Poçt qutusu
İllərdir bu divara, sən ey poçt qutusu,Yorğun bir adam kimi dayamışsan arxanı,Saqlıdır içərində sirlərin ən quytusu,Tanımayan bulunmaz sənin açıq yaxanı.
Karvanların uzayan yollarının zülmünəCanla, başla, ürəklə dəmir köksünü gərdin.Kiminə nəşə sundun, qəm içirdin kiminə,Buna həyat, onaysa ölüm pəyamı verdin.
Bəzinin ələmində, bəzinin çaqasındaİştirak eyləmişsin anlamadan, müxtəsər.Kim bilir ki, o sakit sinənin arxasındaBir quş kimi döyünmüş neçə-neçə ürəklər.
Xoş gəlir mənə səndən bu aldığım duyğular,Ey dəmir qutu, fikrim halqalanır önündə.Sayəndə canlanırkən çılpaq, yetim arzular,Xəyalımın gölləri dalğalanır önündə.
Sənmi çox oynamışsın könüllərlə, mənmi çox?!Sənmisən, ya mənmiyəm min bir xəbər şahidi?!Ayrılığa, vüsalə aid səndə nələr yox?Sən deyilmisən uzun macəralar şahidi?
Sən mənimlə bir qədər razılaşıb izin ver,İzin ver də yarayım dəmir bağrını az-çox,Görünsün içərində birikən xəzinələr,Çünki səni həqqilə anlayan yox, duyan yox.
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-poct-qutusu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əsrlərdən bəri, illərdən bəriDərdinə qaldığım yerdir bu yerlər.
Gecə düşüncəsiXoşladığım bir gecə, yerlər, göylər işıqlı,Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
GöygölMən bu gün Göygölü durğun gördüm,Göygölün şəklinə vurğun gördüm.
GülüşlərGülüş vardır səslərinə tuncəkslər yapdırır,Gülüş vardır könülləri ruzgarlara qapdırır.