İqbalnamə, fəsil 12
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
مغنی ره باستانی بزنمغانه نوای مغانی بزن
Müğənni, gəl, qədim dövrü yada sal,Müğlartək müğani xoş bir hava çal!
من بینوا را به آن یک نواگرامی کن و گرمتر کن هوا
Yazığam, əzizlə, dərdimi dinlə,Qızışdır canımı nəğmələrinlə!
گزین فیلسوف جهانآزمایسخن را چنین کرد برقعگشای
Qoca bir filosof üzündən sözünPərdəni açaraq, nəql etdi bir gün:
که قبطی زنی بود در مُلک شامز میری پدر ماریهاش کرده نام
"Mariyə adlı bir qibtli vardı,Bir əmir qızıydı, Şamda yaşardı.
بسی قلعهٔ نامور داشتهز بیداد بدخواه بگذاشته
Bir çox qalaları varmış ki, düşmənAlıbmış onları bir-bir əlindən.
بدو گشته بدخواه او چیرهدستبه کارش درآورده گیتی شکست
Yağı dadanmışdı onun yurduna,Şikəstlik vermişdi bu dünya ona.
چو کارش ز دشمن به جان آمدهبه درگاه شاهِ جهان آمده
Düşmənin zülmündən təngə gələrəkGedib İskəndərdən istədi kömək.
بدان تا بخواهد ز شه داد خویششود خرم از ملک آباد خویش
Əgər eləsəydi şah ona imdad,Öz abad yurduna qayıdardı şad.
به دُستورِ شه برد خود را پناهبدان داوری گشت ازو دادخواه
Şahın vəzirinə pənah apardı,Kömək almaq üçün ona yalvardı,
چو دیدش که دُستورِ دانشپژوهدهد درس دانش به چندین گروه
Gördü ki, ağıllı, kamallı vəzirƏyləşib bir dəstə gəncə dərs verir.
از آن دادخواهی هراسان شدهبر او دانشآموزی آسان شده
Əl çəkdi əvvəlki iddiasından,Ona elm oxumaq göründü asan.
دل از قصهٔ داد و بیداد شستبه تعلیم دانش کمر بست چست
Gördü ki, dava bir cəncəlli işdi,Həvəslə, səy ilə elmə girişdi.
به خدمتگری پیش دانای دهرپرستندهای گشت گستاخ بهر
Alimə ürəkdən eyləyib xidmət,Onun hüzurunda göstərdi hörmət.
ز دیگر کنیزان پایین پرستجز او کس نشد محرم آب دست
Kənizlər içində alimə məhrəmYoxdu ondan başqa yaxın bir həmdəm.
ز پرهیزگاری که بود استادنظر بست هر گه که او رخ گشاد
Ustadın pak, təmiz xisləti vardı,Qız üzün açanda, o, göz yumardı.
ز دستی چنان کاب از او میچکیدجز آبی که بر دستش آمد ندید
Zərif əllərilə su tökəndə qızO, tökülən suya baxardı yalnız.
چو زن دید کهاستاد پرهیزگارز کافور او گشت کافورخوار
Qadın ustadını öz ağ kafurtəkGözəl bədəninə meylsiz görcək,
ز میلی که باشد زنان را به مردهوای دلش گشت یکباره سرد
O da kişilərə olan həvəsdənÇəkinib, özünü saxladı qəsdən.
منش داد در دانش آموختنبه سامان شد از دانش اندوختن
Təkcə təlim oldu fikri, məqsədi,Məqsədə biliklə çatmaq istədi.
ارسطوی دانا بدان دلنوازدر دانش خویش بگشاد باز
Alim Ərəstu da o gözəl üçünBilik xəzinəsi açdı büsbütün.
بسی دُر بر آن دُر ناسفته سفتبسی گفتنیهای ناگفته گفت
O saf-təmiz dürrə çox dürlər saçdı,Ona deyilməmiş çox sirlər açdı.
