Fəxr elə yar ki, barını çəkirəm,Saf ürəkdən qubarını çəkirəm.

Sərxoşam, bir şərabdır eşqin,Bu səbəbdən xumarını çəkirəm.

Mən zəlili kənara atma, gülüm,Səni ağuş baharıma çəkirəm.

Ruzigarım keçirsə cövrinlə,Ürəyindən o narını çəkirəm.

Qoyma solsun çiçəklənən əməlim,Hər zaman intizarını çəkirəm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bülbüləm mən, Nizami, gülşəndəGülünün ahü-zarını çəkirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq