Xortdana Məktub
Hörmətli, izzətli fəxrül-cənab ağa, Xortdan ağa!
Əvvəla, vücudi-zicudi-cənab şərif olsun! Saniyən, əgər bu tərəfin əhvalatını pürsiş eləsəniz əlhəmdüllah siz vücudi-bimislilərin duasının bərəkətindən zindəganlıq eləyib sizin ruhunuza duagü varıq.
Salisən, bəndeyi-həqirin bir az məşğələsi olmağa görə xidmətinizə gəlməkdə bir az təxir eləyirəm, inşallah bir səbəbi-xeyir olar, onda qulluğunuzda olaram. Bakıda belə səbəbi xeyirlər tez-tez olur, yəni müsəlmanlar atışan vaxt bir güllədir taraq adamın təpəsindən, o saat o xoşbəxt qulluğunuzda hazır olar. Rabiən, mənim bir qulluğum var.
Bağışlayın, hərçənd menim derdim senə məlumdur, ona görə ki, dünyada hər nə iş olsa ölülər bilər. Çünki onlar diridirlər, biz dirilər bunu hələ başa düşmürük. Xülasə, hər bir iş sizə məlumdur.
Yadındadır, “sirkə” mənim başıma nə müsibei gətirdi? Menim evimi yıxdı! Allah şeytana lənət eləsin! O məlun meni yoldan çıxartdı, gözəl-göyçək uşaqların anasmı üç talaqdan saldım! Bəli, sonra çox peşiman oldum… gedib ağlayıb uşaqların anasmnan barışdım, tövbə-istiğfar elədim. Qohum-qardaş, mollalar yığılıb dedilər ki, bu sənə Övrət ola bilməz və kəbin dübarə düşməz. Vay, vay! Bəs, neyləmək? Dedilər: gərək zövci-axer olsun, yeni bir neçə günlüyə övrəti verməli özgə ərə, sonra o boşansın, onda sən ala bilərsən.
Qaldım lap mat-məəttəl… Çox fikirdən sonra belə məsləhet gördük ki, bu övrəti verək qonşumuzdakı kor Hafizə… A başına dönüm, bu məlun kor arvadı boşamır. Nə qədər pul verirəmsə, təvəqqe eləyirik, kor deyin belə övrəti men deli deyilem boşayam.
İndi qalmışam əli qoynumda. Cadu-pitik bu məluna kar eləmir. Biçarə Hacı İsmayıl da cadu yazmaqdan, tas qurmaqdan lap yorulub. Əzizim Xortdan, ümid sənə qabb, sen gərək mərhum Pobedonosevlən dost olasan, çünki o mərhum müsəlmanların xeyirxahıydı və müsəlman ruhanilərimizin çox müddət rəisi olub. Amandı, təvəqqeelə o mərhumdan ki, bu barədə bir zakon düzəltsin ki, bizim uşaqların anasını kor Hafiz boşaya. Xülasə, bu əlim, bu ətəyin, menə bir çarə.
Dərdimənd
“Molla Nəsrəddin”, 18 may 1907, №19
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-xortdana-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Molla dayı!Sənin təzədən zühurun biz fəqirləri xeyli xoşnud və xoşhal elədi! Amandı, Molla dayı, bundan sonra elə dolan ki, qarğış və bəd dua sahibi olma, özünə də yazığın gəlsin və bizə də. Dünən yuxarıbaşlı falabaxan Zeynəbə baxdırdım. Zeynəb bacı dedi ki, bu saat Molla dayıya yaz ki, evinin qapısının qabağında bir köhnə at nalı basdırsın və boynundan bir dəvə gözü muncuğu assın ki, ona bədnəzər kar eləməsin. Bədnəzər yalan deyil, bədnəzər yıxmayan evlər min il tikili qalıb.
Bakı DəryasıNə gözəlsən, ey Bakı dəryası! Və nə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdur, nə dərya kimi dəryasan, ey Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!Nə gözəlsən, ey Bakı dəryası!
Nuxada Axund Fərəculla cənablarınaCənab axund, mən ölüm, dinc dur! Bax, mən ölüm, deyirəm. Bağışlayınız, bir az rəncidə olacaqsınız məndən, amma mən ölüm, dinc dur. Bağışlayınız, amma deyəsən bir az xarab olubsunuz. Axır vaxtlar sizdən elə şey baş verir ki, o cür şeyləri mən axundlardan gözləyə bilməzdim: məsələn, elə bunu götürək ki, bu axır vaxtlarda başlayıbsınız nuxalılara dəlil-nəsihət eləməyə ki, çaxır içib keflənməsinlər, qumar oynamasınlar və palas-paltarlarını satıb xeyrat verməsinlər Doğrusu belə sözləri mən heç bir molladan gözləməzdim. Bəli, çaxır içmə, qumar oynama, dəxi bir yolluq de ki, yıxıl öl.Cənab axund, Nuxada bu qədər böyük-böyük əfəndilər var, mollalar var, nə olub ki, bunlar heç biri dinmir, danışmır, dəxi sənə nə olub ki, özünü atıbsan ortalığa!
Qorxuram“İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!”.Men həmişə bu haray-dadlan eşidəndə yanımda oturanlara deyirdim “qorxuram”.
Başqa şairlərin şeirləri
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Ehsan aşiqiİndi ölənin, Kirpi dayı, hörməti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.
OlmasaAğlı olan çox danışmaz,Dərdi hazar olmasa;