Mətləi-hüsnün, ey sənəm, məzhəri-layəzalidir,Cümleyi-kainat onun pərtövünün zülalıdır.

Baxdı cahana bir nəzər şahidi-laşərikə-ləh,Çöhrəyi qıldı vasitə, mütləq onun vüsalıdır.

Surətə düzdü mə’niyi-leysə kəmislihi, dedi:Surəti mə’ni eyləyən qüdrəti-pürkamalıdır.

Cilvə qılıb camalını, xublara höccət eylədi,Sün’ünə qıl müşahidə, gör nə əyan camalıdır.

Baxsa olur müayinə yüzünə bihicab, anınÇöhrəsinin təfərrücü ne’məti-layəzalidir.

Axirətin mətainə müştəri olma, istəməHər nə ki, anda var isə, cümlə bunun misalıdır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Şükr ilaha eylərəm dəmbədəm, ey Nəsimi, kim,Gör bu camalı la tühəb, rəhməti-zülcəlalidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri