“Qorxan gözə çöp düşər”El sözü

Ehtiyat deyiblər, bəzən susmuşam,min canın qorxusu bir cana düşüb.Ehtiyat eləyib mən uduzmuşam,şöhrət ehtiyatsız olana düşüb.

Ehtiyat sözünü gətirmə dilə,qabağa özün düş döyüş zamanı.Ehtiyat eləyən xalqların belənə vətəni olub, nə qəhrəmanı.

Ehtiyat etdikcə tutub əyiblər,uduzub qeyrəti girov qoyanlar.Yüz il ehtiyatla ömr eləyiblərbir gün hünər üçün vaxt tapmayanlar.

Sözümü, sirrimi mən danmamışam,hardasa düşmüşəm bəzən şərə də.Mən birinci gündən inanmamışamehtiyat eləyən şairlərə də.

Kimsə xatırlayıb məni yad etməzümid eləmə ki, doğma yad olmur.Azadlıq istəyən ehtiyat etməz,səngərdə, unutma, ehtiyat olmur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən