Bədnəzər
Molla dayı!
Sənin təzədən zühurun biz fəqirləri xeyli xoşnud və xoşhal elədi! Amandı, Molla dayı, bundan sonra elə dolan ki, qarğış və bəd dua sahibi olma, özünə də yazığın gəlsin və bizə də. Dünən yuxarıbaşlı falabaxan Zeynəbə baxdırdım. Zeynəb bacı dedi ki, bu saat Molla dayıya yaz ki, evinin qapısının qabağında bir köhnə at nalı basdırsın və boynundan bir dəvə gözü muncuğu assın ki, ona bədnəzər kar eləməsin. Bədnəzər yalan deyil, bədnəzər yıxmayan evlər min il tikili qalıb.
Bir də Zeynəb bacı buyurdu ki, Molla dayı tövbə eləsin pirlərə şəkk gətirməsin, Babaratma pirinə bir kök qoyun göndərsin. Əgər Babaratmaya əli çatmasa tezliklə getsin Kürdəmirdəki Şeyx qurban olduğumun hüzuruna ki, bəlkə o Mollanın günahından keçə.
Sən olasan səni yaradan tanrı, sən bu qoca Dərdməndin sözün yerə salma, bunlara əməl elə.
Dərdmənd
“Molla Nəsrəddin”, 24 iyul 1907, № 27
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-bednezer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəzi səsli və səssiz hərflərimizin əskikliyi bir az təməyyüzə iqtidarı olan hər oxuyanımıza məlumdur. Bu əskiklik və nöqsanımızı görmək, əlifbamızı indiki çətinlikdən bir dərəcə qurtarmaq zamanımızda ən lazımlı maarif məsələlərindən biridir. Bu böyük məsələnin həll ve islahını böyüklərə, lisan mütəxəssislərinə buraxaraq burada acizanə bir ricadə, təxtirdə bulunmaq istərəm: hərflərimizin şəkilləri zatən əskik, imlamız çox qarışıq, türkcə sərf ve nəhv qaydalarımız ziyadə nizam ve ittirazsız olduğu halda bu qarışıqlığa bir də bezi hərflərin işlenecek, yazılacaq yerləri dəyişəcək olursa, ağırlıq üstünə ağırlıq, çətinlik üstünə çətinlik artırılmış olur.Hər bir elm sahibinə məlumdur ki, səslərinə və söylenişlərinə görə bu gün ayrı-ayrı şəkil ve əlamətlərlə yazdığımız bəzi hərflər bundan irəli yalnız bir şəkil ilə yazılırdı. Lakin bu son zamanlarda her şeydə görülən islah və tərəqqi hərflərimizin şəkillərini də əski halında buraxmadı. Zaman ve zərurət müqtəzası olaraq hərflərimiz de yavaş-yavaş düzəlməyə başladı. Məsələn, bu gün səslərinə görə şəkillərini de ayrı-ayrı yazdığımız g, k və nuni-sağır hərfləri bir az əvvəl bir hərflə, yəni yalnız k şəklində yazılırdı.
Qəbi̇rdən xortlayan adam“Sözün yalanı olmaz, yanlışı olar”. Əvvəlki günkü “Şərqi-Rus” da “Aelita” adındakı xanım qızın “Litargi” naxoşluğıma düçar olub uzun müddət yuxulamaqda, uyumaqda olduğu yazılmışdı. O maraqlı, qəribə vaqiə, əlbəttə, hənuz yadınızdadır.“Aelita”nın vaqiəsini oxuyarkən bu naxoşluğa aid xeyli il əwel oxuduğum əsərlər xatirimə gəldi. Onlarda yazılan vaqiələr, hekayələr, xəyalımı təkrar işğala başladı. Təxəyyülüm getdikcə artdı, o dərəcədə ki, kiçiklikdə eşitdiyim xortluyan, cin, pəri, qulyabam, div, əjder, sehr, simsim…hekayələri, məsəlləri xəyalımda təkrar canlandılar, özlərini yada saldılar… Ah, o sözlər, o qorxulu sözlərin kiçiklikdə xəyalımda hasil etdiyi vaqiələr, təsəvvürlər hələ yadımdadır. Bəli, axşamleyin qonşu nənəmdən dinlədiyim yeddibaşlı əjdəriər, dağ böyüklüyündəki divlər ildırım kimi sürətlə gedən kəsik başların qorxusu ilə şeherə qədər yuxulamadığım gecələri yad edirəm. Nə tövr yad etməyim ki, kiçiklikdə qulaqlarımızı ən ziyada dolduran bu qorxunc sözlər idi. Cürət və cəsarətimizi yox edən bunlar idi. Fikir və xəyal lövhəmizə ən ziyadə nəqş olan bunlar idi. Ən ziyadə bildiyimiz, əzbərlədiyimiz, gündüzləri dilimizə, gecələri zehnimizə gələn bunlar idi. O vaxtdan bəri tam 20 il keçdi. Lakin bu hekayələr, onların təsiri ilə vücuduma düşən titrəmələr bugünkü kimi yadımdadır. Bu da yadımdadır ki, bir gün camaat arasında belə danışırdılar: Daşdemir ağanın öldüyü ancaq bir həftə olur. Hanı o Daşdəmirağa ki, bir ay əvvəl Qoçəlinin 2-3 uşaq anası olan gəlinini zorla qapıb meşəyə götürmüşdü. Di… bax, Allah onun etdiyi zülmə görə bu dünyada ikən də yanma buraxmadı. Deyirlər ki, dün gecə məzarından xortlamış, yan gecədə evinə gəlmiş, qapım vurmuş, oğlu Aslan qonaq sanaraq qapım açmış, kefənli xortdanın qapıda dimdik durduğunu görmüş, xəncərini almaq üçün dərhal içəri yüyürmüş, babası öylə sanmış ki, oğlu anasına xəbər verəcək, içəri girməyə başlamış. Oğlu fikir etmiş ki, bu xortlaq içəri girib həpimizi boğacaq. O saat xəncər ilə babasını parça-parça etmiş…”
Günah ki̇mdə?Biçarə, məzlum Xədicə iki ay sonra 17-ci baharını görəcəkdi. Bu ən fərəhbəxş baharından bir az sonra ən müqəddəs, ən ruhəfza əməlləri hüsula gələcəkdi. 8-9 ay əvvəl bir üzük ilə nişanlandığı İsmayıl ilə o, müvafiq yaşdaşı ilə 4-5 ay sonra baş-başa yaşamağa başlayacaqlardı. Bu ümid və arzuların verdiyi həsrət Xədicənin ürəyinə sanki sığmırdı. Bu qəlbi məsənətler Xədicənin tebii ola məlahətini, cazibəsini, şətarətini bir daha artırırdı, mütənasib vücuduna, lətif əndamına özgə bir gözəllik bəxş edirdi. Günlər keçdikcə şadlıqlar artır, ümidlər böyüyür, təxəyyüllər genişlənirdi. İsmayılın xəyalı Xədicənin bütün qüvveyi-mövcudiyyətini zəbtinə keçirmişdi. Bu şadlıq günlərin birində toy hesabatı qərarlaşdırmaq və İsmayılın verəcəyi başlıq axçasını teyin etmək lazım görüldü. İsmayılın böyük qardaşı Xədicənin atasının yanına gəldi. Hesablaşmağa, qərarlaşmağa oturdular. Toy, paltar, təam barəsindəki hesablan görüb qurtardılar. Lakin başlıq ağçasında bir tövr uyuşamadılar. Xədicənin atası 200 manatdan bir qəpik də əskiyə razı olmayacağına qəsəmlər edir, İsmayılın qardaşı 150-dən artıq verməyə qüdrəti olmadığını anladırdı. Söz uzandı. Heç biri iddiasından geri durmadı. Bir-birilərine yaman-yaman sözlər deməyə başladılar. Nəhayət, iş pozuldu. Xədicənin atası İsmayılın 9 ay əvvəl göndərdiyi nişan üzüyünü qızının barmağından hiddətlə çıxardı.İsmayılın qardaşından geni döndərmək üzərə ayrıldı. Zavallı Xədicə, qələmi əlindən alınmış vətən və millət aşiqləri kimi düçari-yəs oldu. Günlər keçdikcə Xədicənin nəticəsi dəhşətli xəyallar, düşüncələr qapayırdı. Xədicənin atası qızım bu vaqiədən bir ay keçməmişdi ki 2-3 günlük uzaqdakı kənddə dövlətli, dul bir kişiyə öz başına nişanladı. Xədicə bu qara xəbəri ancaq on gün sonra anasından duya bildi. Demək ki, Xədicə 9 aydan, bəlkə bir ildən bəri məhəbbətini, meylini bağladığı İsmayıldan yoldaş olacağına qətiyyən qərar verdiyi o xoş təbiətli, o gülərüzlü cavandan həqiqətən ayrılacağını hiss etdi. Vücuduna şiddətli bir titrəmə düşdü. Heç ümid etmədi ki, bir yerdən əri, yəni həyat yoldaşı, məhəbbət müştərisi, məyusiyyət mədayehi… olacaq aşdaşının halını qonşularından xəbərləşdi: 50 yaşında, xəstə, 4-5 uşaq sahibi dul bir dövlətli olduğunu anladı. Anladı ki, zülm və istibdadın, insaf və haqsızlığın ən dəhşətli əsiri olmuş, anladı ki, insanlıq hüququ, hər kəsin tapındığı hürriyyəti əlindən zəbt edilmiş Xədicə bir neçə ay sonra o mərəzli, murdar qoca kişi ilə əl-elə, diz-dizə olacağım təsəvvür etdikcə istəyirdi ki, səhərlərə qədər ağlasın, axşamlara qədər yeyib-içməsin’ Zaman keçdikcə o lətif üzlü Xədicə də ölü halına keçirdi. Gün olardı ki, ağzına heç bir şey götürməzdi. Az vaxt içində Xədicə zəifləşməyə, saralmağa başladı. Bir az zaman sonra şiddətli öskürəyə tutuldu. Böyürlərində sancı peyda oldu. Anası arabir “ay qız, senə nə olur ki, yeyib-içmirsən?!Nə üçün gözlərin qızarır. İstəyirsən atana deyim cindar molla Süleymanı gətirsin. Kitaba baxdırsın. Nüsxə yazdırsın” deyirdi.
Cavan bi̇r mi̇llətpərəsti̇n vəfatiŞəkidən aldığım ağ rəngli bir kağız mənə ən qəmavər qara xəbərlər gətirdi. Bu qara xəbərin verdiyi təsir məni qədirşünaslıq naminə bir neçə söz söyləməyə məcbur etdi. Bu kağızdan şəkililərin mədari-fəxri, Şəkidə bir çox fəqir, yetim uşaqların mənəvi, mərhəmətli atası olan Quluzadə Zəkiriyyə əfəndinin vəfat etdiyini duydum. Rusiya müsəlmanları içində zatən pək az olan millətpərəstlərdən, həmiyyəti-mücəssimlerdən, sahibi-mürvətlərdən birinin əksildiyini anladım. Şəkidə bu son vaxtlarda vücuda gələn binaya həmiyyətin bir rükünün, bir sütununun uçduğunu fəhm etdim. Şəkililərin otuz iki, otuz üç yaşında cavan, həlim, millət dostu, maarifpərəst, safdil, səbatlı, həmiyyətli, mütədeyyin, hörmətli bir vücudu qaib etdiklərini bildim. Ah! Bu biliş, bu fəhm menə çox acı-acı həqiqətlər ərz edıyor. Nasıl etməsin ki, şəkililərin qibleyi-ümidleri, müsəddər həyat və istiqlalları, kəbəyi-övladlan, telimgahi-islamiyyət ve insaniyyətləri, meqerri-nicat ve səadətləri olan zəmanə müvafiq məktəbləri və mədrəsələri bu gün ən müşfiq bir şafeyi-dünyəvi, ən mərhəmətli bir hamiyi-kəraməti itirdi. Beli, Şəki öylə bir vücudi-möhterəmi qayib etdi ki, o vücud bizim Zaqafqaz müsəlmanları içində misli az eşidilən bir sənədə, yəni hənuz iyirmi yeddi yaşlarında ikən belə millətin həyanı, bəqası ancaq üsuli-cədid məktəb və mədrəsələri ilə olduğuna yəqin hasil edərək ən birinci məqsədi, arzusu və işi onlara rövnəq vermək olmuşdur. Qardaşı mərhum Ağa Məhəmmədin məsləkini təqib edərək millət və maarif yoluna sərfi-hümmət etməyi özünə vəzifeyidiniyyedən hesab edərdi. Bu etiqadı saf, bu etimadı insaniyyətpərvəranə Şəkidə ən birinci üsuli-cədid məktəbinin təməlini, bünövrəsini qoyanların ən birinci qəhrəmanlarından, igidlərindən daha özgə təbirlə fedayilorindən idi. Mərhum millət ve maarif yolunda boş söz deyil, pul, həm də tümən-tümən pul sərf etməkdə yoldaşlarına qarşı bir nümuneyi-ibrət olurdu.Üçüncü məktəbin təşkilindən ki, bu gün səkkiz, doqquz il olur, imdiyə qeder hər nə vaxt məktəblərə, mədrəsələrə, məscidlərə ianə, kömək lazım olmuş isə heç birindən geri qalmamışdır. Ümumi ehsan və ianə işlərinə özgələrə daima nümunə olacaq surətdə iştirak etdiyindən başqa özbaşına olaraq bir çox əsərlər də vücuda gətirmişdir: Şəkidə yuxan Baş məscidini nəzərrüba bir surətdə təmir və tərmim etdirdi. İslamiyyət nöqteyi-nəzərindən məscidin rövnəqini, ibadət-gahın tetimməsini – daha açıq sözlə – məscidin yarısını yeni üsuli-mədrəsə və məktəb hesab etdiyindən məscidin yanında kiçik, gözəl bir məktəb və mədrəsə bina etdirdi.
Başqa şairlərin şeirləri
Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardur,Mənimdik bikəs ərbablar, yavuq həmdəmləri bardur.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin