Məstanın balaları
Sevil bağa köçəndəMəstanı da apardı.Bağı görəndə MəstanGör nə tufan qopardı...Gah ağaca dırmaşdı,Gah divara dırmaşdı,Gah damın üstə çıxdı,Gah da çəpəri aşdı...Qovdu ağ kəpənəyi,Yoldu otu, çiçəyi...Kərtənkələ, qurbağaQaçırdı sola, sağa,Qarışqa dalında yükDaşıyırdı yuvaya,Gedirdi qarayüyrükElə bil ki, davaya...Məstan təzə yerlərdəÖzünə yurd salmışdı,Üç balası zənbildəYaddan çıxıb qalmışdı...Gəzirdi həvəs iləMəstan evi, eşiyi,Gözünə ilişəndəHərdən siçan deşiyi,Marıtlayıb dururduDeşiyin qabağında.Görün bir nələr vardıSevilgilin bağında;Havada uçur arı,Şütüyür kərtənkələ,Tullanırdı qurbağaSuyun yanında hələ...Məstanın üç balası –Şirxan, Tərxan və OrxanZənbildən baş qaldırıbMiyoldayırdı yaman...
Məstan atıldı, düşdü,Oynaqladı doyunca,Qaçdı xiyabanlarıQaçdı lap bağ boyunca...Qaçdı, oynadı, qaçdı
Hey sevinə-sevinə.Bura heç bənzəmirdiAxı şəhər evinə,Hər yan açıq, bağ-bağatBurda başqaydı həyat.Məstan hey oynayırdı,Birdən duruxub durdu...Gördü düşməni sərçəOturubdur budaqda...Suyu çoxdan qurumuşBir quyu vardı bağda.Məstan tez atıldı ki,Qalxıb sərçəni tutsun,Ağacda cik-cik edənSərçəni boğub udsun...Ancaq mayallaq aşıb,Özü quyuya düşdü.Qaranlıqdan, qorxudanOnun qanı uyuşdu...Quyuda hər yan qara,Bir qaranlıq çökmüşdüElə bil divarlara...Məstan lal-cim dayandı...Qorxdu, ürəyi yandı...Qışqırdı birdən Sevil.Quyuya Məstan deyil,O düşmüşdü elə bil...– Gəlin, gəlin, ay aman,Quyuya düşüb Məstan...– Az atılıb-düşəydi, –Deyə deyindi nənə,Ürəyində acıdıAncaq Məstana yenə.Yığıldılar qonşularDərin quyu başına,Bir kəndir bağladılarLap quyunun daşına.
Kəndirin də ucunaBağladılar bir zənbil,Zənbilə ət və çörəkQoyub salladı Sevil...Salladı ki, quyuya –Məstan yeməyi görcəkTez zənbilə girəcək...Lakin Məstan baxmadıZənbildəki şeylərə.Bir məsləhət verirdiQuyu başında hərə...Sevil xeyli səslədi,Çox çağırdı Məstanı,Məstan isə elə bilUnutmuşdu dünyanı...
Nə çörəyə, nə ətəYaxın dururdu Məstan...Nənə yerindən qalxıbYaxın gəldi bu zaman,Pişik balalarınıHəmin zənbilə yığdı...Şirxan, Tərxan və Orxan –Üçü bir yerə sığdı...
Salladılar yenidənQuyuya bu zənbili.Elə bil ki, MəstanınBirdən açıldı dili.Balalarını gördü,Cumub zənbilə girdi...Elə bil ki, yadındanÇıxdı bayaqkı dərdi...Körpələri yaladı,Miyoldadı o ki var...
Bu zaman yuxarıdanKəndiri tez dartdılar
Çıxartdılar Məstanı,Yanında balaları...Gördü Sevili Məstan,Atıldı ona sarı.Ana, bala pişiklərHey yalaşıb doydular,Kor quyunun ağzınaUşaqlar daş qoydular.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-mestanin-balalari
← → düymələri ilə keçid, R — təsadüfi şeir