از آن علم کهآسان نیاید به دستیکایک خبر دادش از هرچه هست
Elmin sirlərini açdı qadına,Bir-bir təlim edib öyrətdi ona.
زن دانشآموز دانش سرشتچو لوحی ز هر دانشی درنبشت
Hər elmin önündə qız səcdə qıldı,Sinə lövhəsinə nələr yazıldı?!
سوی کشور خویشتن کرد رایکه رسم نیا را بیارد به جای
İstədi vətənə qayıdıb ordanÖz baba yurdunda olsun hökmüran.
بدان داوری دستگاهی نداشتبه آیین خود برگ راهی نداشت
Yox idi qüdrəti, varı, dövləti,Dirildə yenidən o səltənəti.
چو دُستورِ دانا چنین دید کارکه بی گنج نتوان شدن شهریار
Ərəstu bu-işdən olub xəbərdar,Düşündü: xəznəsiz olmaz şəhriyar,
بر آن جوهر انداخت اکسیر زربه اکسیر خود کردش اکسیرگر
Qızıl iksirini ona öyrətdi,Qadını elmiylə iksirçi etdi.
بدان کیمیا ماریه میر گشتلقبنامهٔ علم اکسیر گشت
Mariyə ucaldı o kimiyadan,İksir alimitək qazandı ad-san.
چو از دانش خویش دُستورِ شاهبه گنجی چنان دادش آن دستگاه
Ərəstu öz bilik xəzinəsindənOna sirr öyrədib etdi işbilən.
به دستوری شه سوی کشورشفرستاد با گنج و با لشگرش
Şahın izni ilə ordu, xəzinəVerib, yola saldı öz ölkəsinə.
شتابنده چون سوی کشور شتافتبه آهستگی مملکت بازیافت
Mariyə yetişcək doğma yurdunaDavasız, qovğasız şah oldu ona.
چنان گشت مستغنی از ساو و باجکه برداشت از کشور خود خراج
O qədər varlandı qazancdan, bacdanKi, azad elədi yurdu xəracdan.
به اکسیرکاری چنان شد تمامکه کردی زر پخته از سیم خام
Sehirli kimyada olub işbilən,Qızıl qayırırdı o xam gümüşdən.
ز بس زر که آن سیمتن ساز کرددر گنج بر خاکیان باز کرد
Nəhayət qızılla doldu xəzinə,Açdı xəzinəni elin üzünə.
چه زر در ترازوی آن کس چه سنگکه آرد زر بیترازو به چنگ
Ölçüsüz bol qızıl qazansa hər kəsOna daş, ya qızıl, təfavüt etməz.
ز لشگرگهش کس نیامد به دستکه بر بارگی نعلی از زر نبست
Qoşunda nə qədər süvari vardı.Atının nalları qızıl nallardı.
به درگاه او هر که سر داشتیاگر خر بدی زینِ زر داشتی
Çoxu bu sarayda yeyib gəzərdi,Hətta eşşəyin də palanı zərdi.
ز بس زر که بر زیور انباشتندسگان را به زنجیر زر داشتند
Qızıl bəzəklərin yox idi həddi,İtin də zənciri qızıldan idi.
گروهی حکیمان دانش پرستز اسباب دنیا شده تنگدست
Elm-fənn aşiqi bir dəstə insanFəqirdi, yoxsuldu, dardaydı yaman.
از آن گنج پنهان خبر یافتندبه دیدار گنجینه بشتافتند
Onlar xəzinədən tutdular xəbər,Şahın hüzuruna gəlib, birtəhər,
نمودند خواهش بدان کان گنجکه درویشی آورد ما را به رنج
O dövlət kanına etdilər minnət,Dedilər: "Yoxsuluq, çəkirik zillət.
ندانیم چون دیگران پیشهایمگر در جهان کردن اندیشهای
Başqa adamlartək yoxdur peşəmiz,Yalnız düşünməklə ömr edirik biz
ز کسب جهان دامن افشاندهایمبه قوت یکی روز درماندهایم
Çünki güdməmişik dünyada qazanc,Bir günlük çörəyə qalmışıq möhtac.
تواند که بانوی عاجز نوازگشاید به ما بر، درِ گنج باز
Rəhmdil məlikə edib mərhəmət,Açar xəzinəni bizə də, əlbət.
درآموزد از رای و تدبیر خویشبه ما چیزی از علم اکسیر خویش
Yəqin ki, mərhəmət edərsə əgər,İksirdən bizə də bir şey öyrədər.
جهان را چنین گنج گوهر بسیستکلید در گنج با هر کسیست
Gövhər xəznəsiylə zəngindir dünya,Nə qədər paylansa çatar hamıya.
مگر قوت را چاره سازی کنیمز خلق جهان بی نیازی کنیم
Nə olar, bizlər də bir parça çörəkQazanıb, heç kəsdən minnət çəkməyək?!...
زن کار پیرای روشن ضمیربدان خواسته گشت خواهشپذیر
İşbilən, saf qəlbli, kəmallı gözəlOnların sözünə eylədi əməl.
یکی منظری بود با آب و رنگمقرنس برآورده از خاره سنگ
Ölkədə bir guşə şux laləzardı,"Səngi-əzəm" adlı bir qaya vardı.
عروسانه برشد بر آن جلوهگاهپرندی سیه بسته بر گرد ماه
Mariyə oraya çıxdı, qəmərtəkBaşında buluddan qara bir örpək,
برآموده چون نرگس و مشک و بیدبه موی سیه مهرههای سپید
Müşkin zülflərinə nərgizə bənzərParlaq gövhərlərdən düzüb bir qədər,
صلیبی دو گیسوی مشگین کمنددر آن مهره آورده با پیچ و بند
Qara saçlarını kəmənd etmişdi,Hörüb xaç şəklində o bənd etmişdi.
به نظارگان گفت گیسوی منببینید در طاق ابروی من
Dedi alimlərə: "Gəlin bir yaxın,Qaşımın tağında bu bəndə baxın.
نمودار اکسیر پنهانیامببینید در صبح پیشانیام
O gizlin iksiri, diqqət etsəniz,Səhərtək alnımda görərsiniz siz".
نیوشندگان را در آن داوریغلط شد زبان زآن زبانآوری
Bunu eşidəndə, düşünüb hərəBir cür məna verdi həmin sözlərə.
یکی گفت اشارت بدان مهره بودکه شفاف و تابنده چون زهره بود
Biri söylədi ki, Zöhrətək parlaqAlnına işarə etdi o, ancaq.
یکی راز پوشیده از موی جستکه آن مهره با موی دید از نخست
Saçlarda aradı sirri bir nəfər,Saçlar içindəydi çünki o gövhər.
گرفتند هر یک پی آن پیشه راخلافی پدید آمد اندیشه را
Hərə bir yol tapdı həmin sənətə,Düşdü hər birisi bir cür niyyətə,
از آن قصه هر یک دمی میشمردبه فرهنگ دانا کسی پی نبرد
Hərə o qissədən aldı bir hissə,Alimin sirrini tapmadı kimsə.
دگر روز خواهش برآراستنددر آن باب فصلی دگر خواستند
Bir gün də yığışıb gəldilər onlar,Dedilər: şərh etsin bu sirri təkrar.
پریروی بر طاق منظر نشستنشاند آن تنی چند را زیر دست
Qoyub aşağıda o gələnləri,Çıxdı eyvanına vüqarla pəri.
سخن راند از گنج درخواستهچو سربسته گنجی برآراسته
Həmin xəzinədən söhbət edərək,Sehirli sözlərə vurdu min bəzək:
حدیث سر کوه و مردم گیاکه سازند از او زیرکان کیمیا
"O laləzar dağlar, sirli nəbatat,O sehirli sözlər, o rəmz, o büsat,
همان سنگ اعظم که کان زرستسخن بین که چون کیمیا پرورست
O qızıl mədəni - o "Səngi-əzəm" -Nağıldır... Kimyasa başqa bir aləm!.."
