Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl!Gözlərim yaşı cahanı dutdu, tufan oldu, gəl!
Canımın vəslinlə həqdən ittisalı var ikən,Dövləti-vəslindən ayru düşdü, hicran oldu, gəl!
Çəkdi mişkin zülfünü, aldı əlimdən ruzigar,Şol səbəbdən könlümün halı pərişan oldu, gəl!
Gərçi məndən surətin qaibdir, ey huricamal,Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!
Firqətin şol dərd imiş canımda kim, hər kimsə kim,Fikrinə düşdü bu dərdin, əqli heyran oldu, gəl!
Səndən ayrı düşdügüm ağulər içirdi mana,Vüslətin tiryakı qanı, vəqti-ehsan oldu, gəl!
Xızr əgər zülmətdə istər çeşmeyi-heyvanını,Susamış müştaqə lə’lin abi-heyvan oldu, gəl!
Gərçi xəndandır fərəhdən ağzı açılmış gülün,Əndəlibin gözlərin gör kim, nə giryan oldu, gəl!
Məqtə — şairin təxəllüsü olan son beyt. Yar cövr etmiş Nəsimiyə, rəvadır gər ana,Öz nigarından cüda zəncirü zindan oldu, gəl!
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-firqetin-derdinden-ey-can-yuregim-qan-oldu-gel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üzün güldür, ləbin lə’li-şəkərbar,Gözün cadu, saçındır mişki-tatar.
Üzün günündən, ey qəmər, ənvara düşmüşəmÜzün günündən, ey qəmər, ənvara düşmüşəm,Anəstünarən olmuşam, ol nara düşmüşəm.
Üzün bədri cahanın danəsidirÜzün bədri cahanın danəsidir,Yerü göy, ayü gün pərvanəsidir.
Üzün nuri-təcəlli məzhəridirÜzün nuri-təcəlli məzhəridir,Sözün dadlısı abi-kövsəridir.
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər