Pambıq şaxları
Hər şaxın üstündə bir bəyaz xülya,Bir titrəyiş duysa düşər qorxuya,Dönər boynubükük yasəmənlərə,Qırılar, tökülər, sərilər yerə.O bəyaz xülyaya toxunun yavaş,Yoxsa ürəyində duyar bir təlaş.Dalğın bir şairin xülyasıdır o,Mil düzünün bəyaz röyasıdır oKi, bu gün həqiqət şəklinə girmiş,Bütün şübhələri yıxıb devirmiş.Görünür tarlada ülviyyətimiz,Nazik şaxlar təmiz, kolxozlar təmiz.Hər qoza ləkəsiz çocuq varlığı,Sığmayır dünyaya bəxtiyarlığı.Mən neçin bu zaman fikrə getməyim,Ya neçin fikrimi dərinlətməyim?Mən neçin bu zaman coşub-daşmayım,Ürəkdən həyata yaxınlaşmayımKi, bir gənc şairə lazım olan hər,Hər dürlü mənzərə burda əks edər!
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-pambiq-saxlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Deyə bilmərəm…Məni də belə yaratdın, tanrım,Dözümlü, kövrək, sakit, sadədil…
GəlsinOturan ağalar duran qazilər,Lənət bu dünyanın işinə gəlsin