“Həyat”ın vaxtında oxuya bilmədiyim 53-cü nömrəsi bu gün gözümə sataşdı. Bəradəri-mükərrəmim “Hafiz Məhəmmədəmin Şeyxzadə” imzası ilə Axalsikdən yazılmış bir məktubu oxudum, bir şey anlamadım. Bir şey anlamadım ondan ötrü ki, cənab bəradərimin açıqfikirliliyi, geniş məlumatı ilə bu məktubun arasında xeyli təfavüt gördüm. Çox ola bilər ki, səhv edirəm. Ancaq bu səhvimi bildirib açıq sözlər ilə acizlərini başa düşürəcəklərinə ümidvar olduğun üçün anlamadığım yerləri sual ilə öyrənmək yolu ilə yazıram.

Cənab Şeyxzadə yazır: “Qovayidi-din və maarifi-islamiyyəmiz bu dəfə lütfi-həqq və mərhəməti-padşah və həmiyyəti-əhli-vicdan ilə suyi-idarənin hökm və cərəyanına xitam verilib cəbrən və zülmən bağlanmış olan qapıları həqqaniyyən və ədlən açılaraq hürriyyət və müsavata fərman verilib aləmə bir dövri-cədid elan edildi”.

Bəh-bəh. Nə xoş zahir sözlər… Amma mən anlamıram ki, havaxt lütfi-həqq, mərhəməti-padşah və həmiyyəti-əhli-vicdan ilə sui-idarəyə xitam verildi? Mən bəlkə bilmirəm. Əgər elə bir xoşbəxtlik varsa lütfən bizə də əsərləri göstərilsin. Mən nə bir idareyi-ruhaniyyəmizdə, nə də ümumi bir işimizdə elə “həmiyyəti-əhli-vicdan” əsəri, işi görə bilmirəm. Hər yana baxılsa yenə köhnə lağər, köhnə çul. Bilməm, amma bəlkə, möhtərəm mühərririn yuxarıdakı ibarəsində qəsdi böylədir: “Qəvayidi-diniyyə və maarifi-islamiyyəmiz, ruzigarın təsiri və lütfi ilə nə yapacaqlarını çaşıran amillərin həmiyyəti ilə köhnə idarənin üst üzü bir az dəyişdirilib köhnə hökumət ilə bağlanmış qapıları – bıçaq ağzı qədər açılacağını göstərmək üçün hürriyyət və müsavat “sözlərinin” bir neçə gün danışılmasına rüsxət verilib aləmə bir “dövri-cədid” elan edildi”.

Ha… Bax! Belə bir sözüm yox, yəni ibarəyə sözüm yox. Yoxsa o… dövri-cədid yadıma gəldikcə ürəyim parçalanır, beynim əzilir. Dövri-cədid amma yaman dövri-cədid idi. Allah bir daha o cürəsini düşmənə də göstərməsin.

Şeyxzadə yazır: “Tiflisdə keçənlərdəki cəmiyyeti-milliyyəyi-islamiyyə o dövri-cədid həqqaniyyəti-pədidin feyzi idi”. Bəli, bəli, lap elədir! O cür dövri-cədidin feyzi bu cür cəmiyyəti-milliyyəyi-islamiyyə oldu ki, ömri-şərifi ancaq beş-on gün çəkdi, yeni doğduğu yerdə canı da çıxdı.

Möhtərəm mühərrir yazır: “Bu cəmiyyətdə müsaideyi-diniyyə və tövsiyyati-ainiyyə nizamnaməsi tənzim edildi..,” Nə gözəl niyyət! Amma əzizim, vasəfa ki, elə bir şey olmamışdır. Doğrudur, Tiflisdə keçən sentyabrın axınnda bir yığıncaq oldu. Məhəyyeyi-millət, rəhbəri-ümmət cənab rəisi-ruhanilərimiz də o yığıncağın sədrləri idilər. Və hətta bu məclisə rüsxət verilməyini hədsiz bir nemət olduğu barəsində məsciddə çox əla dərəcədə əxlas və sədaqətpərvəranə Şeyxzadə deyir: “Bu məclisi-maarif işin təşkil edən zəvat kirami-həqqə tayifi-müqəddəs vəkilləri və əffadi-ümmət mütəvəlliləri idi…” Ne yalan söyləyim, bu ibarələri oxuyanda Tehran vo İstanbul qəzetələrinin ibarələri yadıma gəldi. Sizin də tez-tez təkrar etdiyiniz “Ayinəsi işdir kişinin, lafa baxılmaz” millətinə görə o zevati-kiramnə iş gördülər ki, “əfradi-ümmət mütvvəllisi” namını qazandılar. Yoxsa “mütəhəvvəl” yerinə səhvən “mütəvəlli”mi yazılıb?

Cənab Şeyxzadə yenə buyurur: “Hökuməti-möhtəşəmənin ixtar və dəvətilə üləma və ürəfa cəm olub Tiflisdə “Millət məclisi” bina etdilər”.

Aman, bu da nə gözəl can alan ibarə. Şamaxının Kəramətli kəndlilərindən olsa idim, mütləq nəzər dəyməsin deyərdim. Yahu, insaf buyurunuz, hökuməti-möhtəşəmənin ixtar və dəvətilə, daha türkcəsi – buyuruğu ilə təşkil edilən məclisə, zənnimcə “üləma və ürəfa məclisi”ndən artıq “qulluqçu və mütəvəllilər məclisi” adını versək daha ziyada yaraşar. Haydı, sizin xatiriniz və bizim köhnə adətimiz üçün “üləma və ürəfa məclisi” deyək. Amma məhz hökumət amirlərinin buyruqlarını əmələ gətirmək qorxu və ixlası ilə, qulluqçuların qulluqçuları cənab müfti və cənab şeyxülislam səvabdidləri ilə meydana gələn yığıncağa heç vaxt “Millət məclisi” nami-alisini vermək olmaz. Bərabər, sizin də çoxdan bildiyiniz kimi, “Millət məclisi” o məclisə deyirlər ki, millətin özü öz ehtiyacını, öz həyatını, öz hüququnu qanıb öz dərdlərinin müşavirəsinə lüzum görələr və qərəzsiz, mənzursuz öz aralarından həmiyyətli, məlumatlı vəkillər seçib məclis təşkil edələr. İştə böylə məclisə “Millət məclisi” və camaatın qana-qana seçdiyi mənzursuz vəkillərə də “millət vəkilləri” deyirlər. Millət vəkilləri, ümmət mütəvəlliləri gərək hər bir bəla və möhnətə “vəzayifi-müqəddəsi-milliyyə” naminə səbir etsinlər. Millətin dərdinə və ehtiyacına qalsınlar, millətin qəm-qüsurlarını öz qüsurları hesab etsinlər. Qara günlərdə millət köməkçisi olduğu üçün həbs və nəfi olunsalar belə xidməti-milliyyədən üz çevirməsinlər. Millətin hər cür haqq və ixtiyarını müdafiədə öz cibinin, öz canının qeydini buraxıb, haqq yoldan və vücudunu fədadan geri durmasınlar.

Yoxsa “mən də varam” fikri ilə şöhrət, nüfuz və hökm sahibi olmaq xəyalı ilə beş-on manat xərc edib Tiflisə, Peterburqa getmək, geri gəldikdən sonra oturub yatmaq vəkillik deyil, adam aldatmaqdır.

Beradərim Şeyxzadə ən axırda yazır: “Bu məclis nə üçün təxirə qaldı?” deyib təxirə qalmağından xeyli şikayət edir. Amma heç soruşmur ki, bu təxirə qalan məclisin axırı nə oldu? Hanı o qışqırıqlar, hanı o “böyük iftixari-mucəbi-inşirah”ların nəticəsi, Rübbi-əsrdən artıq riyasəti-ümmətin üstə oturub istrajnikler kimi nişan artırmağa bəzli-hümmət buyuran rəislərimizin “rəhəc”lərindəki vədlər hara uçdu? Görünür işin içində bizim əqlimizin irmədiyi hikmətlər varmış!.. Hər nə… sifarişlə, zorla… şöhrət və nişan məqsədilə görüləcək işlərin millətə heç nəfi olmuyacağı çoxdan məlum.

Vay iş gözlüyənlərin halına. “Duma” deyil ki, qollar çırmansın, vaxtı gəlmədən hazırlaşılsın. Amma əcələsi nə bizim “təvəkkül və Allah kərim’in vaxtı uzundur.

Beradərim Şeyxzadə, aşağıdakı sualı soruşub cavab gözləməkdə mənə şərik olursuz? “İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcək”. Şeytanın rastına lənət… “Müsəlmanlar düzələndə”. Müsəlmanlar nə vaxt düzələcək? İdareyi-ruhaniyyələr düzələndə.

