Ona sual verdim: nədir məhəbbət?Mənə cavab verdi: sənə sədaqət.Soyumur ürəyin isti nəfəsi,sinəmin odudur bəlkə bu həvəs?

Var ol,ey gözəllik mücəssəməsi,məni yaşamağa ruhlandıran səs.

Mən toxam, mənəvi ehtiyacımla,sən də ən ətirli təzə çiçəksən...Hardan biləydilər —bu ağ saçımlasən məni bu qədər bəyənəcəksən.

Deyirsən yaraşır, mən xoşlayıram,sağ ol bu söz üçün, bu deyim üçün.Gərək düşmənimə minnətdar olammən sənin xoşuna gəldiyim üçün.

Kiminsə “əməyi” gedibdi hədər,sevinc əvəzinə qəm yeyibdilər.Saçımı ağardan qaragünlüləryaraşıq veriblər,bilməyibdilər.

Dərk etdim həyatı mən bu yaşımda,bir şeyi bilmədin sən ey bixəbər;mən elə torpağam —mənim başımdafəlakət əksilər, səadət bitər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri