Şərəfnamə, fəsil 17
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
بیا ساقی از می مرا مست کنچو می در دهی نُقل بر دست کن
از آن می که دل را برو خوش کنمبه دوزخ درش طلق آتش کنم
برومند باد آن همایون درختکه در سایه او توان برد رخت
گه از میوه آرایش خوان دهدگه از سایه آسایش جان دهد
به میوه رسیده بهاری چنینز رونق میفتاد کاری چنین!
چو شد بارور میوهدار جوانبه دست تبر دادنش چون توان؟
زمستان برون رفت و آمد بهاربرآورده سبزه سر از جویبار
دگر باره سرسبز شد خاک خشکبنفشه برآمیخت عنبر به مشک
به عنبرخری نرگس خوابناکچو کافور تر سر برون زد ز خاک
گشادم من از قفل گنجینه بندبه صحرا علم برکشیدم بلند
نهان پیکر آن هاتف سبزپوشکه خوانَد سراینده آنرا سروش
به آواز پوشیدگان گفت خیزگزارش کن از خاطرِ گنجریز
که چون رومی از زنگی آن کین کشیدسکندر کجا رَخش در زین کشید
گزارنده داستان دریچنین داد نظم گزارشگری
که چون فرخی شاه را گشت جفتچو گلنار خندید و چون گل شکفت
در گنج بگشاد بر گنجخواهتوانگر شد از گنج و گوهر سپاه
برآسود یک هفته بر جای جنگبه یاقوت می رنگ داد آذرنگ
چو سقای باران و فراش بادزدند آب و رُفتند ره بامداد
شد از راه او گرد برخاستهکه بیگرد به راه آراسته
چو بی گرد شد راه را کرد راهدرآمد به زین شاه گیتیپناه
روارو زنان نای زرین زدندسراپرده بر پشت پروین زدند
ز دریای افرنجه تا رود نیلبهجوش آمد از بانگ طبل رحیل
دراینده هر سو درای شترز بانگ تهی مغز را کرد پر
دهان جَلاجِل به هرای زرز شور جرس گوشها کرده کر
به موکبروان لشگر از هر کنارنه چندان که داند کس آنرا شمار
جهاندار در موکب خاص خویشخرامنده بر کبک رقاص خویش
چو لختی زمین ز آن طرف درنوَشتز پهلویِ وادی درآمد بهدشت
ز بس رایت انگیزی سرخ و زردمقرنس شده گنبد لاجورد
ز صحرا غنیمت برآورده کوهز گوهر کشیدن هیونان ستوه
ز بس گنج آگنده بر پشت پیلبه صد جای پل بسته بر رود نیل
بدین فرخی شاه فیروزمندبرافراخته سر به چرخ بلند
به مصر آمد و مصریان را نواختبه آیین خود کار آن شهر ساخت
وز آنجا روان شد به دریا کنارپذیرفت یک چندی آنجا قرار
به هر منزلی کاو علم برکشیددر آن منزل آمد عمارت پدید
به گنج و به فرمان در آن ریگبومعمارت بسی کرد بر رسم روم
بر آبادیِ راه میبرد رنجبر آن ریگ میریخت چون ریگ گنج
نخستین عمارت به دریا کناربنا کرد شهری چو خرم بهار
به آبادی و روشنی چون بهشتهمش جای بازار و هم جای کشت
به اسکندر آن شهر چون شد تمامهم اسکندریهش نهادند نام
چو پرداخت آن نغز بنیاد راکه مانند شد مصر و بغداد را
به یونان شدن گشت عزمش درستکه آنجا رود مرد کاید نخست
ز دریا گذر کرد و آمد به رومجهان نرم در زیر مُهرش چو موم
بدان موم چون رغبتش خاستیبکردی ازو هرچه میخواستی
بزرگانِ روم آفرینخوان شدندبر آن گوهری گوهرافشان شدند
همه شهر یونان بیاراستندکه دیدند ازو آنچه میخواستند
نشاندند مطرب، فشاندند مالکه آمد چنان بازییی در خیال
مخالفشکن شاه پیروزبختبه فیروز فالی برآمد به تخت
ز فیروزی دولت کامگارنشاط نو انگیخت در روزگار
بسی ارمغانی ز تاراج زنگبه هر سو فرستاد بی وزن و سنگ
ز گنجی که او را فرستاد دهربه هر گنجدانی فرستاد بهر
چو نوبت به سربخش دارا رسیدشتر بار زر تا بخارا رسید
گُزین کرد مردی به فرهنگ و رایکه آیین آن خدمت آرد بجای
گزید از غنیمت طرایف بسیکز آنسان نبیند طرایف کسی
گرانمایههایی که باشد غریبز مرکوب و گوهر ز دیبا و طیب
برون از طبقهای پُر زرِ خشکبه صندوقْ عنبر، به خروار مشک
یکی خرمن از سیم بگداختهیکی خانه کافور ناساخته
ز عود گره بارها بسته تنگکه هر بار از او بود صد من بهسنگ
مرصع بسی تیغ گوهر نگارنمطهای زرافهٔ آبدار
کنیزان چابک، غلامان چستبه هنگام خدمتگری تندرست