به پوشیدگی کرد رمزی پدیددر او آهنین قفل زرین کلید
Hökmdar sirli bir xəznə göstərdi,Dəmir qıfıl vurdu, zər açar verdi.
به دانا رسید این سخن گنج یافتبه نادان رسید انده و رنج یافت
Ariflər bu sözdən tapdı xəzinə,Nadanlar dərd, əzab çəkdilər yenə.
گر آن کیمیا را گهر در گیاستگیای قلم گوهر کیمیاست
Bitkidə kimyanın varsa əsəri.Qələmdir əslində onun cövhəri!
از آن کیمیا با همه چربدستدریغی نه چندانکه خواهند هست
Bu qədər var ikən elmdə imkan.Əfsus, pay almamış hamı kimyadan.
کسی را بود کیمیا در نوردکه او عشوهٔ کیمیاگر نخورد
Kim əsil kimyaya verərsə ürək,O, saxta kimyaya uymasın gərək!"
شنیدم خراسانییی بود چستبه بغداد شد چون شدش کار سست
Deyirlər: Bağdada etmişdi səfərZirək xorasanlı, kasıb bir nəfər.
دمی چند بر کار کرد ای شگفتخراسانی آمد دمش در گرفت
O, xeyli dolanıb çəkdi əziyyət,Özünə bir peşə tapdı nəhayət.
از آن دم که اهل خراسان کنندبه بغدادیان بازی آسان کنند
Hamıya məlumdur, əhli-XorasanBağdadda fənd ilə yaşayar asan.
هزارش عدد بود مصری چو مومزری کهآنچنان زر نباشد به روم
Min misri qızılı vardı onun, saf,Rumda da tapmazdı bunları sərraf.
به سوهان یکایک همه خُرد سودبر آمیختش با گِل سرخ زود
Qızılı yeyəylə ovub sürtərək,Sarı palçıq qatıb, etdi xəmirtək.
وزان سرخ گِل مهرهای چند ساختبه آن مهرهها بین که چون مهره باخت
Bundan neçə möhrə qayırdı qoçaq,İndi gəl qurduğu oyuna bir bax!
به عطاری آن مهرهها برشمردبه مُهر خود آن مهره او را سپرد
Gəlib bir əttarın yanında sayıb,Bir-bir möhürləyib, əmanət qoyub
که این مهره در حُقهای نِه بهراززهی مهره دزد و زهی مهره باز
Söylədi: "Bunları saxla sən bir az.(Əcəb möhrələrdir, əcəb möhrəbaz!)
به دیناری این بر تو بفروختموزو کیسه سود بردوختم
Satıram bunları bir dinara mən,Çox pul qazanarsan sən bu alverdən.
چو وقت آید این را که داری بهرنجبه ده بازخرم زهی کان گنج
Vaxt olar, qayıdıb bu möhrələriBirə on qiymətə alaram geri."
بپرسید عطار کاین را چه نامبگفتا طبریک سخن شد تمام
Əttar soruşdu ki: "Bunlar nədir bəs?"Dedi: "Təbərrikdir, bilməsin heç kəs!"
ز دکان عطار چون بازگشتبه افسونگری کیمیاساز گشت
Əttarın yanından dönüb geriyə,Başladı əfsunla kimyagərliyə.
به دارالخلافه خبر باز دادکه اکسیرییی آمدهست اوستاد
Darülxilafətə yaydı bir xəbərKi, gəlib bir nəfər usta kimyagər,
منم واصل کیمیا در نهفتبه گوهرشناسی کسم نیست جفت
Deyir ki: "Kimyada baş ustayam mən,Yoxdur mənim kimi bu sirri bilən.
عملهای من چون درآید به کاریکی ده کند ده صد و صد هزار
İstəsəm iksirlə edərəm, yəqin,Biri - on, onu - yüz, yüzü də ki - min.
