Allaha Rüşvət (Axalsixdən)
Ay molla dayı, keçən həftə qoca atam Allah rəhmətinə getdi. Allah sizinkinə də rəhmət eləsin. Vallah, ürəyimdə ha yalvardım, bu qış günündə, bu pulsuz vaxtımda ölməsin; ha deyirdim, alacaqlanmı yığım, heç olmasa, bir neçə yüz manat ələ götürüm. Atamın cənazəsinə xərc edim. Amma zalım Əzrail kasıb-kusub halından qanan deyil. Mənim yalvarmağım boşa getdi, yenə öz bildiyini elədi. Bir yandan atanım ölümünü, bir yandan da pulsuzluğumu dərd edirdim ki, bu vaxtda nə idi başıma gəldi: bizim mərhəmətli qonşu arvadlar atamın ölüm xəbərini eşidən saat qanşqa təki evimizə doldular, bir ağlaşma, bir fəğan qopardılar ki, Allah göstərməsin. Beş-on dəqiqə keçmədi ağbaşlılar dəstəsi də hücum çəkdi. Bir saat sonra bizim evimiz dəxi bizimkilikdən çıxdı. Atamın ölüm dərdini yadımdan çıxartdım. Çünki orası deyildi: Allahın bu çağırılmamış qonaqlarına çay, suxarı, çörək, plov… Molla dayı, bir burada olub öz qulağınla eşidəydin ki, arvadların ağlaşmalanyla mollaların Quran oxumaları bir-birinə qarışanda ne qəribə aləm olarmış!!! Bir istədim arvadlara deyim: “Nahaq zəhmət çəkib özünüzü incidirsiniz, atam doxsan yaşında fağırın biri idi. Öz əcəldə Allahın rəhmətinə getdi, sizə nə olub saçlarınızı yolursunuz?”
Ele ağzımı açdım deyim, hər yandan: “Sus, təzə müsəlman! Sus, mürtəd!”
Çarəsiz çəkildim kənara.
Molla dayı, görəydin qoca fağır atamı, nə mədh, ne tərif edirdilər, deyəsən zəmanənin tek mücahidi, məmləkətin dirəyi, camaatın biləgi idi. Senin bəyənmədiyin arvadlar nə muğamlar, ne havalar oxuyurdular! Bunların medhiyyelərini eşitdikcə az qala özüm də atama şəkk gətirirdim. Halbuki doğrusunu demək lazım gəlsə, rəhmətlik atam Allahın ən yazıq, dilsiz, bisavad bir bəndəsi İdİ, öz şəhərindən savayı dünya bilməzdi, bozbaşdan özgə bir zad tanımazdı, saqqalına xına qoymaqdan qeyri əlindən bir şey gəlməzdi.
Ay molla, arvadların ağlaşma dərgahı, mollaların bu çay-xörək büsatı bir cür ötüşdü. Bir neçə yüz manatla rədd və dəf olundu. Bunlar da cəhənnəm, amma mənim sözüm bunlarda deyil, dərdim özgə dərddi. Bilmirəm, mənim evimi yaxın “dövr” büsatı sizin tərəflərdə de varmı?
Qoy “dövr”ü sənə anladım… Bizim tərəfdə biri öləndə çoxlu molla ve mollaya bənzəyənlər ölü evinə yığılıb həlqə otururlar, nə cür ki, cavanlar həlqə durub dirədöymə oynarlar. Ölü sahibi öz gücünə görə min manat, iki min manat, beş min manatlıq qızıl, gümüş umarəti {məsələn, boğazlıq, bilərzik, sırğa, kəmər, gerdənbağı… kimi zadları) bir yaylığın içinə qoyub gətirir, her kəsə cərgə ile verir, yenə geri alır. Verən kimi belə deyir: Bu pulu sənə Allah rizası üçün verdim, qəbul etd inini? Alan şəxs də deyir: Allah rizası üçün qəbul etdim. Yenə sənə hibə etdim. Əgər həlqədə oturanların sam əlli olsa, və yaylıqdakı umaretin qiyməti iki min manatlıq olsa, ölü sahibi ölünün xeyrinə, yəni sağlığında qılmadığı namazın, tutmadığı orucun, vermədiyi zəkatın əvəzinə yüz min manat kasıb-kusuba paylanmış hesab olunar ve hamı günahı bağışlanar. Yəni günahı bu “dövr” pulu ilə əvəz edilir, anadan doğulmuş təki məsum ve günahsız olur.
