Yağış yağır, rəqs eyləyir gur damlalar,Sıra-sıra, inci-inci nur damlalar.Göydə iki qara bulud toqquşaraq,İldırımlar şaqqıldayır şaraq-şaraq.Quşlar uçur yuvasına pırıl-pırıl,Şırıldayır navalçalar şırıl-şırıl.Çaxnaşmada göy üzündə ildırımlar,Bir-birinə dəydi, baxın, qaldırımlar.Dönmələrdə durana bax, qaçana bax!Qaldırımda o balaca oğlana bax!Öz döşündən yeni sözlər toxuyaraq,Ayağını şappıldadır oxuyaraq.Gülə-gülə bir qız qaçır o səkidən,Ürəkciyi xali deyil səksəkidən,

Yağ, yağışım, yağ sel ol, yağ!Sırma-sırma, tel-tel ol, yağ!Çözül, sən ki kölgəli bir yar saçısan,Bağrıyanıq səhraların əlacısan.

Yağ, yağışım, sellənərəkSırmalanıb tellənərək!

Zümzümənlə şirin-şirin dillən, yağış.Küçələrdə uşaq kimi vellən, yağış!Bunlar keçər, çarpsın, səma, köksüm kimi,Ey ildırım, səs ver mənə, səsim kimi!Yağ, ey yağış, fikrim kimi, hissim kimi,

Uzaq, yaxın çöllərə yağ,Ölkələrə, ellərə yağ!

Yağış yağır, rəqs eyləyir gur damlalar,Sıra-sıra, inci-inci nur damlalar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar