Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə,Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə.
Şəqayiq pərdədən çıxdı, boyandı bağ ilə bostan,İrişdi gülşənin hüsnü boyandı rəngi əzharə.
Məni mən’ etmə, ey zahid, güvənmə zikrə, ey sufiKi, sən məğrurisən zikrə, mənəm müştaq didarə.
Ki, hər bəlhüm əzəl bilməz nədir kim, eşqin əhvalı,İrişməz qasirin əqli bu müğləq sirri-əsrarə.
Əbirü mişkü ənbərtək rəyahindən çəmən doldu,Səhərdə tə’n edər saçın nəsimi mişki-tatarə.
Ki, çıxdı qönçədən sünbül giriban çak edər məntək,Dəlindi qüssədən bağrım, sən etmə yürəgim yarə.
Çəmənlər müxtəlif oldu həzar əlvan çiçəklərdən,Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə.
Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır,Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə.
Bənövşə, gül tamaşası qənimət bil ki, beş gündür,Satar mə’şuqə gül hüsnün, xəridar ol bu bazarə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yaxıldı canına canı dəmi-İsa NəsimininVüsali dərdinə dərman, irişdi cani-bimarə.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-bahar-oldu-gel-ey-dilber-tamasa-qil-bu-gulzare
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Hər kimə kim, səncəliyən bir pərivəş yar ola,Əqlü huşü xani-manından dəxi avar ola.
AldanmaSevdiciyim, məndən sənə əmanət,Hər yetənə, yalançıya aldanma.
"Şair"lərimizə nəzirəEy alnın ay, üzün günəş, ey qaşları kəman,Ceyran gözün, qarışqa xəttin, kakilin ilan.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,