همان تختهای مکلل ز عاجبه گوهر بر آموده با طوق و تاج
اسیران زنجیر بر پا و دستبه بالا و پهنا چو پیلان مست
ز گوش بریده شتر بارهاز سرهای پر کاه خروارها
ز پیلان پیکار ده زنده پیلگه رزم جوشنده چون رود نیل
بدین سان گرانمایههای سرهفرستاد با قاصدی یکسره
چو آمد فرستادهٔ راهسنجبه دارا سپرد آن گرانمایهگنج
شکوهید دارا ز نزلی چنانحسد را برو تیزتر شد عنان
پذیرفت گنجینه بیقیاسپذیرفته را نامد از وی سپاس
نه بر جای خود پاسخی ساز کرددرِ کینِ پوشیده را باز کرد
فرستاده آن پاسخ سرسرینپوشید بر رای اسکندری
سکندر شد آزرده از کار اونهانی همیداشت آزار او
ز پیروزی دولت و جاه خویشنبودش سرِ کینِ بدخواه خویش
ز هر سو خبر ترکتازی نمودکه رومی به زنگی چه بازی نمود
ز هر کشوری قاصدان تاختندبدین چیرگی تهنیت ساختند
درِ طعنه بر رومیان بسته شدهمان رومی از بددلی رسته شد
زمانه چو عاجز نوازی کندبه تند اژدها مور بازیکند
در این آسیا دانه بینی بسیبه نوبت در آس افکنَد هرکسی
Dur, saqi, şərab ver ki, sərxoş olum!Noğul ver, şərabla bir az xoş olum!
Elə bir şərab ver, könlümü açsın,Girsəm cəhənnəmə, od məndən qaçsın.
O meyvəli ağac olsun bəxtiyar,Sərin kölgəsində dincəlmək olar.
Həm cana rahatlıq verər kölgəsi,Həm bəzər süfrəni dadlı meyvəsi.
Dolğun bar vermişkən elə bir nihal,Daim qalsın cavan, tapmasın zaval.
Bar verən belə bir ağacı gerçəkRəvamı baltanın ağzına vermək?
Qış getdi, yenə də ilk bahar gəldi,Çaylar sahilindən otlar yüksəldi.
Yenidən yamyaşıl geydi hər budaq,Bənövşə hər müşkə ənbər qataraq,
Nərgiz də yığmaqçın haman ətirdənKafurtək başını qaldırdı yerdən.
Xəzinə qapısın açaraq mən dəBir bayraq ucaltdım yaşıl çəməndə.
Yaşıllıq hatifi o gizli dilbər,Şairlər ona şeir ilhamı deyər,
Sehirli səs ilə bağırdı: “Oyan!Yaz xəzinə saçan xatiratından!
Nə yerdə zəncini əzmiş İskəndər,Nə yerdə atına qoymuşdur yəhər?”
Bu köhnə dastanı nəql edən dehqanKeçmişi bu sayaq etmişdir bəyan:
Şaha yar olunca o böyük zəfər,Güldü nar gülütək, açıldı güllər.
Xəzinə ağzını açdı hökmüdar,Payladı, varlandı bütün qoşunlar.
Vuruşma yerində bir həftə qaldı,Şərabdan çöhrələr qızıl rəng aldı.
Külək fərraş kimi, yağış səqqatəkYolları süpürüb suvardı qəşəng.
Yollardan silindi bütün toz-torpaq,Yol tozsuz olanda bəzənir ancaq.
Toz-torpaq yollarda yatınca yenə,İskəndər atıldı yəhər üstünə.
“Yol verin!” deyərək coşdu təbillər,Bayraqlar ucaldı Pərvinə qədər.
Əfrəncə dənizi, Nil sahilləriKöç təbli səsindən oldu sərsəri.
Coşduqca dəvələr zənginin səsiDoldu boş səslərlə beyin kürəsi.
Yollarda qumrullar səs-küy salaraq,Cınğıraq səsindən tutuldu qulaq.
Çöllərdə axırdı o qədər əsgər,Yox idi sayını bilən bir nəfər.
Kəkliktək oynayan atı İskəndərMinərək, dalınca tərpəndi əsgər.
Bir qədər yol getdi, ordu, şəhriyar,Ovadan geniş bir çölə çıxdılar.
Al-sarı bayraqlar vardı o qədər,Diş-diş şəklə düşdü lacivərd göylər.
Çöllərdən dağ kimi keçir qənimət,Yüklənmiş dəvələr çəkirdi zəhmət.
Qədərsiz cavahir yüklənmiş filə,Yüz yerdən körpülər salınmış Nilə.
Güldü hökmüranın üzü, göz-qaşı,Fərəhdən göylərə ucaldı başı.
Xalqa hörmət etdi girərkən Misrə,Şəhrə nizam verdi adəti üzrə.
Dəniz sahilində endi oradan,O yerdə şövkətlə qaldı bir zaman.
Bayrağı nə yerə sancdı tacidar,O yerdə abadlıq oldu bərqərar.
Sərvətlə, fərmanla uzun bir müddətSaldı Rum rəsmilə bir çox imarət.
Qumlara qum kimi sərvət səpərəkAbadlıq yolunda çəkdi bir əmək,
Dəniz sahilində böyük İskəndərTəzə bahar kimi qurdu bir şəhər.
Bir cənnət kimiydi – işıqlı, abad,Hər yerdə bazarı, bağçası gülşad.
Şəhəri İskəndər tikibdir deyəAdını qoydular “İskəndəriyyə”.
Şah bina etdiyi bu gözəl şəhərBağdada bərabər, Misrə bərabər.
Yunana dönməyə artıq əzm etdi,Gəldiyi yollardan dönərək getdi.
Dənizdən keçincə Ruma dönərək,Dünyalar əlində olmuşdu mumtək.
Hər zaman o muma etdikdə rəğbət,Hər nə istəsəydi edərdi əlbət.
Yunanlar “afərin” dedilər ona,Cavahir saçdılar gövhər saçına.
Padşahda görüncə böyüklük, mənlik,Şəhərlər bəzəndi, quruldu şənlik.
Mütrüblər oxudu, qızıl saçıldı,Xəyalə gəlməyən məclis açıldı.
Düşməni yenən şah güvəndi baxta,Şahanə baxtıyla oturdu taxta.
Bəxtiyar dövlətin uca baxtındanƏn gözəl şənliklər qurdu hökmüran.
Zəncidən aldığı sərvətdən, maldanÇəkisiz hədiyyə alırdı hər yan.
Dövran Rum şahına verincə dövlət,Hər şaha göndərdi o maldan qismət.
Elə ki, Daraya yetişdi növbət,Dəvə karvanına yükləndi sərvət.
Yoldakı yüklərin çoxu qızıldı,Buxaraya qədər karvan düzüldü.
Mərdliklə iş gördü, tədbirlər etdi,Köhnə ənənələr yoluyla getdi.
Dəyərli mallardan saçdı bir qədər,Dünyada görməmiş onu bir nəfər.
Hər cür gözəl şeylər, cəvahiratlar,Növbənöv ətirlər, ipəklər, atlar...
Saf qızıldan başqa, xalis mötəbər,Bir xalvar müşk ilə bir sandıq ənbər.
Bir xırman ərinmiş saf gümüş lay-lay,Bir otaq saf kafur, düzülmüş tay-tay,
Ud yüklü dəvələr ucaldı dağdan,Hər yükün təxminən vəzni yüz batman.
Bir çox gözəl qılınc, cəvahirnigar,Zürafə dərisi kimi xalılar,
Xidmətə yarayan vücudu sağlamGülçöhrə kənizlər, həm igid qulam.
Fil sümüklərindən naxışlı taxtlar,Gövhərlə işlənmiş qədərsiz tac var.
Uca fil gövdəli bir alay əsir,Qolunda, boynunda düyümlü zəncir.
Bir çox dəvə yükü, kəsik qulaqlar,Saman təpilmiş baş bir neçə xalvar.
Yüzlərcə döyüşən, dağ heykəlli fil,Çarpışma zamanı ən coşğun bir Nil.
Bu əntiq şeylərlə uca İskəndərBir elçi göndərdi mətin, mötəbər.
Daraya gətirdi qasid naməni,Çəkdi hüzuruna o xəzinəni.
Dara bu bəxşişdən olmadı dilşad,Qorxdu, həsəd etdi qəlbini bərbad.
Bu qədər xəzinə, bu qədər sərvətHeyrət doğururdu, etmirdi rahət.
Bir cavab göndərdi yersiz olaraq,İçində kin odu alovlanaraq,
Cavabı götürüb elçilər getdi,İskəndəri bundan xəbərdar etdi.
Bu işdən darıldı ona İskəndər,Qəlbinə yükləndi gizlin bir kədər.
Çaldığı zəfərdən alaraq təmkin,Daraya yenə də bəsləmədi kin.
Rumların Zənciyə çaldığı zəfər, –Dünyaya yayıldı bu şanlı xəbər.
Qasidlər gəlirdi hər padişahdan,Təbrik edirdi bu zəfəri cahan.
Tənənin qapısı bağlandı, artıq,Rumların qəlbini sardı bir şadlıq.
Acizlərə dövran olsa mehriban.Qarınca oxuyar ilana meydan.
Çox danə görərsən bu dəyirməndə,Növbətlə üyüdür unu hər bəndə.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-serefname-17
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bağdadlı Səlamın Məcnunun görüşünə getməsiDeyir söz ustası, onu dinlə sən:
Leyli və Məcnun, fəsil 43İbn Səlamın ölümüBütün nöqtələrdə iş nişanı var,
Leyli və Məcnun, fəsil 44Payızın yetişməsi və Leylinin ölməsiQaydadır yarpaqlar tökülən zaman
Leyli və Məcnun, fəsil 45Leylinin qəbri üzərində Məcnunun ölməsiMəşhur söz ustası, o söz Loqmanı