Dünya şöhrətli müğənnimizZeynəb Xanlarova üçün

Əyər külək qopubtufan coşarsa,Səni küləkdən də qoruyam gərək!Ömrə fələk birdən kələk açarsa,Səni fələkdən də qoruyam gərək!

Səni yerə, göyə,qısqandıqca mənGur seldən, çaydan da qoruyam gərək!Eşqini atəşin od sandıqca mən,Günəşdən, Aydan da qoruyam gərək!

Mənim dəyməsə dəheç kəsə gözüm,Səni gözümdən də qoruyam gərək!Səni özümdən çox sevsəm də özüm,Səni özümdən də qoruyam gərək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale