چو قفل‌آزمایی به هرمس رسیدز زنجیر خایی درآمد کلید

Hürmüz də əl atdı qıfıla sarı,Zənciri çeynədi əqlin açarı.

از آن پیشتر کان گره باز کردسخن بر دعای شه آغاز کرد

Düyünü açmadan əvvəl sidq iləŞaha dua edib başladı belə:

که بر هر چه شاید گشادن ز بنددل و رای شه باد فیروزمند

"Açıla biləcək hər düyünə sən,Görüm ki, əql ilə üstün gələsən!

فلک باد گردنده بر کام اومگر داد از این خسروی نام او

Fələk istəyincə eləsin rəftar.Şadlığın əbədi olsun payidar!

چو شه را چنین آمده‌ست اختیارکه نُقلی دهد شاخ هر میوه بار

Padşah hər budağın söz bəhərindənLütf edib bir meyvə istəyirsə, mən.

مرا هم ز فرمان نباید گذشتکنون سوی پرسش کنم بازگشت

Əlbəttə, çıxmaram belə fərmandan,Mən də öz fikrimi eləyim bəyan:

از آنگه که بردم به اندیشه راهدر این طاق پیروزه کردم نگاه

Düşüncə yoluna düşəndən bəriSeyr etdim firuzə rəngli göyləri.

برآنم که این طاق دریا شکوهمعلق چو دودی‌ست بر اوج کوه

Zənnimcə, bu dərya şövkətli göylərDağ başına çökən tüstüyə bənzər.

به بالای دودی چنین هولناکفروزنده نوری‌ست صافی و پاک

Bu qorxunc tüstünün üstündə ancaqBir elə nur var ki, pak, təmiz, parlaq.

نقابی‌ست این دود در پیش نوردریچه دریچه ز هم گشته دور

Örtmüşdür o nuru tüstü pərdəsi,Şan-şan görünmədə tutqun çöhrəsi.

ز هر رخنه کز دود ره یافته‌ستبه اندازه نوری برون تافته‌ست

Pərdəyə nəqş olan pəncərələrdənİşıqlar süzülür cahana hərdən.

همان انجم از ماه تا آفتابفروغی‌ست کاید برون از نقاب

Bizim gördüyümüz Gün, Ay, ulduzlarHəmin işıqdandır bütün hər nə var.

وجود آفرینش بدانم درستندانم که چون آفرید از نخست

Vardır bu xilqəti yaradan, fəqət,Bilmirəm nə sayaq olmuş ilk xilqət.."

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə