“Yeni irşad”ın 20-ci nömrəsində Gəncə şəhərindən H.Naseh imzalı bir məktub çap olunmuşdu. Cənab Nasehin orada yazdığı sözlərin hamısını başa düşmədim, çünki o dili mən oxumamışam. Ancaq zehnnən bunu anladım ki, Gəncədə müsəlman cavanlan rus dilində bir qəzet çıxartmaq istəyirlərmiş, Nasehin də xoşuna gəlmir ki, oxumuşlarımız öz müsəlman dilimizi qoyub rusca qəzet yazmaq istəyirlər. Çünki həqiqət, rus dilini baqqal Kərbelayi Əsədmi, əllaf Hacı Göyüşmü, yoxsa bəzzaz Səməb başa düşəcək Naseh belə yazır və belə başa düşür. Amma “Molla Nəsrəddin” özgə cür xəyal edir və özgə cür yazır, qulaq as, gör nə deyir?

“Molla Nəsrəddin” deyir ki, əgər dünyada heç bir qəzet olmaya, ancaq yer üzündə bircə Naseh yazdığı dildə çap olunan qəzet ilə bir də Gəncədə rus dilində bir qəzet qala və bəzzaz Səmədimiz oxumaq üçün qəzet axtara və axırda gedib bu iki qəzetəni ala ki oxusun – o vədə and olsun Allaha, imama, peyğəmbərə, Kərbəlayı Sadığın canına ki, Naseh yazan qəzeti bəzzaz Səməd açıb üzüm büküb aparacaq evinə, amma rus dilində yazılan qəzeti yenə qənimət bilib ehtiyat üçün qoyacaq cibinə ve bəzzaz dükanında çitlərin üstündə yazılan açıq və aşkar rus hərflərinə aşina olmağı kifayət verəcək ki, bir qədər səy edib rus qəzetindən bir mətləb çıxartsın.

Bu hələ indi belədir, amma bir az da belə getsə, bir az da irşadlarımız poçtadan gələn məktubların dilinə əhəmiyyət verməyib tələsik mətbəəyə göndərsələr, o vədə çox çəkməz ki, Gəncədə baqqallarımız və bəzzazlanmız qəzet oxumaq istəyəndə, əlbəttə və əlbəttə, rus qəzetini axtaracaqlar, o səbəbə ki, müsəlman qəzetlərimiz oxunmaq üçün yazılmırlar, şöhrət üçün yazılırlar.

Çox təəccüb.

Hər kəsdən soruşuram ki, niyə müsəlman qardaşlar əlinə qələm alanda çıxırlar göyün üzünə — heç biri cavab verə bilmir. Ancaq bu gün dostum “Yetim cücə” menim bu sualıma belə cavab verdi:

– Müsəlman dər əsləş insan bud, ma xastim ki, müttəfiq, müttehid, sahibi-əql, elm və ədəbi eliyək. Əlif ki, əlaməti insaniyyət idi, əvvəlindən və ortasından atdıq, “nsən” oldu, yəni özgələr sual elədilər: nə sən? O səbəbə ä ki, elaməti-əql və şüur idi və iki nunlar ki, əlaməti-ittihad və tərəqqi idilər, yenə atdıq, yerində bir şey qalmadığından labüd, laəlac m ki, müxəbbətlik, s səfalət, / lallıq, m məzlumluq, a axmaqlıq və n ki, naümidlik əlamətləri idi, be yekcə cem kerdim, müsəlman şod, yəni müxobbət, səfih, lal, məzlum və axmaq dərhali-hazır və der zeman ayende…

Allah Gəncə mədrəseyİ-nıhaniyyesinə bərəkət versin.

Lağlağı

“Molla Nəsrəddin”, 8 oktybar 1911, N35

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bədnəzər

Molla dayı!Sənin təzədən zühurun biz fəqirləri xeyli xoşnud və xoşhal elədi! Amandı, Molla dayı, bundan sonra elə dolan ki, qarğış və bəd dua sahibi olma, özünə də yazığın gəlsin və bizə də. Dünən yuxarıbaşlı falabaxan Zeynəbə baxdırdım. Zeynəb bacı dedi ki, bu saat Molla dayıya yaz ki, evinin qapısının qabağında bir köhnə at nalı basdırsın və boynundan bir dəvə gözü muncuğu assın ki, ona bədnəzər kar eləməsin. Bədnəzər yalan deyil, bədnəzər yıxmayan evlər min il tikili qalıb.

19071 dəq
Bakı Dəryası

Nə gözəlsən, ey Bakı dəryası! Və nə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdur, nə dərya kimi dəryasan, ey Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!Nə gözəlsən, ey Bakı dəryası!

19072 dəq
Nuxada Axund Fərəculla cənablarına

Cənab axund, mən ölüm, dinc dur! Bax, mən ölüm, deyirəm. Bağışlayınız, bir az rəncidə olacaqsınız məndən, amma mən ölüm, dinc dur. Bağışlayınız, amma deyəsən bir az xarab olubsunuz. Axır vaxtlar sizdən elə şey baş verir ki, o cür şeyləri mən axundlardan gözləyə bilməzdim: məsələn, elə bunu götürək ki, bu axır vaxtlarda başlayıbsınız nuxalılara dəlil-nəsihət eləməyə ki, çaxır içib keflənməsinlər, qumar oynamasınlar və palas-paltarlarını satıb xeyrat verməsinlər Doğrusu belə sözləri mən heç bir molladan gözləməzdim. Bəli, çaxır içmə, qumar oynama, dəxi bir yolluq de ki, yıxıl öl.Cənab axund, Nuxada bu qədər böyük-böyük əfəndilər var, mollalar var, nə olub ki, bunlar heç biri dinmir, danışmır, dəxi sənə nə olub ki, özünü atıbsan ortalığa!

19072 dəq
Qorxuram

“İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!”.Men həmişə bu haray-dadlan eşidəndə yanımda oturanlara deyirdim “qorxuram”.

19071 dəq

Başqa şairlərin şeirləri