Əhməd Bəy Ağayev
Bir az hemiyyəti-milliyesi, melumati-elmiyyəsi olan Qafqaz müsəlmanları içində cənab Əhməd bəy Ağayev namını bilməyən yoxdur sanıram. Ancaq pək uzaqda bulunan qardaşlarımızın bu ali zatı lazım olduğu dərəcədə tanımadıqları zənni ilə bu məqaləmlə bir cüzi də olsa nəzər-diqqətlərini cəlb etmək istərəm. İstərəm ki, hər mömin qardaş fürsət fot etməyərək bu millətpərvər mühərrir-aliqədrin yazdıqlarından, əsərlərindən vaxtı ilə istifadə etsin: cənab Əhməd bəy Ağayev bu halda Bakıda nəşr edilən “Kaspi” qəzetinin ən qeyrətli, yorulmaz, məlumatlı mühəmrlərindən biri və Bakı gimnaziyalarının firəng dili müəllimidir. Bu zat əslən qarabağlı olub orada “realnı” məktəbini ikmal ile bərabər türk, fars, ərəb dillərinin və ədəbiyyatını gözəl öyrənmişdir. Bu qeder bir təhsil bizdə “alim” olmağa əksərən kifayət etdiyi halda bu elm aşiqi xudadan olan istedadi-fitriyyəsinin sövqü ilə Firengistana gedərkən orada Fransanın ən məşhur darüt fünunu olan “Sarbonnaya” daxil olmuşdur. Kamal ilə səfahetin, elm ile əyləncənin geniş bir meydanı olan Fransada da sey və hüsn-əxlaq tərəfinə meyil edib darülfununu İkmal etmiş və bu surətlə Qafqazıya müsəlmanlarının – əgər İstər və çalışarlarsa – fransızlara rəqabət edə biləcəklərini isbat edərək Qafqaziyaya övdət etmişdir, övdətdən biraz sonra “Kaspi” qəzetinin vəsi meydanı bu zatın qələmi həmiyyə-tinə müsaid bir covlangah olaraq hər yazdığı məqalələri her kəsə ləzzətlə oxudacaq faydaterz bir bexşde təhrir ilə gəlməkdədir.
Hələ əhvalı və siyasəti-islamiyyə barəsində qayət vüqufanə yazdığı məqalələr həqiqətən bizdə misli nadir tehrirat ve melumati elmiyyedəndir. Bu yolda açdığı cığır və bu cığır ilə bizlərə bildirdiyi yeni-yeni elmlər, işarə elədiyi ülvi məqsədlər, müqəddəs əməllər istiqbali-millet üçün birər bəraeti-estehlal, birər bərati-feyz ve tərəqqi olsa şayandır. İştə cənab Əhməd bəy Ağayev 10-15 ildən bəridir ki, Qafqaz mətbuatında bu surətlə, yəni ötgün qələmi ilə, geniş məlumatı ilə, durbinane nəzəri ile, surəti tehriri ile, əsabeti-reyi ile, həmiyyəti-milliyyəti ilə kəsbi-təmyiz etməyə başladı, öylə bir tərzdə ki, məsləki-aliyyəsi ilə bütün məlumatlı gənclərimizə üslub təhlili ilə bir çox yazıçılarımıza, vüquhanə məqalələri ilə hamı ezhabi-zekaya məhəbbəti-milliyyəti ilə ümumi rusca təhsil edən “obrazovannı larımıza bir misli-ibrət, bir nümuneyi-həmiyyət olmaqdadır. Öylə bir dərəcədə ki, irəlidə məktəb şagirdlərinə belə həmiyyət ilə melumatın, cürət ilə səbatın, qeyrət ilə təşəbbüs və müvəffəqiyyətin bir yerdə, bir zatda təcəmmö edildiyinə misal ve nümunə olaraq gətiriləcək hörmətli, böyük adların arasında “Əhməd bəy Ağayev” namı da mütləq bulunacaqdır.