درستی صدم داد باید نخستکه گردد هزار از من آن صد درست
Yüz dinar pul verin siz əvvəlcədən,Min dinar eləyim yüz dinarı mən.
همان استواران مردم شناسبه من برگمارند و دارند پاس
Qoyun üstümdə də mənim bir nəfərİşbilən, yetirsin işimə nəzər.
گر آید ز من دستکاری شگرفنیارند با من در این کار حرف
Əgər hünərimi təsdiq eləsə,Daha söz deməsin mənə bir kimsə.
وگر خواهم از راستی درگذشتز من خون و سر وز شما تیغ و تشت
Yox, əgər görsəniz yalançıyam mən,Baş məndən, təşt ilə qılınc da sizdən".
خلیفه چو اکسیر سازی شنیدبه عشوه زری داد و زرقی خرید
Xəlifə eşidib, bərk tamahlandı,Guya qızıl verib, qızıl qazandı.
به افسون روباهی آن شیرمردزر پخته را بر می خام خورد
Qurd özün bir tülkü cildinə saldı,Xam şərab içirib, saf qızıl aldı.
چو ده گانهای ماند ازان زر به جایدر آن دستکاری بیفشرد پای
Vur-tut on qızılı qalanda onun,Düşünüb o, qurdu başqa bir oyun:
یکی کورهای ساخت چون زرگرانز هر دارویی کرد چیزی در آن
Zərgər qaydasıyla bir kürə qurdu,Bir qaba cürbəcür dərman doldurdu.
فرستاد در شهر بالا و پستطبریک طلب کرد و نامد به دست
Şəhərdə hər yana adam salaraq,Təbərrik axtardı, tapmadı ancaq.
هم آخر رقیبان آن کارگاهبه عطار پیشینه بردند راه
Müştərilər gəzib dükan-bazarı,Axır ki, tapdılar həmin əttarı.
گِل سرخ او را به دینار زردخریدند و بردند نزدیک مرد
O qızıllı gilə verib zər dinar,Gətirib ustaya çatdırdı onlar.
خراسانی آن مهرهها کرد خردنمود آشکارا یکی دستبرد
Mahir xorasanlı göstərib tədbir,Həmin möhrələri doğradı bir-bir,
به کوره درافکند و آتش دمیدبه جا ماند زر وآن دگرها رمید
Sonra da alovlu kürəyə saldı,Gil yanıb töküldü, saf qızıl qaldı.
سبیکه فرو ریخت در نای تنگبرآمد زر سرخ یاقوت رنگ
Ərimiş qızılı qalıba tökdü,Dibinə yaquttək saf qızıl çökdü.
به گوش خلیفه رسید این سخنکه نقد نو آمد ز کان کهن
Xəlifə tez xəbər tutdu bu işdən:Təzə qızıl verir o köhnə mədən.
زری دید با سود همره شدهدر آن کدخدایی یکی ده شده
Gördü ki, qızılı o mahir ustadSehrlə, əfsunla artırır on qat.
به امید گنجی چنان گوهریبسی کرد با او نوازشگری
Gövhər xəzinəsi qazansın deyə,Hədsiz hörmət etdi həmin kişiyə.
از آن مغربی زر مصری عیارفرستاد نزدیک او ده هزار
Aldanıb hərifin bu oyununa,On min misri qızıl göndərdi ona.
که این را به کار آور ای نیکرایکه من حق آن با تو آرم به جای
Tapşırdı: "Bunları tez işə sal sən,Ey usta, çıxaram xəcalətindən.
کشند استواران ما از تو دستکه نزدیک ما استواریت هست
Daha gözətçilər səndən əl çəkər,Məlumdur səndəki sədaqət, hünər.
دران آزمایش چو چُست آمدیبه میزان معنی درست آمدی
Düz çıxdın işinlə sən bu sınaqdan.Təmiz olduğunu göstərdi mizan".
خراسانی آن گنج بستد به نازچو هندو کمر بست بر ترکتاز
Alıb qızılları naz eyləyərək,Qurdu hindu kimi yenə bir kələk.
گریزان ره خانه را پی گرفتشبی چند با عاملان می گرفت
Tədbirlə iş görüb xəlvət, gizlicəİçdi qafillərlə bir neçə gecə.
بخفت و به خفتن بخسباندشانچو برخاست بر خاک بنشاندشان
Hamısı məst olub düşdü torpağa.-Zirək xorasanlı qalxdı ayağa,
ستوران تازی غلامان کاربه اندازه بخرید و بر بست بار
Bir neçə qul tapdı o,dayanmadan,Atları yükləyib çıxdı aradan.
به راهی که دیده نشانش ندیدچنان شد که کس در جهانش ندید
Gizlin bir yol ilə ordan birtəhərƏkildi, görmədi onu bir nəfər.
خلیفه چو آگاه شد زین فریبکه برد آن خراسانی آن زر و زیب
Xəlifə bu işdən xəbər tutanda,Onun qaçdığını bilcək, bir anda
حدیث طبریک به یاد آمدشجز آن هر چه بشنید باد آمدش
Təbərrik söhbəti düşdü yadına,O biri söhbətlər puç gəldi ona.
خبر بازجست از طبریک فروشبخندید کان طنزش آمد به گوش
Danışdı sirləri təbərrik satan,Güldü bu hiyləni eşidən zaman.
طبریک چو تصحیف سازد دبیربیاموز معنی و معنیش گیر
Bir təbərrik yazıb versə kim sənə.Aç, oxu, məna tap, uyma cildinə.
هر افسون کز افسونگری بشنوینگر تا به افسون او نگروی
Bir əfsun eşitsən bir əfsungərdən.Ayıq ol, əfsuna düşməyəsən sən.
در این داوری هیچکس دم نزدکه در بازی کیمیا کم نزد
Dünyada görmədim elə kimyagərKimya oyunundan çəkməsin zərər.
سکندر به یونان خبردار شدکه بر گنج زر ماریه مار شد
İskəndər bir xəbər aldı Yunandan:Olub xəzinəyə Mariyə ilan.
به شه باز گفتند کان ماده شیربه صید افکنی گشت خواهد دلیر
Şaha dedilər ki: "O dişi aslanBir şikar fikrinə düşəcək, inan!
زنی کاردانست و سامان شناسنداند کسی سیم او را قیاس
İşbilən qadındır, dünyada heç kəsOnun dövlətinin sayını bilməz.
ز پوشیده گنجی خبر داشتهستبه آن گنج گیتی بینباشتهست
Xəzinə sirrindən olub xəbərdar.Onun dünya qədər xəzinəsi var.
به افسونگری سنگ را زر کندصدف ریزه را لؤلؤ تر کند
Əfsunla daşları saf qızıl eylər,Sədəfdən çıxarar zərif incilər.
از آن بیشتر گنج زر ساختهستکه قارون به خاک اندر انداختهست
O qədər qızıl var, dövlət var onda,Qarunun dövləti heçdir yanında.
گرش سر نبرد سر تیغ شاهجهان زود گیرد به گنج و سپاه
Şah onun başını kəsməsə əgər,Çox çəkməz, dünyanı o əldə edər.
سپاه آورد دشمنان را به رنجسپاهی نگردد مگر گرد گنج
Düşmənə qoşundur verən əziyyət,Qoşun da qızılla düzələr, əlbət.
به آزار او شه شتابنده گشتز گرمی چو خورشید تابنده گشت
Şah yandı qəzəbdən odlu günəştək,Düşündü: Mən onu məhv edəm gərək.
به تدبیر آن شد کزان جان پاکبه تدبیر دشمن برآرد هلاک
Onu yox etməkçin bu pak torpaqdan,Tədbir görülməli vermədən aman."
چو از آتش خشم شاهنشهیبه دُستورِ دانا رسید آگهی
Artdı, alovlandı şahın qəzəbi,Müdrik vəziri də bildi mətləbi.
