Çadırlar
Suları çağlayanümman səhrada,Ağappaq adadır hər titrək çadır.Əriyir tüstü təkduman səhrada,
Çadıra söykənir sıra çadırlar.Üfüqdən üfüqə gedib çatırlar.Elə ki küləklə ağ qar ələnir,Səhrada dəhşətli haray səslənir.
Qaçqınlar su üçün qaçır obaşdan,Yollarda palçığa, zığa batırlar.Soyuqdan, küləkdən, qardan, yağışdanOnlar çadırlarda necə yatırlar?
Uşaq "çörək" deyə qəmli dayanmış,Gözlər yol çəkməkdən alacalanmış.
Titrəyib dəhşətli yellər önündəHər ürək — elə bil yaralı bir quş.Dörd yandan axışan sellər içindəAnanın döşündə südü qurumuş.
Bədənlər nə dəmir, nə də ki, tuncdur,Ən zəif canlıdır zərif canlılar.Soyuq tufandan da daha qorxuncdur,İnsan taleyinə soyuqqanlılar.
Onlar kefə baxır — azacıq gendə,Vurur bala-bala, deyib gülürlər.Bura humanitar yardım gələndə,Bizim "humanistlər" yarı bölürlər.
Ey qar, qış gəlməmiş niyə yağırsan?Torpaqlar ağappaq, sular qapqara.
Sən də göy qübbəsi!mavi çadırsanRəhm elə yerdəki boz çadırlara!
Kaş mən öz köksümüyara biləydim,Bu dərd də mənimdir, bu qəm də mənim.Kaş elə bir çadır qura biləydim,Hamı isinəydi sinəmdə mənim.
12 dekabr 1993
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-cadirlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey yar vəfadarım,Didarına müştaqəm,
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Kimdən öyrəndinEy şairin həmvətəni,Çox istərəm görəm səni.
Cəfərqulu xanın Mirzə Əbülqasım Qazini həcv etməsiƏla, ey munisi-dirinə qazi,Yetirdin sinnini sittinə, qazi.