Molla dayı, elə bircə özünü ağıllı bilirsən. Görürsən üsulu, görürsən alveri: ölü sahibi bu cür “dövr” şeri ilə heç bir fəqirə bir qəpik verməmiş ölünün xeyrinə minlərcə manat vermiş hesab olunur. Bu cür şəri-əməl ile həm cibdən bir qəpik çıxmaz, həm də şəriət əmri yerinə gəlib Allah da razı olar.
Bizim bu şəri “dövr”ümüz qədimdən bəri həmişə bir qayda ile əmələ gəlirdi: ölü sahibi bir-iki min manatlıq umarəti götürüb həlqədə oturanlara cərgə ilə verirdi, yenə geri alardı. Amma bədbəxtliyə bax ki, heç ağla gəlməyən iş mənim başıma gəldi. Rəhmətlik atamın “dövr”ündə qonşumuz Gülsüm xaladan min manatlıq gümüş-qızıl umaret əmanət alıb götürdüm. Necə ki, şəri qaydamızdır, “dövr”də oturanlara bir-bir verib geri alırdım. Növbə molla Süleyman molla Osman oğluna gələndə dedim, Allah rizası üçün bu pulu sənə verdim, qəbul etdinmi? Molla Süleyman:
– Allah rizası üçün qəbul etdim, – deyib aldı, cibinə qoydu. Hey istəyirəm, vermir ve deyir:
– Allah rizası üçün verdin, mən də qəbul etdim. Keyfim istər verərəm, istəməz vermərəm. Zorla istəməyə nə haqqın?
On gündür ki, Gülsüm xala gəlib əmanət istəyir ve məhkəməyə şikayət edəcəyəm – deyir. Bilmirəm nə edim. Cənab qazının yanına getdim, molla Süleymandan şikayət etdim ki, umarəti geri versin. Hələ qazıya bax, ne cavab verir: şerən onun malıdır.
A kişi belə zad olar ki, molla Süleyman min manatlıq müftemüslüm yesin? Kim götmüşdü indiyədək bu cür xilafi-adət iş olsun? Kimin yadına gələrdi ki, “dövr” pulunu alıb verməsin.
Vallah, molla dayı, bu bəlaların hamısı səndəndir. Camaatın indiki biclikləri hamısı sənin kələyindi. İndiyəcən 1325 il keçib heç bir yerdə belə zad görünməyib ki, bu kişi “dövr” pulunu alıb yesin, həm də desin ki, şərən mənim malımdı, halalımdı.
Haraya vanrsam, bir çarə tapmıram. Gülsüm xalanın əlindən haraya qaçacağımı bilmirəm. Amandı molla dayı, nə cür ki, bu biclikləri sən xalqın yadına saldın, ele də dərmanını tap, məni Gülsüm xaladan qurtar.
Mozalan
‘Molla Nəsrəddin”, 1908, N8
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-allaha-rusvet-axalsixden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey müctəhid və xan mənbəyi İran! Ey din və xəyalat mühibbi insanlar! Ey bir mollanın əmri ilə neçə yüz qurban verən fədakarlar! Bəsdir köhnə adətinizi, köhnə xasiyyətinizi, köhnə xoşbəxtliyinizi məşruteye qurban etdiniz. Bəsdir Tağızadələr kimi dinsizləri çıxarıb mücahidlərinizə dil uzatdırdınız, firengmeab cavanlara yol verib, qırmızı saqqallılan dala buraxdınız. Amerika dinsizlərini gətirib beytül malı olanlara tapşırdınız. Ey min ildən bəri, fırtınalı dərya dalğa və ləpələrinə bənzəyən gözəl İran! Sənə nə oldu ki, “məclisinə” ancaq yetmiş iki əmmaməli qoydun, üç-dörd ay əvəzinə məclisdə ancaq bircə ay yas tutub baş yardın? Sərdar Əsəd əvəzinə Sinəpdara hökumət tapşırdın!Lakin ey minlərcə ildən bəri məzhər, mehdi, qiamlan köməyinə ümidvar olan səbirli İran! Heç ürəyini sıxma vaxtın bu istisində, bu qızdırmalı halətində Şimaldan, Cənubdan sənə doğru sərin və xoş yellər əsməyə başlayır… Azəbaycan havasını dalğalandırır, ləpələndirir. Daha bundan sonra arxaym ol! Arxayın ol ki, no baş çapmağına, nə mərsiyəxanalarma, nə də müctəhidlərinə heç kəs bir söz deyə bilməyəcəkdir.
Təşəkkürİndiki islam üləması arasında münaziəli, şəkli bəhslərdən biri də hicab məsələsidir. Bu eylə əhəmiyyətli bir məsələdir ki, heyati-ictimaiyyə və mədəniyyətimiz hər zaman bunun tehti-təsirində bulunmuş və elan da bulunmaqdadır. Bu məsələnin bir kərə qət olunub qurtulmasını hər sahibi-maarif kimi mən do arzu edərdim. Lakin bunun üçün “cəsarətli”, elmli, nüfuzlu bir fazilin vücudu lazımdı. Hərçəndi bir çox mollalar təklikdə “sətrin” şəri olmamağını, maarif və tərəqqimizə zərər vurduğunu söylüyürdü, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət eləmiyirdi. Həmd olsun ki, Qafqaz müftisi Hüseyn əfəndi həzrətləri “Seda”™nın 10, 11, 12, 13-cü nömrələrində alimane nəşriyyatı ile “sətrin” şeri olmadığım, yəni müsəlman arvadlarının üzü açıq gəzə biləcəklərini möhkəm və şeri dəlillər ilə isbat və bəyan edib məqami-fitva penahidən bu çətin məsələyə nəhayət verdi.Bu münasibətlə Müfti əfəndi həzrətlərinə tərəqqeyi-milliyəmiz naminə ərzi-təşəkkür edərim.
SöhbətBir gimnaziya mütəəlliməsi ilə şəriət müəllimi arasında M ü t ə ə ll i m ə. Müəllim əfəndi, görünüz nə xoşbəxtik ki, bizim də “İşıq” qəzetimiz var. Bundan sonra hər ixtiyarımızı, hər hüququmuzu istəyəcəyik. Razı olmayacayıq dəxi kişilərin kefmə əsir olaq. “İşıq”ın çıxmağına dünyalar qədər sevinirəm. Sağ olsun Xədicə xanım!Müəllim. Ha, ha, ha! Öz başınızasınız ki, istədiyinizi edəsiniz. Bax, Xədicə xanım 3-cü nömrədə nə yazır: “Biz şəriəti-islamiyyə miivafıq əməl etmək arzu edirik”. Madam ki, şəriətə müvafiq əməl istəyirsiniz, o vaxt kef genə bizimdir.
Felyeton («Yeni irşad» və H.Naseh)“Yeni irşad”ın 20-ci nömrəsində Gəncə şəhərindən H.Naseh imzalı bir məktub çap olunmuşdu. Cənab Nasehin orada yazdığı sözlərin hamısını başa düşmədim, çünki o dili mən oxumamışam. Ancaq zehnnən bunu anladım ki, Gəncədə müsəlman cavanlan rus dilində bir qəzet çıxartmaq istəyirlərmiş, Nasehin də xoşuna gəlmir ki, oxumuşlarımız öz müsəlman dilimizi qoyub rusca qəzet yazmaq istəyirlər. Çünki həqiqət, rus dilini baqqal Kərbelayi Əsədmi, əllaf Hacı Göyüşmü, yoxsa bəzzaz Səməb başa düşəcək Naseh belə yazır və belə başa düşür. Amma “Molla Nəsrəddin” özgə cür xəyal edir və özgə cür yazır, qulaq as, gör nə deyir?“Molla Nəsrəddin” deyir ki, əgər dünyada heç bir qəzet olmaya, ancaq yer üzündə bircə Naseh yazdığı dildə çap olunan qəzet ilə bir də Gəncədə rus dilində bir qəzet qala və bəzzaz Səmədimiz oxumaq üçün qəzet axtara və axırda gedib bu iki qəzetəni ala ki oxusun – o vədə and olsun Allaha, imama, peyğəmbərə, Kərbəlayı Sadığın canına ki, Naseh yazan qəzeti bəzzaz Səməd açıb üzüm büküb aparacaq evinə, amma rus dilində yazılan qəzeti yenə qənimət bilib ehtiyat üçün qoyacaq cibinə ve bəzzaz dükanında çitlərin üstündə yazılan açıq və aşkar rus hərflərinə aşina olmağı kifayət verəcək ki, bir qədər səy edib rus qəzetindən bir mətləb çıxartsın.