Ey nigarım, könlümü çaldın, füsunxan olma gəl!Sən məni lal eylədin, bəsdir, zəbandan olma gəl!

Sən könül almaqla etdin, qıl nəzər, hər qəlbi şad,Qorx bu məhrumun canından, qatili-can olma gəl!

İzn ver ta bir zaman seyr eyləyim gül hüsnünü,Sanma ki, bir oğruyam, artıq, nigahban olma gəl!

Bağladım bel xidmətində zülfünə bir mur tək,Muri qarət eyləməkdə bir Süleyman olma gəl!

Məqtə — şairin təxəllüsü olan son beyt. Öylə ki, sürətlə ol sərxoş qayıtdı məclisə,Badə ver sən bu Nizamiyə, girancan olma gəl!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq