Dördüncü məclis
Səhifə 2 / 2 · 50%
YEDDİNCİ GƏLİŞ
Niyaz bəy və qeyriləri. Yusif və Xədicə yerlərindən dururlar.
N i y a z b ə y (Yusifə). Qəribə ləzzət aparırsınız!
Y u s i f. Necə ki? (Xədicə çay tökür.)
N i y a z b ə y. Dəxi necə olacaq? Belə gecədə, bu bağçanın içində oturub çay-içmək nəyə desən dəyər.
X ə d i c ə. Elə də pis öyrənibdir, ay dayı, evdə iki stəkan içəndə burada dördünü içir. (Niyaz bəyə çay verir.)
Y u s i f. Həqiqət, elədir.
N i y a z b ə y. Elə də gərək olsun. (Fikir.) Təzə xəbər eşidibsinizmi?
X ə d i c ə,Y u s i f. Yox nə var?
N i y a z b ə y. Şamdan dəli olubdur.... (Xədicə danışmayıb təəccüblə Niyaz bəyə baxır.)
Y u s i f. Jox, ha?
N i j a z b ə j. Sizin canınız üçün.
Y u s i f (fikrə gedir). Kim dedi?
N i j a z b ə y (çay içə-içə). Mən özüm gördüm.
X ə d i c ə. Harda?
N i j a z b ə j. Dünən bazardan keçirdim. Bir də gördüm ki, biri meydanın ortasında durubdur və xalq də başına yığılıb. Yavuq gedib görürəm ki, bir cındır paltarda üzü-gözü torpağa bulaşmış adamdır. Diqqətlə baxıb görürəm ki, hənuz özü.... Yazığım gəldi. Amma qoy hələ bu gündə olsun ki, qəbahətini anlasın.
Y u s i f. Yəqinimdir ki, indi başa düşübdür və çox da peşmandır. Elə ki, mən onu tanımışam heç kəs tanımaz. İnandırıram sizi ki, hərgah bir də fənd bağlaya, çox işlər körər.
N i j a z b ə j. Jox.... Dəxi ölən yeridir ki, ölübdür. A kişi, bilmirsən bu zalım oğlu dünyanı bir-birinə necə vurdu.
(Nazlı gəlir.)
SƏKKİZİNCİ GƏLİŞ
Nazlı və qeyriləri.
N a z l ı. Xədicə xanım, səni Hacı ağa çağırır. (Xədicə gedir).
N i y a z b ə j. A kişi, mənim və Hacı İbrahimin yanında bir cürə söhbət edibdir ki, lap quruyub qalmışam.
Y u s i f. Haçan?
N i j a z b ə y. Pəh.... Görükür xəbəriniz yoxdur. Qıza hələ elçi göndərməmişdən əvvəl Hacı eşitmişdi ki, qızı istəyir. Bunu bir gün qonaq çağırıb istəyir ki, iidi bundan söz alsın. Mənim yanımda özünü bir dərəcəyə çıxartdı ki, özüm də mat qaldım.
Y u s i f. Yaxşı, nə deyirdi ki?
N i y a z b ə j. Dəxi iə deyəcək. Deyirdi ki, belə basdım, belə kəsdim. Nə bilim, qubernator mənim xatirimi belə istəyir, filan knyaz məni belə qonaq elədi, filan xan mənimlə belə rəftar elədi. Sizin canınız üçün, mən onun yerinə qızarmışam.
Y u s i f. Hacı da, görükür, inanıbdır.
N i y a z b ə y. Bəs nədir. Elə gedəndən sonra mənə deyir ki, gördün necə hünərli oğlandır. Buna qızımı verməyib kimə verəcəyəm. Sonra da bu iş aşkar olandan sonra özü məni çağırıb deyir ki, mən böyük səhv etmişəm. A kişi, təəccüb orasıdır ki, özü yalan deyir öz yalanına da özü inanır.
H a m ı (gülürlər). Ha! Ha! Ha!
(Hacı İbrahim, Nigar və Xədicə daxil olurlar.)
DOQQUZUNCU GƏLİŞ
Yusif, Niyaz bəy, Hacı İbrahim, Nigar və Xədicə.
H a c ı İ b r a h i m. Yenə nə var, gülürsünüz? (Yusif və Niyaz bəy ayağa dururlar.)
N i y a z b ə y. Heç....
H a c ı İ b r a h i m. Doğrudan nə var? (Hərəsi bir kürsü üstə əyləşir.)
N i y a z b ə y. Zalım oğlunun sözünü danışırıq.
N i g a r. Şamdanınmı?
Y u s i f. Bəli.
N i g a r. A bala, Xədicə, ağana çay tök. Evdə içmədi ki, gedərəm bağçada içərəm.
H a c ı İ b r a h i m. Allahı sevirsiniz, qoyun qalsın. Öz bəlasını allah ona veribdir. Mən bircə Yusif bəyə təəccüb edirdim ki, ona necə aldanıb, halbuki neçə vaxt da onunla dostluq edibdir.
N i y a z b ə y. Söz odur, hünər elə gərək.
Y u s i f b ə y. Xeyr, xeyr.... Bir hünər istəməz ki, bu aşkar şeydir. Mən on il bundan müqəddəm onunla bir yerdə oxumuşam. Və oxuyan vaxtda mənim həqiqət, bununla yeyib-içməyim bir yerdə olubdur və bir elə ittifaq da düşmüyübdür ki, mən onu əməlli tanıyam. Zira ki, oxuyan zaman da zindəganlığımız uşaq zindəganlığı kimi keçibdir, fikrimiz ancaq oxumaqda olubdur. Bu zalım oğlu on ildən sonra gəlib. Dəxi mən nə bilim ki, bu nə tövr adamdır.
H a c ı İ b r a h i m. Bəli, adam tanımaq çox çətindir.
N i g a r. Sənin özün də ona lap aşiq olmuşdun.
N i y a z b ə y. Mən ki, onu elə gördüm, çox adamın evini yıxardı.
X ə d i c ə (əlində stəkan istəyir Şamdan tərəfə su töksün. Birdən onu uzanmış görüb bərkdən çığırır və stəkanı əlindən buraxıb). Vay!
(Bu vaxt qeyriləri gəlib Xədicə duran yerə, ölünü görüb hamısı heyran qalırlar və Yusif baxıb deyir.)
Y u s i f. Axırda bu günə düşməyin təbiidir.... Yaman dil başabəladır! Xain və yalançı bir adamın aqibəti belə olur. Bu zavallının məhv olmağına səbəb nə oldu? Camaatın ittifaqı! Belə bir ittifaq ilə yaman vücudlardan topsuz-tüfəngsiz xilas olmaq həmişə mümkündür....
PƏRDƏ
Kitabxana.az · https://kitabxana.az/works/nerimanov-samdan-bey-dorduncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab.Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir).
Şeytan bazardaBilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz?Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır!
Tənqid"HİFZÜL-SƏHHƏT". DOKTOR KƏRİMBƏY SULTANOV(İdarənin təklifinə görə bu kitab tənqid olunur)
Bir kəndin sərgüzəştiKeçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. ikincisi isə İ. adı ilə məşhur idi.Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu.
Başqa şairlərin şeirləri
Getdin, niyə gəlmədin, həbibim?Ey vah, o nasıl yaman gedişdi.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,