Bir gimnaziya mütəəlliməsi ilə şəriət müəllimi arasında M ü t ə ə ll i m ə. Müəllim əfəndi, görünüz nə xoşbəxtik ki, bizim də “İşıq” qəzetimiz var. Bundan sonra hər ixtiyarımızı, hər hüququmuzu istəyəcəyik. Razı olmayacayıq dəxi kişilərin kefmə əsir olaq. “İşıq”ın çıxmağına dünyalar qədər sevinirəm. Sağ olsun Xədicə xanım!

Müəllim. Ha, ha, ha! Öz başınızasınız ki, istədiyinizi edəsiniz. Bax, Xədicə xanım 3-cü nömrədə nə yazır: “Biz şəriəti-islamiyyə miivafıq əməl etmək arzu edirik”. Madam ki, şəriətə müvafiq əməl istəyirsiniz, o vaxt kef genə bizimdir.

Mütəəllimə. Bu nə söz, şəriət kişilərin kefi deyil ki?

Müəllim. Kefi deyilsə do, kefinə müvafiqdir.

Mütəəllimə. Heç vaxt!

Müəllim. Her vaxt!

Mütəəllimə. Başa düşmürəm, bune cür ola bilər?

M ü ə ll i m. Nə cür olacaq, şəriət kitablarında açıq yazılıbdır ki, kişilər arvadların qivami sahibidir. Namaz qılmasanız döyərik, oruc tutmasanız söyərik, rüsxetsiz evdən bir addım atsanız ənginızi əzərik. Kefimiz istəyəndə boşarıq. Bınmci arvadın yaşı bir az ötəndə onu aşxanada buraxıb ikincisini, üçüncüsünü, hətta dördüncüsünü də alarıq.

Mütəəllimə. öylə, amma eşitmişəm ki, şəriətə müvafiq ikinci arvad almaq çox çətin.

Müəllim. Çətin o vaxt olardı ki, heç rüsxət olmuyaydı. İndiki var, yol tapmaq nə çətin şey? Allah “hiyleyi-şoriyyomize” bərəkət versin.

Mütəəllimə.A müəllim ələndi, siz bu gün lap özgə cür danışırsınız.

Müəllim. Söz açıldı da deyirəm. Çox da sevininə ki, “işıq” çıxdı, insanlıq yolu ilə istədiyimizi elərik.

Görürsən, istanbulda bir xanım fotoqrafıyasını aldırmış ki, uzaqda olan bacı-qardaşına göndərsin. Bu xəbəri “İşıq” duyan kimi bax o xanım üçün nə qiyamətlər qopartdı. O xanımı şəriətdən çıxmış bir böyük günahkar hesab etdi və həqqı də var idi.

Mütəəllimə. Bağışlayınız, bunda yanlışlıq olmalı. Fotoqraf çıxartmaqda nə var? Xədicə xanımın özü de çıxarıbdır. Özü də Tiflisdə həmişə üzüaçıq gəzirdi. Avamı aldatmaq üçün ikiüzlü olmağı Xədicə xanıma layiq görmürəm.

Müəllim. Öylə, amma Xədicə xanım bu gün “müherrirə” oldu, borcudur ki, elə yazsın, şəriət xadiməsi görünsün.

Mütəəllimə. Öylə İsə atamın sözüheqdirki, deyirdi: müsəlman müherrirlərinin öz əməl və əqidələri ilə yazıları arasındakı fərq mollaların ağ sanqlan ilə qara qəlbləri arasındakı fərqdən artıqdır.

Müəllim. O bəhsləri buraxaq, “Işıq’T oxuyun, görək nə qanırsınız.

Mütəəllimə. 3-cü nömrə 7-ci səhifə: “Mədəniyyət ve tərəqqi bizim qabağımızı kəsən nədir?” Müəllim əfəndi “rahində”

sözünü başa düşmədim, nə deməkdir?

Müəllim. “Rah” farsidir, yol deməkdir.

Mütəəllimə. Öylə isə onu yazan Heyat xanımın sualına men cavab verim: “Mədəniyyət və tərəqqi rahində bizim qabağımızı kəsən “yol” sözünün yerinə bilgi satmaq üçün “rah” yazanlardır”.

Müəllim. Bir az daha oxuyunuz.

Mütəəllimə (oxuyur). “Zülmət niqabı bizim Hiyimizdən götürülmüyəcəkmi?” Burada da “ru” sözünü bilmədim.

Müəllim .Türkcə “üz” deməkdir.

Mütəəllimə. öylə isə zülmət niqabı bizim üzümüzdən o vaxt götürürlər ki, öz “üzümüzün” qədrini bilmək və üzümüzü tanıtmamaq üçün “maska” keçirməyək. Burada genə atamın sözləri yadıma gəldi. Rəhmətlik deyərdi ki: “Müsəlman əlinə qələm aldımı, deyəsən özgələşir, türklüyündən, özlüyündən çıxır. Axtarır ki, hardabır ərəbcə, farsca söz varsa tapıb yazsın”. Doğrudan da belədir, budur Xədicə xanım yazır: “Əli əlcəmah qəsəbi-hüquq…”

Müəllim. Hər şeyin gözəlliyi çövlündən, işindən bilinər. Məsələn, arvadın gözəlliyi elindən, kişinin bığlarından (müəllimin bığları gözəldir), yazıçının böyüklüyü və hünəri de türk sözlərinə fars ve ərəb sözlərini qarışdırmağından bilinər.

Mütəəllimə. Böyük millətlər qalsın, qonşumuz gürcü və ermənilər belə bu bəhsi yüz il əvvəl qurtarıblar. Amma heyif ki, biz indi başlayırıq. Qərəz, buraya keçək.

Müəllim. Öylə qanıram İd, siz üzüaçıq gəzməyə də tərəfdarsınız?

Mütəəllimə. Əlbəttə, kim öz həya ve ismətinin yoxluğundan qorxursa və kim özünü saxlaya bilmirsə, qoy onlar qapansın. Bəli zülmət niqabını, bu vəhşi adəti, bu uşaq oyuncağını götürək.

Müəllim. Sonra din?

Mütəəllimə. Din ağıldır, ağıla yaraşmayan gərək dinə də yaraşmasın.

Müəllim. Şeytanın da əqli çoxdur, amma din və yoldan çıxdı. Görünür, siz də öylə istəyirsiniz.

Mütəəllimə. Şeytanın ağlı olsaydı, ilanın ağzından cənnətə girdikdən sonra bir də çıxıb başını bəlalara salannıdı?

Müəllim. Qədri, yazısı öylə imiş.

Mütəəllimə. Bəlkə biz arvadların da qədri yalançı hicab niqabım atmaqdadır.

Müəllim. Siz məktəblilər ile şeytan da başarmaz. Şükür Allaha ki, Xədicə xanım sizə oxşamır.

Mütəəllimə. Xədicə xanımın qələminə baxma, ürəyinə bax.

Bax ki, hər nömrəsinin birinci səhifəsində balaca qıza işığı göstərən arvadın nəinki üzü, hətta döşü də açıqdır.

Müəllim. Hələ ver görüm (“İşıq”ı alıb baxandan sonra). Tfu şeytan sənə, atalarımız onunçün deyiblər ki: “Ata, itə, arvada inanmaq olmaz”.

(Sonra lazım olsa yazılacaq).

Lağlağı

“Molla Nasreddin”, 8 oktyabr 1911, N 35

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qəribə Qutu

Peterburqda çıxan “Ülfət” qəzeti idarəsindən bu günlərdə Zaqafqaz ruhani İdarəsinin adına poçt vasitəsilə bir yekə qutu “pasılka”göndərilmişdi ki, çəkisi on yeddi put iyirmi altı girvənkə idi. Həmin qutu Tiflis poçtxanasuna yetişən günü poçt qulluqçuları görürlər ki, qutu öz-özünə tərpəşir. Zəmanənin rahatsız olmağı cəhətindən poçt naçalniki lazım bilir hökumətə xəbər versin. Qaradovoylar və soldatlar tökülüb gəlirlər və başlayırlar qutunu ehtiyat ilə açmağa. Qutunun üst taxtasını götürən kimi görürlər ki, qutuda üç nəfər qamı yoğun molla əyləşib.Sual-cavabdan sonra mollalar cavab verirlər ki, bizi “Ülfət” qəzeti göndərdi ki, birimiz Qori darülmüəllimində Firidun bəy Köçerlinin əvəzinə və birimiz də Rəşid bəy Əfəndiyevinəvəzinə müəllim olaq. Üçüncü molla da cavab verir ki, məni də “Ülfət” göndərdi Ağayevin yerinə “İrşad”a müdir olam və lazım gələndə müsəlman vilayətini gəzəfn və camaata vəz nəsihət edəm, çünki Ağayev başarmır.

19071 dəq
Qayırma Hədislər

Biz keçən vaxtlarda bir dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə süylədikləri hədisələrin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb.

19071 dəq
Xortdana Məktub

Hörmətli, izzətli fəxrül-cənab ağa, Xortdan ağa!Əvvəla, vücudi-zicudi-cənab şərif olsun! Saniyən, əgər bu tərəfin əhvalatını pürsiş eləsəniz əlhəmdüllah siz vücudi-bimislilərin duasının bərəkətindən zindəganlıq eləyib sizin ruhunuza duagü varıq.

19072 dəq
Məktub

Cənab Molla əmi! Vallah, sən qəribə adamsan. Kor tutduğun buraxmayan kimi sən də biz arvadların yaxasından yapışıb əldən qoymaq istəmirsən. Qəsdin budur ki, biz müsəlman arvadları da erməni arvadları kimi üzüaçıq gəzək. Yaxşı hələ qoy bunu da deyim. Daha başına adam qəhət idi, gərək elə bizi erməni harsinlərinə tay edəydin? Yaxşı mollasan, afərin sənə! Daha nə deyim?..İndi gələk mətləb üstə.

19073 dəq

Başqa şairlərin şeirləri