Bir çox qiymətli əsərlərin, şahidi-adillərin iraə etdiyi bu nam şübhə yox ki, ortada ciddi bir əsər və dəlil olmayıb, ancaq bir qərz və ya məcburiyyət ilə müvəqqətən parladılan adlar, şöhrət kaziblər, qüvvətli fosfor əczası ile artırılan işıqlar kimi az vaxtda sönməyəcək, unudulmayacaqdır. Biləks hər müəssirin şanı əsrin mükəməliyyeti ilə olduğu kimi bu mühərriri-hürriyyətpərverin namı da mənim bir-iki dəqiqəlik sözlərimlə deyil, yazmaqda olduğu istifadəli məqalələri ilə, əsərləri ile və mütexəlliq olduğu həmiyyəti-milliyyəti ile mütənasib olaraq qalıb, ümmətdə bir çox zaman baqi qalacaqdır. Bəli, madam ki, insanın ömrü ati üçündür və madam ki, insanın bu pənah aləmində mükafat və mücəzat görən özü deyil, namıdır, kətbi-nəqliyyodə de ki, o nam “ruh” ilə yad edilmişdir. Bu halda Əhməd bəy Ağayev narmnın, yəni ruhunun da uzun zaman bərhəyat qalıb mükafat görəcəyinə şübhə yoxdur.
Xülasə, zahirən uzun, amma həqiqətdə çox müxtəsər olan bu sözlərimlə mücəssəm nümuneyi-həmiyyət olan cənab Ağayevin qüdrəti-elmiyyəsini göstərmək deyil, ancaq məhəbıi, qələminin yazı deyilən şəkildə cövhərlər səpdiyi yeri, qəzeti bildirmək istədim ki, uzaqdakı, xüsusilə Sibir, Səmərqənd, Qazan, Orenburq, Ufa… tərəfindəki rusca bilən müsəlman qardaşlarımız da fürsəti fot etmiyərək Bakıda yovm olaraq nəşr edilən vəillik qiyməti 8 manat yarım olan “Kaspi” qəzetini oxusunlar, müstəfid olsunlar. Oxusunlar da, indiyə qədər pərdeyi-xəfadə qalan bir çox keçmiş əhval və məfaxiri-islamiyyemizi, bugünkü əsbabi-tedeniyyəmizi, indiki vəzi-mehlikəmizi, çareyi-xilasımızı, ümidi-istiqlalımızı bilsinlər.
Ö.Faiq Nemanzadə
Şərqi-Rus qəzeti, 23 May 1904, No.60
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-ehmed-bey-agayev
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir neçə ay əvvəl Rusiya müsəlmanları bir xeyli qeyrət və hərə-kətə gələn kimi oldular. Uzun qəflətdən birdən-birə ayıldıqlarını guya göstərmək istədilər. Hər tərəfdən hay-huy qopdu. Hər yanda qulaqlarımız “islah-reforma” sözlərilə doldu. Yaralarımıza məlhəm vurulacaq sandıq. Zəif vücudumuza qüvvət gələcək xəyal etdik. Hər qəlbdə bir fərəh, bir ümid oyandı. Hər başda tazə bir çiçək açılacaq kimi oldu. Her səmtdə bir təlaş, hər kəsdə haldan narazılıq görünürdü. Hər əhəmiyyətli, bilikli müsəlmanda millətinin dərdinə çatmaq, qayil qardaşlarının qeydinə qalmaq kimi böyük-böyük fəzilətlər, böyüklüklər büruz etdi. Hər yandan millət vəkillərimiz böyük şəhərlərə toplandılar. Bitməz, tükənməz dərdlərini, dala qalmalarının səbəblərini, həqir, fəqir olmaqlarının baislərini axtardılar. Dərdləşdilər, hətta uzun-uzadı mübahisələr, münaqişələr