Ey nazlı mələk və şux dilaram,Sənsiz mənə yox qərarü-aram.

Ey badi-səba, apar peyamıSöylə ona: “Ey gözəl güləndam,

Getdin və apardın hüsnü əqli,Etdin məni öz yolunda sərsam.

Qəm şərbəti vermisən hesabsız,Ey sərvqəddim, ürək təmənnam!

Məcnun kimi nalə eyləyib mən,Leyli deyərəm də sübh ta şam.

Daim gəzərəm mən hər məkanı,Olmaz tələbimə bir sərəncam.

Nə səndən olur mənə sifariş,Nə meylə dolur əlimdəki cam.

Zülfündə düşüb tora bir ov təkQaldım necə gör fəqirü nakam?!”

Məqtə — şairin təxəllüsü olan son beyt. Qurtar qəzəli daha, Nizami,Get xəlvətə gir, otur, tut ehram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri