İqbalnamə, fəsil 11
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
مُغَنّی یکی نغمه بنواز زودکز اندیشه در مغزم افتاد دود
Müğənni, yubanma, götür rudu sən,Dumanlar çulğayıb beynimi qəmdən.
چنان برکش آن نغمهٔ نغز راکه ساکن کنی در سر این مغز را
Elə nəğmə de ki, sənin xoş səsinBeynimi başımda sakin eyləsin!
هم از فیلسوفانِ آن مرز و بومچنین گفت پیری ز پیرانِ روم
Yenə də o yurdun qocalarındanRumlu bir filosof elədi bəyan:
که بود از ندیمانِ خسروخَرامهنرپیشهای ارشمیدس به نام
"Vardı Arşimides adlı bir həkim,Padşaha ən yaxın olan bu nədim
ز یونانیان محتشمزادهایندیده چو او گیتی آزادهای
Kübar nəsildəndi Yunanıstanda,Mərdlikdə heç misli yoxdu cahanda.
خزینه بسی داشت خوبی بسیبه یونان نبُد خوبتر زو کسی
Yaxşılıq edəndi, varı da çoxdu,Ondan yaxşı adam Yunanda yoxdu.
خردمند و با رای و فرهنگ و هوشبه تعلیمِ دانا گشایندهگوش
Əqli, düşüncəsi, idrakı vardı,Təlimə diqqətlə qulaq asardı.
ارسطوش فرزندِ خود نام کردبه تعلیمِ او خانه بدرام کرد
Ərəstu da ona atalıq etdi,Təlim vermək üçün bir ev düzəltdi.
سکندر بدو داد دیوانِ خاصکزو دید غمخوارگان را خلاص
İskəndər divanı tapşırdı ona,Əmindi məzluma yar olduğuna.
کنیزی که خاقان بدو داده بودبه روس آن همه رزمش افتاده بود
Ruslarla vuruşdan qayıdan xaqanBir kəniz vermişdi şaha ərməğan.
بدان خوبرویِ هنرپیشه دادهنرپیشه را دل به اندیشه داد
Alimin qəlbini oxşasın deyə,Şah ona bu qızı etdi hədiyyə.
چو صیّاد را آهو آمد به دستنشد سیر از آن آهویِ شیرمست
Elə bil ovçuya çatdı bir ceyran,Doymadı o şirin, əmlik quzudan.
بدان ترکِ چینی چنان دل سپردکه هندویِ غم رختش از خانه برد
Sevdi çinli türkü, könlü şad oldu,Qəmlər hindusundan o, azad oldu.
ز مشغولیِ او بسی روزگارنیامد به تعلیم آموزگار
Onunla söhbətə-işrətə daldı,Belə ki, bir müddət dərsdən də qaldı.
سرایندهاستاد را روز درسز تعلیمِ او در دل افتاد ترس
Dərs verən ustadı aldı əndişə,Onun bu halından düşdü təşvişə.
که گویی چه ره زد هنرپیشه راچه شورید در مغزش اندیشه را
Onu dərsdən qoyan nədir görəsən?O saf düşüncəsi pozuldu nədən?
به تعلیمِ او بود شاگرد صدکه آموختندی ازو نیک و بد
Yüz nəfər şagirdə dərs öyrədirdi,Yaxşını, yamanı təlim edirdi.
اگر ارشمیدس نبودی بجاینود نُه بُدندی بدو رهنمای
Ancaq Arşimides olmasa dərsdə,Qalan doxsan doqquz şagird gəlsə də,
سراینده را بسته گشتی سخنکزان سکّه نو بود نقشِ کهن
Dərs deyə bilməzdi həvəslə ustad,Çünki vardı onda böyük istedad.
و گر بودی او یک تنه یادگیرسخنگوی را برگشادی ضمیر
Ancaq o təkcə də gəlsə, müəllimHəvəslə edərdi dərsini təlim.
نیوشنده یک تن که بخرد بوَدز نابخردان بهتر از صد بوَد
Əlbəttə, ağıllı bir qulaq asanYaxşıdır həmişə yüz şüursuzdan.
