Şərəfnamə, fəsil 19
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
بیا ساقی آن لعل پالوده رابیاور بشوی این غم آلوده را
Dur, saqi, əl uzat süzülmüş lələ!Könlümdən bulanlıq dərdi təmizlə!
فروزنده لعلی که ریحان باغز قندیل او برفروزد چراغ
O parlaq ləldən ki, reyhanlı bağAsar qəndilindən işıqlı çıraq.
چو فرخ بود روزی از بامدادهمه مرد را نیکی آید به یاد
Mübarək olursa səhərdən gününFikrində yaxşılıq olacaq üstün.
به خوبی نهد رسم بنیادهاز دولت به نیکی کند یادها
Onunla dəyərli ayinlər qurar,Dövlətçin yaranır gözəl yadigar.
سر از کوی نیک اختری برزندبه نیک اختری فال اختر زند
Öz məsud bəxtiylə yaşar qol-qola,Ulduza fal vurar bəxtiyarlıqla.
به هنگام سختی مشو ناامیدکز ابر سیه بارد آب سپید
Ümidin sönməsin dünya olsa dar,Hər qara buluddan ağ yağış yağar.
در چارهسازی به خود در مبندکه بسیار تلخی بود سودمند
İmdad qapısını daim qoy açıqKi, şirinlik alsın bir çox acılıq.
نفس به کز امید یاری دهدکه ایزد خود امیدواری دهد
Ömrünü ümidsiz keçirmə bir an,Qurtuluş verəndir böyük Yaradan.
گره در میاور بر ابروی خویشدر آیینه فتح بین روی خویش
Ümidsiz qaş çatma, aç bir gözünüZəfər güzgüsündə gör öz üzünü.
گزارنده نقش دیبای رومکند نقش دیباچه را مشک بوم
Bu rum qumaşına bəzək çəkənlərBu dastan başına müşk, ənbər səpər.
که چون شد سکندر جهان را کلیدز شمشیرش آیینه آمد پدید
İskəndər dünyaya olunca açarQılıncından güzgü oldu aşikar.
عروس جهان را که شد جلوهسازبدان روشن آیینه آمد نیاز
Bəzənmək istərkən dünya gəliniGüzgüyə uzatdı dilək əlini.
نبود آینه پیش از او ساختهبه تدبیر او گشت پرداخته
Keçmişdə güzgüdən yox idi əsər,Güzgünü yaratdı böyük İskəndər.
نخستین عمل کهآینه ساختندزر و نقره در قالب انداختند
Başlanınca güzgü qayırmaq işiQəliba tökdülər qızıl, gümüşü.
چو افروختندش غرض برنخاستدر او پیکر خود ندیدند راست
Nə əməl etdilər vermədi səmər,Onda üzlərini düz görmədilər.
رسید آزمایش به هر گوهرینمودند هر یک دگر پیکری
Sonra əl atdılar hər cür gövhərə,Hər biri göstərdi başqa mənzərə.
سرانجام کهآهن درآمد به کارپذیرنده شد گوهرش را نگار
Elə ki, təcrübə dəmirə çatdı,Gövhər üzərində naxış yaratdı.
چو پرداخت رسام آهنگرشبه صیقل فروزنده شد پیکرش
Dəmirçi sənətkar rəssam olaraqSeyqəllə dəmiri elədi parlaq.
همه پیکری را بدان سان که هستدرو دید رسام گوهر پرست
Düzdüyü gövhərdə o rəssam artıqGördü hər surəti təbii, açıq.
به هر شکل میساختندش نخستنمیآمد از وی خیالی درست
Öncə bir şəkildə onu qurdular,Olmadı düzgün bir surət aşikar.
به پهنی شدی چهره را پهن سازدرازیش کردی جبین را دراز
Güzgü enli olsa enlənir surət,Uzun olsa, surət uzanır, əlbət.
مربع، مخالف نمودی خیالمسدّس، نشان دور دادی ز حال
Dördbucaq göstərir qarışıq xəyal,Müsəddəs göstərir bambaşqa bir hal.
چو شکل مدوّر شد انگیختهتفاوت نشد با وی آمیخته
Elə ki, dəyirmi düzəldi, inan,Əsla seçilmədi xəyalla insan.
به عینه ز هر سو که برداشتندنمایش یکی بود بگذاشتند
Hansı bir tərəfə çevrilsə güzgü,Göstərdi necə var, eynilə, düzgün.
بدین هندسه ز آهن تیره مغزبرافروخت شاه این نمودار نغز
Həndəsi yol ilə qara dəmirdənGüzgünü İskəndər parlatdı birdən.
تو نیز ار در آن آینه بنگریبه دست آری آیین اسکندری
Sən də bu güzgüyə baxdığın zamanİskəndər dövründən xəbər alarsan.
چو آن گرد روی آهن سخت پشتبه نرمی درآمد ز خوی درشت
Gördüyü seyqəldən rəngini atdı,Qapqara bir dəmir şəfəq yaratdı.
سکندر درو دید پیش از گروهز گوهر به گوهر درآمد شکوه
İlk dəfə güzgüyə baxdı İskəndər,Bir əzəmət aldı gövhərdən, gövhər.
چو از دیدن روی خود گشت شادیکی بوسه بر پشت آیینه داد
Güzgüdə görüncə qeysər özünüGüzgünün şadlıqdan öpdü üzünü.
عروسی که این سنت آرد به جایدهد بوسه آیینه را رو نمای
Gəlinlər bu rəsmə ehtiram üçünGüzgünü öpərlər baxarkən hər gün.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-serefname-19
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zəfərin açarı aydın, aşkardır,Dəmir iradə bir qızıl açardır.
Xosrov və Şirin, fəsil 35Dünya görmüş kişi başladı sözə:O dünya axtaran yetişdi düzə.
Xosrov və Şirin, fəsil 36Cütçü saf tum səpsə torpağa əgər,Şübhəsiz torpaqdan saf tum göyərər.
Xosrov və Şirin, fəsil 37Asimantək, yaşıl geymiş o qocaCavan budaqları işə salınca.