etdilər. Böyük zəhmətlər ilə, uzun diqqətlər ilə millətin naxoş və zəif vücudunu müayinə etdilər. Hər həmiyyətli, bilikli həkimlər kimi millətin ehtiyaclarım, qara dərdlərini ağ kağızlara köçürdülər. Məlhəm verilmək üçün uzun-uzadı reseptlər, ərzi-hallar yazdılar. O yazılan məlhəmləri almaq üçün yolun uzaqlığına, zəhmətinə baxmadılar. Peterburqa qədər getdilər. Ərzi-hallarını dövlət şurasına dövlət kişilərinə verdilər. Bununla da kifayət etmədilər dərdlərini, istədiklərini paytaxt qəzetinə yazdırıb aləmə elan etdilər. Böyük dövlət kişiləri ilə üz-üzə görüşdülər. Zərurətlərini, dərdlərini, dil ile də bəyan etdilər. Sonra? Sonra nə olacaq?“Biz istəklərinizə baxarıq, özgə millətlər ilə hallarınızı bir etməyə mümkün qədər çalışarıq…”cavabını aldılar. Yerlərinə sağ və salim qayıtdılar. İndi onlar ilə bərabər müsəlman camaatı verilən ərzi-halların, alınan vədlərin xeyirli nəticələrini gözləyirik. Bəli, biz döqeyri-məzhəb – rus təbəəsinə verilən hüquq ve müsaideleri gözləyirik. Biz də bu mədəniyyət, İnsaniyyət əsrində her xüsusda mədəni insanlar cərgəsinə qoyulacağımızı gözləyir. Bəli, hamımız gözləyirik. Abrazovannımız, alimimiz, ruhanimiz, hamımız gözləyirik. Heç kəsdə ciddi hərəkət, işinin dalına, peşinə getmək yox. Guya Peterburqa, Tiflisə vəkillər göndərib ərzi-hallar verməklə hamı borcumuzu, işimizi qurtarmış hesab edirik. Aman, nə yaman xəsiyyətimiz var. Bir işin, bir tədbirin sifdəsində cuşə gəlirik, bant kimi alovlanırıq, göylərə qalxırıq. Lakin çox keçməyir ki, yenə sükutlaşırıq. Yenə sönürük. Yenə diblərə enirik. Xüsusi işlərimiz kimi ümumi işlərimizi də “Allah kərim” quyusunun lap derin yerinə tullayırıq. İştə bu qəflətimizdən, bu bədbəxtliyimizdəndir ki, verilən ərzi-hallardakı bəzi istəklərimizə acı-acı cavablar alırıq da, xeyrimiz belə olmayır.
Ümi̇dvaram ki̇…Ey həmiyyətli oxucu! Bir neçə gündür niyə bele bikefsən? “İrşad”ın 38~ci nömrəsini oxuyandan bəri nə çox məyus görünürsən! Nə var, nə oldu? “Əsrin Yezid ibn Müaviyələri” adındakı hürriyyətəngiz məqaləmi qanını xarab etdi? Senindəmi ürəyin, beynin buzladı? Nədi səndə o heyrət? Niyə öylə çaşğın durursan? Bax gözlərinin haləti də dəyişilib! Görünür, o məqalədə yuxandan aşağı “söz” şəklində tökülən qanlı göz yaşların üstə sənin də göz yaşların tökülmək istəyir. O bağrı yanq qələmdən qopan həzin fəryadlar sənin də bəsirət qulağını rahatsız edir! Eyidir ki, özünü saxlaya bilməyib ağlamaq istiyirsən!Ağla əzizim, ağla! Ağla ki, en ziyada birlik və köməyə möhtac olduğumuz belə müsibətli günlərimizdə bele aramızda köhnə yırtıcı qurdların, hiyləgər tülkülərin kəskin dişlərinə qurban olacaq – olur mənziləsində bulunuruq.
İdareyi-Ruhaniyyələrimiz Nə Vaxt Düzələcək?“Həyat”ın vaxtında oxuya bilmədiyim 53-cü nömrəsi bu gün gözümə sataşdı. Bəradəri-mükərrəmim “Hafiz Məhəmmədəmin Şeyxzadə” imzası ilə Axalsikdən yazılmış bir məktubu oxudum, bir şey anlamadım. Bir şey anlamadım ondan ötrü ki, cənab bəradərimin açıqfikirliliyi, geniş məlumatı ilə bu məktubun arasında xeyli təfavüt gördüm. Çox ola bilər ki, səhv edirəm. Ancaq bu səhvimi bildirib açıq sözlər ilə acizlərini başa düşürəcəklərinə ümidvar olduğun üçün anlamadığım yerləri sual ilə öyrənmək yolu ilə yazıram.Cənab Şeyxzadə yazır: “Qovayidi-din və maarifi-islamiyyəmiz bu dəfə lütfi-həqq və mərhəməti-padşah və həmiyyəti-əhli-vicdan ilə suyi-idarənin hökm və cərəyanına xitam verilib cəbrən və zülmən bağlanmış olan qapıları həqqaniyyən və ədlən açılaraq hürriyyət və müsavata fərman verilib aləmə bir dövri-cədid elan edildi”.
Müəllimlərimiz nə üçün Bakiya qaçırlarBizdə, yəni məlumatsız millətdə adətdir, deyilməmiş, suyu çıxmamış bir sözü deməzlər. Başlanmamış bir işə, bir sənətə başlamazlar. Amma vaxta ki, biri başladı, zahirən qara pulca xeyri göründü, gerisi corab söküyü kimi gedir. Her kəs o işin, o sənətin üstə tökülür. Lakin bugünkü bu karlı iş bir az sonra köhnələşər, xeyirsiz olarmış, zamana görə özgə təzə işə, təzə sənətə başlamaq lazım imiş, burası kimsənin işi deyil. Elmsiz, xəbərsiz sovdagarlarımızın əksərində olan bu naxoşluq təəssüf ki, oxumuşlarımızda dəxi vardır.Bir sahibi-fərasət təzə bir şey yazar. Çox sürməz. Cümləmiz o havaya oxumaqla, yazmaqla boş vaxt keçirmək istəriz, amma “Müəlimlərimiz nə üçün kəndlərdən qaçırlar?” məqaləsi nəzər-diqqətə alınaraq yazılan yazılar əlbəttə ki, bu cür müqəllid yazılardan deyil, bu məsələni yazmağa hərçənd böyük fikir istəməz, amma yenə yada gətirək ki, bu məsələ meydana qoyulan kimi hər tərəfdən bu barədə yazılmağa başladı. Cənab Firudin bəy Köçərlinin yazdıqları nəzərdiqqətə alındı. “Yarımçıqlardan biri”, “Bir şəxs”. “Axund” imzaları ilə gözəl-gözəl bəndlər yazıldı. Bir çox örtülü işlərin, zorlu səbəblərin üstü açıldı. Müəllimlərdəki qüsur və günahın cümləsi darülmüəlliminin əksiliyində, müəllim adındakı missionerlərin üsuli-tərbiyə və təlimlərində göründü. Doğrusu, çox-çox şükür ki, bəradərimiz Firudin bəyin meydana çıxardığı lazımlı bir məsələ havayı oxunub keçilmədi. Dərdlərimiz barəsində yazılan zahiri acı yazılara qarşı dodaq büzüb oturulmadı.
Başqa şairlərin şeirləri
Necə rəva gördün, ey mələkzada,Döndün aşinadan, dil verdin yada.
Qovuşa bilmirYağır ömrümüzə taleyin qarı,Bir olsaq – ayrıyıq, ayrılsaq – birik.
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
Sənəma! Talibdir üzünü görməgə ürəkSənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.