Tarixə müraciət edərsək, yuxanda ərz elədiyim kimi, görəcəyiz ki, “dövri mədəniyyəti “mizi meydana gətirən, ülum və fünunun ən böyük hamisi, hətta “büdpərəst tayifəlerinden olan bir çox elmi və fənni öyrənib onlan daha artıq diriltməyə çalışan üləma və hükəmamızın bir qismi, bəlkə böyük bir qismi ruhani üləmamızdır. Bizdə vaxtikən özünü, öz vəzifəsini bilən, el üçün, yəni camaat üçün çalışan məlumatlı, həmiyyətli, gözü tox, bəxalədsiz, kin və qərəzsiz üləma vardır. Bizim başımız, qədrimiz ali və uca idi, özümüz də öz haqqımızı bilən, öz səy ve qeyrətimizin səmərəsi ilə insanca yaşayan, ədalət və hürriyyəti, müsavat və üxuvvəti özümüzə rəhbər edən ali xislətli ali bir ümmət idik. Amma vaxta ki, bəzi səbəblər ilə ruhani üləmamız yavaş-yavaş firqəbazlığa, Allah yolunu buraxıb məhz öz səslərinin qeydinə qalmağa, öz əsil vəzifəsini itirməyə başladılar, o gündən çarxımız tərsinə dönməyə başladı: elm və həqq yerinə ortalığı cəhalət və yalançılıq tutdu. İttihad və qardaşlıq yerinə aləmi əxəff və düşmənçilik qapadı, şərəf və məziyyət yerinə zillət və səfalət doldu, şövkət və qüdrət əvəzinə məskənət və həqirlik çökdü, ucalıq və böyüklük məqamlarını acizlik vo köləlik tutdu… Xülasə, biz də yavaş-yavaş bu günlərə qaldıq, bugünkü əsarətlərə, zillətlərə düşürüldük. Nə oldu bunlara səbəb? Şəksiz, həqiqi üləmasızlıq. Bəli, üləmasızlıq! Hərçendi elmi-islamın tədənnisinə, bugünkü pərişanlığına bais olan böyük səbəblərin biri də məhz islam padişahlarıdır. Hətta şöhrəti dillərdə dastan olan məşhur Harun ər-Rəşid kimi maarifpərvər padişahlardır ki, özlərinin, islamın güclü vaxtlarında arada törəyən həqiqi üləma libasındakı ixtilafçılara guya həqiqətin büruzə çıxmasına səy edən fazillərə, qərəzkar və bizi bu günlərə salan sahibi-füru şöhrətpərəstlərə verdilər: tərəqqiyi-elm adı ilə ixtilaf və təfriqəni mucib, lüzumsuz mübahisə və mücadilələri xoş görmək və hətta bəzən də bir tərəfi istizam edib təşviq etmək kimi tədbirsizlik və dürbinsizlik göstərdilər. Amma hələ oralarını qurdalamayaq. Həm uzun çəkər, həm vaxtı deyil. Bununla bərabər bunlann günahları özgədir.

Qəsdimizə gələk: islam ruhani üləması ilə xristian ruhani üləması arasında dağlar qədər təfavüt var dedik. Bu təfavüt səbəbilədir ki, bu gün xristian üləması aləmin başına götürdükləri bəlanın əvəzini görüb Avropadan camaat arasından sürülürlər, yox edilirlər. Demək ki, Avropa camaatı özlərinin nicatlarını ruhanilərin yoxluğunda tapırlar. Bizim nə işimizə, öz hesablarını özləri hər kəsdən yaxşı bilirlər. Bizə, bizə gələk. Görək ruhani üləmamızın yoxluğu bizə nicat verirmi? Yox! Yox! Biləks bizim vəzimiz və mövqeyimizin icabı, onların yoxluğu millətimizin yoxluğu deməkdir. Bu barədə avropalılar ilə gərək daban-dabana zidd olaq. Çalışaq ki, bizim bugünkü həqiqi üləma namını qəsb edən bir çox ruhanilər doğrudan həqiqi üləma olsunlar və belə üləmanın ətəklərindən bərk yapışıb məscidlərimizi rövnəqləndirək. Bəli, böyük gücümüzü bu tərəfə verək ki, bizim milli həyatımız, siyasi vəzimizə gözü açıq milli-müxtəlifə arasındakı mövqeyimiz Avropanın halı və bəzi müsəlman hökumətləri kimi deyil. Biz bambaşqayız. Biz gərək öz milli həyatımızın bəqası üçün gərək dörd əl ilə həqiqi ruhanilərə, məscidlərimizə, məscid məktəblərimizə, şəri adətlərimizə sarılaq. Həqiqi üləmamıza böyük ümidlər, ümidi-nicatlar bağlayaq. Amma indiyə qədər olduğu kimi kor-koranə yox ha! Milli məktəblər, ruhani mədrəsələr açıb onlar ilə gözümüzü, beynimizi açmaq ilə qana-qana ümid bağlıyaq.

Ağıllı qonşular burasını bizdən çox əvvəl qanıb hər tövr təhlükələrə qarşı həqiqi ruhani üləmasını, kilsələrini sipər edirlər. Bunlar, bu xristianlar avropalıları meymunca təqlid etməyib kilsələrinə köhnəsindən yüz qat artıq güc verirlər. Qapılarını böyüdürlər. Qonşularımızın fərasətini inkar etmək olmaz. Mövqeyə, politikaya görə çox gözəl iş görürlər. Kilsələrini əllərində hər günə polıtika yolunda dəstavuz etməyi niyyət etdikləri vaxt kilsələrin bünövrələri demək olar kilsə məktəblərini, ruhani mədrəsələrini çox mükəmməl təsis etməyi bacardılar. Bu zamanın kilsələrində bu zəmanəyə, bu zəmanə millətlərinə görə vəz etmək, milli cəmiyyətlərini kilsələrdə təşkil etmək, siyasi qəsdlərini kilsələrdə möhkəmləndirmək üçün qeyrətli, həmiyyətli, məlumatlı, fədakar ruhanilər yetişdirdilər. Bizim kimi adam və xatir üçün qulluq yox, qulluq üçün adam hazırladılar. Odur ki, bu cür kilsələrin, bu tövr ruhanilərin uğruna heç bir erməni nəinki malını, canını belə fədadan geri durmaz. Odur ki, hər yana baxsan üç kilsə mülkü-erməni vəqfı, erməni əsəri görülür. Şüurlu qonşularımız hər şeydən qabaq qandılar ki, bu hərcmərcli yerlərin, bu qalmaqallı alə-min arasında itməmək üçün kilsələrin divarlarına, həqiqi üləmaların ətəklərinə bərk yapışmaq lazımdır. Odur ki hər cür milli, siyasi işlərini kilsə maskası, pərdəsi altında köçürürlər (…)

Bu zamanada hər kim qarşısındakına baxmayıb tədbir və gücüəldən buraxırsa vay gününə! Dava vaxtı ürək yumşaqlığı edib bitə-darük yatan tayfanın kül başına! Aləmi sellər, zülmlər, təcavüzlər götürən bir vaxtda mərhəmət, insanlıq gözlüyüb əlini bağlıyanın torpaq ağzına!..

Vay, biz qəsdimizdən nə qədər uzaq düşdük. “İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcək?” sualı hara, bu hekayələr hara?

Ey möhtərəm oxucu, bağışla! Dərdli həm az söyləyən, həm də sözünü qarışdıran olar. Neçə illər, neçə yüz min saatlar bizi yuxuladanların boş hekayələrini ağız açıb dinlədiniz. Bu beş-on dəqiqə də onların yanında olun… Gələn səfər əsil qəsdimiz olan idareyi-ruhaniyyələrimizdən yenə dərdləşərik.

Ümidvar (Ömər Faiq Nemanzadə)

‘”İrşad” qəzeti, 1906, № 80,85

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Çəhrəci Xala

Cənab Molla əmi!Neçə vaxtdır ki, səndən xəbərim yoxdur. Uzaq yerə – Dağıstan tərəfə yun almağa gəlmişəm. Nə qayırım, bizim yun ahş-verişçilərinin üzlərini mürdəşir yusun, heç insafları yoxdur, satdıqlan yunun çox yarısı çirk, palçıq, şaqqıldaq olur. Bəzi vaxt içinə yumru daşlar da qoyurlar ki, çəkidə ağır gəlsin, bununla belə atalarının qiymətini üstünə qoyurlar, Allah onlara min təsbeh lənət eləsin ki, məni diyarbədiyar salıblar! Qərəz, sözüm onda deyil, bizim yerin adamlarının nainsaflığmı sən özün də yaxşı bilirsən. Mətləbim bu yerin arvadlarından sənə bir para əhval söyləməkdir. Bu başdan onu deyim ki, buraya gələndə yolum “Öskürək piri” olan şəhərdən düşdü. Piri ziyarət edib nəzirimi verdim. Bu şəhərin arvadları çox dilli-ağızlı, çörəkli-duzlu, yanmçıq sözlü, tez-tez danışan və danışanda bir-birinə macal verməyən xalalar, bacılardır. Bir xasiyyətləri de budur ki, biri söz eşidəndə “buy, Xanbacı” deyib içlərini çəkirlər, özləri de bayaq deyirlər, çox da naqqaldılar. O qədər danışıb söylədilər ki, gecə məni qara basdı ve yuxuda gördüm ki, cəhrəmin çarxı qəflətən sındı, yuxuda cəhrə sınmaq çox pis şeydir, bildim ki, mənə bir bədbəxtlik üz verəcəkdir. Səhərdən hazırlaşırdım ki, yola düşüm, dünənki xalalardan birisi gəlib mənə xəbər verdi ki, buy, ay qız, yaxşı xəbər var, gözün aydın olsun, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini göıdünmü, necə ona qənim oldu! Doğrusu ki, bu xəbər mənim halımı xarab elədi, yuxum zahir oldu: hərçənd bir yana baxsan sen elə bağlanmalısan, çünki pirlərə, ocaqlara ve biz arvadlara çox dolaşırsan, amma genə dərdimizə qalan sənsən, qənimət adamsan.

19073 dəq
Bakının əlacı

Bakıya lazımdır bir çarə qılmaq, dəxi bundan soııra səbir eləmək mümkün deyil. Heç mümkün deyil səbir eləmək. Bakının üfunəti dünya və alemə dağılıb qoymur nəfəs almağa. Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəbə ki, hamı gözünü dikib Bakıya və Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzürr həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanın fikrini çaşdırır.Cavanlarımız özlərini Bakı qoçulanna oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərim Bakı müəllimlərinə oxşadırlar.

19072 dəq
Oyun-Oyuncaq

Yox, vallah, belə olmaz! Axır yuxanda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin. Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşr-maarifimiz” var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.Mən də dinmədim, dedim qoy hələ görək axın nə olacaq.

19073 dəq
Allaha Rüşvət (Axalsixdən)

Ay molla dayı, keçən həftə qoca atam Allah rəhmətinə getdi. Allah sizinkinə də rəhmət eləsin. Vallah, ürəyimdə ha yalvardım, bu qış günündə, bu pulsuz vaxtımda ölməsin; ha deyirdim, alacaqlanmı yığım, heç olmasa, bir neçə yüz manat ələ götürüm. Atamın cənazəsinə xərc edim. Amma zalım Əzrail kasıb-kusub halından qanan deyil. Mənim yalvarmağım boşa getdi, yenə öz bildiyini elədi. Bir yandan atanım ölümünü, bir yandan da pulsuzluğumu dərd edirdim ki, bu vaxtda nə idi başıma gəldi: bizim mərhəmətli qonşu arvadlar atamın ölüm xəbərini eşidən saat qanşqa təki evimizə doldular, bir ağlaşma, bir fəğan qopardılar ki, Allah göstərməsin. Beş-on dəqiqə keçmədi ağbaşlılar dəstəsi də hücum çəkdi. Bir saat sonra bizim evimiz dəxi bizimkilikdən çıxdı. Atamın ölüm dərdini yadımdan çıxartdım. Çünki orası deyildi: Allahın bu çağırılmamış qonaqlarına çay, suxarı, çörək, plov… Molla dayı, bir burada olub öz qulağınla eşidəydin ki, arvadların ağlaşmalanyla mollaların Quran oxumaları bir-birinə qarışanda ne qəribə aləm olarmış!!! Bir istədim arvadlara deyim: “Nahaq zəhmət çəkib özünüzü incidirsiniz, atam doxsan yaşında fağırın biri idi. Öz əcəldə Allahın rəhmətinə getdi, sizə nə olub saçlarınızı yolursunuz?”Ele ağzımı açdım deyim, hər yandan: “Sus, təzə müsəlman! Sus, mürtəd!”

19084 dəq

Başqa şairlərin şeirləri