçün yadigar qoysun. Mozalanın bu xəyalını biz də çox bəyəndik, çünki həqiqətdə Qafqaz müsəlmanları öz vətənlərinə bələd deyillər və onlar üçün Mozalantək bir mücahid böyük qənimətdir. Gedib hər bir yeri səyahət edər, məsələn, Gəncənin hamamlarından, Şəkinin pirlərindən, əfəndilərindən, qiraətxanasından, Bakının qoçularından, müsəlman teatrını təkfir edənlərdən, Qarabağın dağılan qəmisələrindən (komissiya), bəylərin danoslarından, hacıların əhli-iman olmaqlarından, axundların camaatın doğru sözünə cavab tapmayıb qaçıb kəndlərdə, hücrələrdə guşənişin olmaqlarından, Naxçıvanın camaat belini inək beli hesab edib dağıdan sağsağanından, Irəvanın xanlarının millətpərəstliyindən, Şamaxının, Kürdəmirin, Göyçayın, Ağdamın... nələrindən yazar, özü bilər, xülasə, fəxrimizə layiq adətlərimizdən, axır çərşənbədə odlara düşüb özlərini millətə qurban edənlərimizdən, çeşömarəm be to mən nam be nam, bunların hamısın, yazıb bir yadigar qoyar, biz də oxuyub özümüzü başıuca hesab edərik.Mozalanın yol xərcliyi idarədən düzəldi, ancaq ona bir bəylik kağızı lazım oldu ki, şəhərləri gəzəndə camaat ona ehtiram göstərsin, bəy olmayanda ki, nə hörməti?

Əbdürrəhim bəy Haqverdiyev28 dəq