هنرپیشه را پیشخواند اوستادکه چونست کز ما نیاری تو یاد
Ustad bir gün sordu Arşimidesdən:"Nə olub, bizləri unutmusan sən"
چه مشغولی از دانشت بازداشتبه بیدانشی عمر نتوان گذاشت
Nə işdir, de, səni dərsindən qoyan?Elmsiz yaşaya bilərmi insan?"
چنین بازداد ارشمیدس جوابکه بر تشنهٔ راه زد جویِ آب
Arşimides dedi: "Bir təşnə əgərBir bulaq taparsa, söylə, neyləyər?
مرا بیشتر زانک بنواخت شاهبه من داد چینی کنیزی چو ماه
Şah mənə göstərib xeyli nəvaziş,Gözəl bir çinli qız hədiyyə etmiş.
جوانی و زانسان بتی خوبچهربدان مهربان چون نباشم به مهر
Özün gənc olasan, yanında gözəl,Mümkünmü çəkəsən məhəbbətdən əl?
بدان صید واماندهام زین شکارکه یکدل نباشد دلی در دو کار
Bununçün mən dərsdən soyudum, əfv et,Mümkünmü bir qəlbdə iki məhəbbət?"
چو دانست استاد کان تیزهوشبه شهوتپرستی برآورد جوش
Müəllim gördü ki, ArşimidesiYaman çulğamışdır şəhvət həvəsi,
بگفت آن پریروی را پیشِ منبباید فرستاد بی انجمن
Dedi ki: "Çox yaxşı, mümkünsə əgər,O gülü bir mənim yanıma göndər...
ببینم که تاراج آن ترکتازتو را از سرِ علم چون داشتباز
Bir görüm neyləyib sənə o gözəlKi, dərsə, biliyə qoymursan məhəl?"
شد آن بتپرستنده فرمانپذیرفرستاد بت را به دانایِ پیر
Baş əyib ustadın bu fərmanına,O bütü göndərdi pirin yanına.
برآمیخت دانا یکی تلخجامکه از تن برون آوَرَد خلطِ خام
Ərəstu tapmışdı bir yeni dərman,Xıltı ayırırdı onunla qandan.
نه خلطی که جان را گزایش کندولی آنکه خون را فزایش کند
O xılt ki, bədənə faydası vardı,Qanı saflaşdırar və artırardı.
بپرداخت از شخص او مایه رادوتا کرد سروِ سهیسایه را
Bu dərman gözəllik məğzini aldı,Dik sərvi əyərək taqətdən saldı.
فضولی کز آن مایه آمد به زیربه طشتی در انداخت دانا دلیر
Ustad o gözəldən aldığı xıltıBir təştin içinə yığıb saxladı.
چو پُر کرد از اخلاطِ آن مایه طشتبتِ خوب در دیده ناخوب گشت
Təşt onun tökdüyü xılt ilə doldu,Gözəl çirkinləşdi, saraldı, soldu.
طراوت شد از روی و رونق ز رنگشد از نقرهٔ زیبَقی آب و سنگ
Söndü üzündə nur, dəyişdi halı,Soldu, xəzəl oldu o gül camalı.
بخواند آن جوانِ هنرمند رابدو داد معشوقِ دلبند را
Çağırıb şagirdi bir gün müəllim,Ona öz yarını eylədi təqdim,
که بِستان دلارامِ خود را بهنازبِبَر شادمانه سویِ خانه باز
Dedi: "Al, bu sənin çox sevdiyin yar,Nazlayıb sevinclə evinə apar!"
جوانمرد چون در صنم بنگریستبه استاد گفت این زنِ زشت کیست؟
Gənc baxıb sənəmə, sordu ustaddan:"Kimdir bu eybəcər qadın, ay aman!
کجا آنکه من دوستارش بُدم؟همهساله در بندِ کارش بُدم
Bəs mənim o gözəl gövhərim hanı?Ürəkdən sevdiyim dilbərim hanı?"
بفرمود دانا که از جایِ خویشبیارندش آن طشتِ پوشیده پیش
Onun cavabında alim əmr etdi.O ağzı örtülü təşti gətirtdi.
سرِ طشتِ پوشیده را برگرفتدران داوری ماند گیتی شگفت
Təştin qapağını açdığı zaman,Dünyanı eylədi bu işə heyran.
بدو گفت کاین بُد دلارامِ تو!بدین بود مشغولیِ کام تو!
Dedi: "Bəyəndiyin bu idi ancaq,Ləzzət aldığına indi buyur, bax.
دلیل آنکه تا پیکرِ این کنیزاز این بود پُر بود پیشت عزیز
O gözəl bədəndə yalnız bu çirkinXılt idi, əzizim, sənin sevdiyin.
چو این مایه در تن نمیدانیَشبه صورت زنِ زشت میخوانیَش
Mən həmin bu xıltı çıxartdığımdan,Sən onu eybəcər adlandırırsan.
چه باید ز خون خلط پرداختنبدین خلط و خون عاشقی ساختن
Qandan xılt çıxarsa, bax, belə olar.Xıltlı qan sevməyin nə mənası var?
مریز آبِ خود را در این تیرهخاککز این آب شد آدمی تابناک
Gəl, tökmə üzünün suyunu nahaq,İnsan bu su ilə canlanar ancaq.
در این قطرهٔ آبِ ناریختهبسی خرّمیهاست آمیخته
Üzdən bir damcı su getməzsə, inan.Üzünün suyuyla şad yaşar insan.
به چندین کنیزانِ وحشینژادمده خرمنِ عمرِ خود را به باد
Əl çək hər kənizə könül verməkdən,Bunlarla ömrünü bada vermə sən.
یکی جفت تنها تو را بس بوَدکه بسیارکس مرد بیکس بود
Sənə bircə dilbər edər kifayət,Tək qalar çox arvad alan, nəhayət.
از آن مختلفرنگ شد روزگارکه دارد پدر هفت و مادر چهار
Ruzgar ona görə dəyişir hər an:Törəyib dörd ana yeddi atadan.
چو یکرنگ خواهی که باشد پسرچو دل باش یک مادر و یک پدر
Oğlunu bir rəngdə görmək istəsən,Ürəktək bir ata-analı ol sən".
چو دید ارشمیدس که دانایِ رومچگونه کشید انگبین را ز موم
Arşimides rumlu alimin mumdanBalı çəkdiyini gördüyü zaman
به عذری چنین پایِ او بوسه دادو زان پس نظر سویِ دانش نهاد
Ondan üzr istədi, gəldi həvəsə,Əvvəlki şövq ilə başladı dərsə.
ولیکن دلش میلِ آن ماه داشتکه الحق فریبندهدلخواه داشت
Ancaq kənizdəydi ürəyi yenə,Çünki məftun idi gözəlliyinə.
دگر ره چو سبزی درآمد به شاخسهیسرو را گشت میدان فراخ
Uca sərv bir daha yarpaq açaraqDikəldi, yenə də atdı qol-budaq.
بنفشه دگرباره شد مُشگپوشسرِ نرگس آمد ز مستی به جوش
Bənövşə yenidən ətirlər saçdı,Nərgiz xumar-xumar gözünü açdı.
گلِ رویِ آن ترکِ چینی شکفتشِمال آمد و راهِ میخانه رُفت
Çinli türk gözəli açıldı gültək,Meyxana yolunu süpürdü külək.
دلِ ارشمیدس درآمد به کارچو مرغان پرنده بر شاخسار
Yenə Arşimides gələrək cuşa,Bənzədi gül görmüş uçan bir quşa.
ز تعلیمِ دانا فروبست گوشدرِ عیش بگشاد بر ناز و نوش
Tərk etdi yolunu elm ilə dərsin,Açdı qapısını eyşin, həvəsin.
پریوار با آن پریچهره زیستچه ایمن کسی کو نهان چون پریست
O pəri qızıyla yaşadı pünhan,Xoşbəxtdir pərilə xəlvətdə olan.
عتابِ خود استاد ازو دور داشتدلش را بدان عشق معذور داشت
Görərək eşqində belə bir səbat,Onu danlamaqdan əl çəkdi ustad.
چو بگذشت ازین داستان یک دو سالغزاله شد از چشمِ چینیغزال
Keçdi bir-iki il o gündən bəri,Soldu Çin qızının ahu gözləri.
گلِ سرخ بر دامنِ خاک ریختسرایندهبلبل ز بُستان گریخت
Torpağa səpildi solğun qızıl gül,Yox oldu bağçadan o şeyda bülbül.
فروخورد خاک آن پریزاده راچنان چون پریزادگان باده را
Necə ki, pərilər içər badəni,Torpaq da uddu o pərizadəni.
فلک پیشتر زین که آزاده بوداز آن به کنیزی مرا داده بود
Mənimlə xoş rəftar edərkən fələkVermişdi ondan da gözəl bir mələk.
همان مهر و خدمتگری پیشه داشتهمان کاردانی در اندیشه داشت
O da sevimliydi, əziz canandı,Ağıllı qadındı, iş bacarandı.
پیاده نهاده رُخش ماه رافرس طرح کرده بسی شاه را
Rüxü qoymuş idi Ayı piyada,"Atı" mat qoymuşdu "şahı" dünyada,
خجستهگلی خونِ من خورد اوبجز من نه کس در جهان مردِ او
Qanımla bəslənmiş bir güldü, göyçək.O da təkcə məni sevirdi cantək.
چو چشمِ مرا چشمهٔ نور کردز چشم منش چشمِ بد دور کرد
Gözümə nur idi mənim o mələk,Yaman göz ayırdı rəhm etməyərək.
ربایندهچرخ آنچنانَش ربودکه گفتی که تا بود هرگز نبود
Fələk ayrı saldı o şux gözəldən,yox imiş dünyada sanki əzəldən.
به خشنودیی کان مرا بود از اوچه گویم خدا باد خشنود از او
Nə qədər razıydım mən ondan, eyvah!..Ondan razı olsun, görüm ki, allah!
مرا طالعی طرفه هست از سخنکه چون نو کنم داستانِ کهن
Bir qüdrət bəxş edib taleyim sözdənKöhnə dastanları təzələyəm mən,
در آن عید کان شکّرافشان کنمعروسی شکرخنده قربان کنم
Qənd-şəkər paylanar bayram gələndə,Dedim ki, bir gəlin bəzəyim mən də.
چو حلوای شیرین همیساختمز حلواگری خانه پرداختم
"Şirin"in halvasın qurtaranda mənBir halvaçalanım getdi evimdən.
چو بر گنجِ لیلی کشیدم حصاردگر گوهری کردم آنجا نثار
"Leyli" xəznəsinə çəkərkən hasar,Orda da bir Gövhər eylədim nisar.
کنون نیز چون شد عروسی بسربه رضوان سپردم عروسی دگر
Bu toyu çatdırıb mən nəhayətə.Təzə bir gəlin də verdim cənnətə.
ندانم که با داغِ چندین عروسچگونه کنم قصّهٔ روم و روس
Neçə gözəl dərdi sinəmdə ikən,Rum-rus dastanını necə yazım mən?
به ار نارم اندوهِ پیشینه پیشبدین داستان خوش کنم وقتِ خویش
O qəmli çağları niyə yad edim?Bu xoş dastanımla könlü şad edim.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-iqbalname-11
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şah bir gün bağçanın gözəl yerindəSürdü gəmisini mey üzərində.
Yeddi gözəl, fəsil 13Səfərdən qayıdıb bir yol bizim şah,Xəvərnəq içində nəşəli, gümrah
Yeddi gözəl, fəsil 14Bir gün Yəzdigirdi eyləyib agah,Dedilər ki: "Oğlun igid Bəhram şah
Yeddi gözəl, fəsil 15Ey söz düyümləyən cadugər, yetər,Bu keçmiş sözlərdən gəl vermə xəbər!
Başqa şairlərin şeirləri
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.