Ömrümün xəzan çağındayam
Ömrümün xəzan çağındayam,Tərənə.Payız bağındayam...Xatirəli günlərQızıl-qızıl yarpaqlar kimi tökülür.Ömrümün çılpaq budaqlarındanŞəfəqli bir ümid gülür.O sənsən, Tərənəm,O sənsən...Ruzgarda yaşıl bir budaq kimi əsən,O sənsən, Tərənəm,O sənsən...
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-omrumun-xezan-cagindayam
← → düymələri ilə keçid, R — təsadüfi şeir