بسیچید بر خدمت شهریاربسی چربی آورد با او به کار
Şahın hüzurunda baş əyib vəzir,Ona ehtiramla göstərdi tədbir.
که آن زن زنی پارسا گوهرستجهانجوی را کمترین چاکرست
Dedi ki: "Gövhərtək safdır o qadın,Kiçik bir kənizdir yanında şahın.
کمر بستهٔ توست در ملک شامبه گوهر کنیز و به خدمت غلام
Şamda hökmüdara eyləyir xidmət,Kənizin olmağa çəkir o minnət.
بسی گشت چون چاکران گرد منبه چندین هنر گشت شاگرد من
Bir müddət olmuşdur mənə xidmətkar,Yaxşı fərasəti, yaxşı elmi var.
منش دل به دانش برافروختمنهانی در او چیزی آموختم
Onu elmə, fənnə məftun etmişəm,Mən ona gizli bir sirr öyrətmişəm:
که چندان به دست آرد از برگ و سازکه گردد ز خلق جهان بی نیاز
Qazanar nə qədər dövlət istəsə,Dünyada o möhtac olmaz heç kəsə.
بر او طالعی دیدم آراستهخبر داده از گنج و از خواسته
Bacarıq sahibi görərək onuÖyrətdim xəzinə tapmaq yolunu.
جز او هرکه این صنعت آرد به کارجوی نارد از گنج او در شمار
O sənət yoluyla heç kəs dünyadaƏldə edə bilməz bircə arpa da.
به هشیاری طالع مال سنجبجز ماریه کس نشد مارِ گنج
Xoşbəxt Mariyədən başqa bir insanBelə xəzinəyə olmadı ilan.
کنون کان کفایت به دست آمدشبه جای نیاکان نشست آمدش
Kifayət qədər pul yığdı əlinə,Gedib hakim oldu doğma elinə."
چو شه پوزش رای دُستور یافتدل خویش از آن داوری دور یافت
Vəzirin rəyini eşidən zamanƏl çəkdi İskəndər həmin qovğadan.
چو دُستور گرد از دل شه ربودسوی ماریه کس فرستاد زود
Padşahın könlündən tozu siləntək,Vəzir Mariyəyə xəbər verərək,
بفرمود تا عذر شاه آوردهمان قاصدی سر به راه آورد
Dedi ki, padşahdan üzr istəməkçinTez onun yanına qasid göndərsin.
زن کاردان چون شنید این سخنگشاد از زر تازه گنج کهن
İşbilən Mariyə alıb xəbəri,Açdı qızıl dolu xəzinələri.
فرستادهای را برآراست کارفرستاد گنجی سوی شهریار
Qasidə hazırlıq əmrini verdi,Şaha misilsiz bir xəznə göndərdi.
که چندین ترازوی گنجینهسنجبه یکجای چندان ندیدهست گنج
Xəzinə görənlər hələ bu qədərBir yerdə xəzinə görməmişdilər.
چو بر گنج دادن دلش راه بردهلاک از خود و کینه از شاه برد
Bəxşişlə rəf oldu - getdi nəhayətMariyədən kədər, şahdan ədavət.
درم دادن آتش کُشد کینه رانشانَد ز دل خشم دیرینه را
Bəxşişlə ədavət, kin sönüb gedər,Kini, küdurəti bəxşiş məhv edər!
Kitabxana.az · https://kitabxana.az/works/nizami-iqbalname-12
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məcnunun dayısı Səlim Amirinin Məcnunu görməyə gəlməsiBəli, söz sərrafı o vaxtdan bəri
Leyli və Məcnun, fəsil 38Ana öz oğluna boylandı bir az,Elə bil qəlbini doğradı almaz.
Leyli və Məcnun, fəsil 39Çərxin şəhsüvarı atlandı birdən,Meydanı zəbt etdi həriflərindən.
Leyli və Məcnun, fəsil 40Leyli qəfəsdəki o gözəl deyil,Tikilən qələlər xanımıdır, bil.