Ayaqlar
Qabriela Mistral
Körpə ayaqlarınızGöyərir şaxtadan,Neçin qızdırmır sizi,Neçin baxıb keçir insan?!Sizi yaralayır daşlar,Sizə zibil atırlar,Sizi didir, dişləyirKülək, soyuq, buz və qar.Kor gözlər görməyir ki,Keçdiyiniz yerlərdəAğ zanbaqlar açılır,Ətir və nur saçılırQanlı pəncəniz sizinToxunanda torpağa,Tapdanmış cığırlardanGüllər qalxır ayağa...Bu bilinməz yollardan,Bu keçilməz izlərdənKeçin, gedin, balalar,Olarsınız qəhrəman.Sizdən qiymətli, əzizBu dünyada nə vardır?Sizi görmür insanlar,Onlar kordur ya kardır?!
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-ayaqlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ürəyimdə nə sevginin odu var,Nə ağzımda yeməklərin dadı var.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!