Çəhrəci Xala
Cənab Molla əmi!
Neçə vaxtdır ki, səndən xəbərim yoxdur. Uzaq yerə – Dağıstan tərəfə yun almağa gəlmişəm. Nə qayırım, bizim yun ahş-verişçilərinin üzlərini mürdəşir yusun, heç insafları yoxdur, satdıqlan yunun çox yarısı çirk, palçıq, şaqqıldaq olur. Bəzi vaxt içinə yumru daşlar da qoyurlar ki, çəkidə ağır gəlsin, bununla belə atalarının qiymətini üstünə qoyurlar, Allah onlara min təsbeh lənət eləsin ki, məni diyarbədiyar salıblar! Qərəz, sözüm onda deyil, bizim yerin adamlarının nainsaflığmı sən özün də yaxşı bilirsən. Mətləbim bu yerin arvadlarından sənə bir para əhval söyləməkdir. Bu başdan onu deyim ki, buraya gələndə yolum “Öskürək piri” olan şəhərdən düşdü. Piri ziyarət edib nəzirimi verdim. Bu şəhərin arvadları çox dilli-ağızlı, çörəkli-duzlu, yanmçıq sözlü, tez-tez danışan və danışanda bir-birinə macal verməyən xalalar, bacılardır. Bir xasiyyətləri de budur ki, biri söz eşidəndə “buy, Xanbacı” deyib içlərini çəkirlər, özləri de bayaq deyirlər, çox da naqqaldılar. O qədər danışıb söylədilər ki, gecə məni qara basdı ve yuxuda gördüm ki, cəhrəmin çarxı qəflətən sındı, yuxuda cəhrə sınmaq çox pis şeydir, bildim ki, mənə bir bədbəxtlik üz verəcəkdir. Səhərdən hazırlaşırdım ki, yola düşüm, dünənki xalalardan birisi gəlib mənə xəbər verdi ki, buy, ay qız, yaxşı xəbər var, gözün aydın olsun, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini göıdünmü, necə ona qənim oldu! Doğrusu ki, bu xəbər mənim halımı xarab elədi, yuxum zahir oldu: hərçənd bir yana baxsan sen elə bağlanmalısan, çünki pirlərə, ocaqlara ve biz arvadlara çox dolaşırsan, amma genə dərdimizə qalan sənsən, qənimət adamsan.
İndi mən olduğum yerin arvadlarından senə söyləyim: bu yerin arvadları qəribə məxluqdur. Bunların paltarları, yeməkləri, oturub-durmaqları, sir-sifətləri bizimkilərlə heç oxşamır. Dilləri de ayrıdır, bir şey başa düşmək olmur. Hər şeydən məzəli budur ki, hamısı üzü-açıq gəzirlər.
Bunların bir adəti də bizim adətə heç oxşamır: sənə məlumdur ki, biz yenicə dili açılan qız ve oğlan uşaqlarını bir-birinə adaxlı edirik. Amma bunlarda qız uşağı on yeddi və on səkkiz yaşına çatmayınca er sözü eşitmir! Bir qız er sözü eşitməyə ve ərə getməyə uşaqlıqdan hazırlaşmaya on səkkiz, ya iyirmi yaşında ərə gedəndə Öz sahibinə ev tikə bilermi?!
Bu yerin övrətlərinin bir pis adətləri de budur ki, çox işləyirlər, hətta kişi İşini de bunlar tutur: söz yoxdur ki, işləmək yaxşı zaddır, zəhmətsiz bal yemək olmaz, amma daha nə lazımdır ki, o qeder özünü işə verəsən ki, gedib kişilər ilə xırman döyəsən, yainki dalma dolu çuval götürəsən? Axmaqlar qanmırlar ki, bu sayaq işləmək kişiləri tənbəl eləyir və arvadları hörmətdən salır. Və bir də bu yerdə xanım ilə qulluqçuya təfavüt yoxdur, deyəsən ki, burada heç xanım yoxdur. Buranın xanımı da rəiyyət arvadı kimi işi Özü görür belə ki, buranın xanımı inəyi özü sağır, qabını özü yuyur, evini özü süpürür, yatanda yorğan-döşəyini özü salıb-yığır, paltarlarını özü geyinir, üzünü Özü yuyur, başını özü darayır, hələ deyəsən aftabasım da özü götürür.
Bura arvadlarının daha da çox təəccüblü işləri var, inşallah onları da gələcəkdə yazaram.
Çəhrəci Xala
“Molla Nəsrəddin”, 20 avqust 1907, N31
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-cehreci-xala
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ətmək! Allah eşqinə bir loğma ətmək! – deyə fəryad edirlər. Minlərcə müsəlman “ölməmək üçün” bir tikə çörək axtarırlar.Çörək əvəzinə çarıqlarını, başmaqlarını, tasmalarını çoxdan gəmirib qurtarmışlardır. İndi az qalıb özlərini parçalasınlar. Lakin ona da taqətləri yox. Əcəba, bunlar, bu bədbəxtlər hardadır?
İmtahanBu il məktəblərdə imtahan olmayacaq. Hələ istiyorlar ki, il imtahanını həmişəlik qaldırsınlar, şagirdlər il boyu dərs vaxtlarında nədərəcə oxumuşlarsa ona görə imtahan nömrü versinlər. Hər vaxt yaxşı oxuyanlar keçsin, tənbəllər qalsın.Bugünkü Cahan müharibəsi də eynilə məktəblər imtahanına bənziyor. Ancaq bu imtahan yalnız şagirdlərin deyil, ümumcahan millətlərinindir. Amma bu cahan imtahanı o qədər qorxunc, o qədər fəlakətlidir ki, indidən: əcəba bu cahan imtahanında kim qazanacaq, kim itirəcək? – sualı hər kəsi rahatsız etmədə, hər kəsin ağzında dolaşmadadır. Hər kəs bu imtahanın axırını səbirsizliklə gözləməkdədir.
KöməkləşəlimHəyat həmişəlik bir davadır. Bu davada hər kəsin düşməni isə birdir: zəhmət və məşəqqət – əski ədiblərcə çərxi-fələk.Kim zəhmət və məşəqqətə tab edib tutduğu işdə səbat göstərirsə, o, çərxi-fələyin qolunu bükmüş, düşmənini həlak etmiş olur. Buna görə böyük-kiçik, zəif-qüvvətli – hər kəs çalışır ki, düşməninə qarşı dursun, onu alt etsin ki, gələcəkdə rahat yaşaya bilsin.
Bakı cəmiyyəti-xeyriyyəsinin diqqətinəBakı cəmiyyəti-xeyriyyəsi öz bəyannaməsində Qars və Ərdəhan tərəflərində qalan arvad-uşaqların Bakı və Gəncəyə gətirilməsi fikrində olduğunu bildirir və oralardan gətirilən yetim uşaqların birər, ikişər bəzi ərbabi-həmiyyənin himayəsinə veriləcəyini də əlavə edir. Bu bəyannaməsindən anlaşılır ki, Bakı cəmiyyəti-xeyriyyəsi bu günə qədər olan durğunluqdan daha açıq bir fəaliyyətə keçmək, bədbəxtliyin, ehtiyacın böyüklüyünə, əcələliyinə nisbət iş görmək istəyir.Şükür, buna da şükür!
Başqa şairlərin şeirləri
Bir gözəlin şövqü düşüb cahana,Yoxdur sənin kimi gözəl, göz ala.
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,