Ey Məsihadəm, niyə can vermədin cansızlara?
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey Məsihadəm, niyşə can vermədin cansızlara?Ol ki, hər dəm can ilə aydır ki, canan sizlərə.
Ləblərin abin məni-diltəşnədən qılma diriğ,Nola dərman eyləsən bu dərdi dərmansızlara.
Abi-heyvan qiymətin heyvana sorma, Xızra sor,Çünki idrak eyləməz hər dəgmə heyvan sizlərə.
Hüsn içində Yusifi-Kən’ana təhsin etməzəm,Onların dövranı keçdi, gəldi dövran sizlərə.
Barmaq ilən göstərərlər kim, üzündür qibləgah,Ol şəhadətdən dönübdür küfri-iman sizlərə.
Dilbəra, könlündə yoxdur aşiqə qılmaq vəfa,Xeyri qoymaz miskinə qılmağa şeytan sizlərə.
Çün Süleyman mülkünü qoyduvü getdi dünyadan,Qaldı andan sonra bu mülki-Süleyman sizlərə.
Eşq içində binəva qaldım, hədər cəhd eylərəm,Halımı ərz edə bilmən, şahi-xuban, sizlərə.
Əhli-aləm ildə bir qurban edərlər eyd içün,Hər zaman qurbanınam, ey cümlə qurban sizlərə.
Lütfü ehsan vaxtıdır, şaha, mənə ehsan gərək,Çün əzəldən qismət olmuş lütfü ehsan sizlərə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, xubların bir başı vardır, min dili,Eşqilə bel bağlama bu əhdü peymansızlara.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-ey-mesihadem-niye-can-vermedin-cansizlara
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müənbər sünbülün, şaha, güli-siraba pürçindir,Məazallah, xəta qıldım, nə pürçin, nafeyi-Çindir.
Mehri-rüxün tabına düşdü könül yanədirMehri-rüxün tabına düşdü könül yanədir,Şəm’ə düşən narına yansa gərək, ya nədir?
Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşqNagəhan könlümə düşdü şurişi-qovğayi-eşq,Aqili divanə qıldı aqibət sevdayi-eşq.
Neylərəm mən bunda durub, çünki dildar andadırNeylərəm mən bunda durub, çünki dildar andadır,Sanma kim, anda dedigim Bursa ya Larandadır.
Başqa şairlərin şeirləri · Eşq
Gözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Ey qumru kimi sevgiyə yad dilbər sənTavus quşunu hüsn ilə mat eylərsən.
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbərApardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.