Qızıl yelkən
Zülmət üfüqlərdə solğun bir işıq,Təbiət göylərə ulduzlar düzür.Dünən Ay bütövdü,Bu gün yarımçıq.Sanki qızıl yelkən çəpəki üzür.
Ulduzlar parlayıb düşür qayığaİstəyir yelkənlə sahilə çıxa.Yelkən qucaqlaşır karvan yoluylaYol alıb gedir.Sanki qol-boyundur çıraqban Ayla,Göylərə qızıldan iz salıb gedir.Elə bil İlahi bir əfsanədir.
Səhər… Günəş doğdu, rənglər itdilərGöylər mavi-mavi, sönüb ulduzlar.Ulduzlar yelkənlə hara getdilər?İlahi, aç mənə bunda nə sirr var?Bir qızıl qayığa möcüzə kimi,Min-milyon ulduzlar sığa bilərmi?
8 sentyabr 2003
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-qizil-yelken
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Barilahim qismət etmişYaxşı yoldaşlan məni,
Şirin bir laylayamDağların başında bitən çiçəyəm,Hər əsən küləyə baş əymərəm mən.
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.