بیا ساقی آن جام آیینه‌فامبه من ده که بر دست به جای جام

Dur, saqi, o güzgü camı ver yenə,Əlimdə tutum bir qədəh yerinə!

چو زان جام کیخسرو آیین شومبدان جام روشن جهان‌بین شوم

Keyxosrov ayinli olum o camdan,Onunla gözümdə parlasın cahan.

بیا تا ز بیداد شوییم دستکه بی داد نتوان ز بیداد رست

Çəkinək sitəmdən, gəl zülmü ataq,Ədl ilə mümkündür bundan qurtulmaq.

چه بندیم دل در جهان سال و ماهکه هم دیو‌ خانست و هم غول‌راه

Dünyaya bağlama könül, yağıdır,Həm quldur, həm qorxunc div yatağıdır.

جهان وام خویش از تو یک‌سر بَرَدبه جرعه فرستد به ساغر برد

Dünya damcı versə, bir qədəh çalır,Öz köhnə borcunu bir yerdə alır.

چو باران که یک‌یک مهیا شودشود سیل و آنگه به دریا شود

Yağış damcı-damcı buluddan yağar,Böyük çay olunca dənizə axar.

بیا تا خوریم آنچه داریم شاددرم بر درم چند باید نهاد‌؟

Nəyin var şən-şən ye, sevin bu günə,Qoyma bir dirhəmi dirhəm üstünə.

نهنگی بمابر گذر‌کرده گیرهمه گنج ناخورده را خورده گیر

Elə bil, bir nəhəng bizə yan almış,Yemədiklərini əlinə salmış.

از آن گنج کاورد قارون به دستسرانجام در خاک بین چون نشست

Qarun da yığmışdı böyük bir sərvət,Bax, necə torpağa girdi nəhayət.

وزان خشت زرین شداد عادچه آمد به‌جز مردن‌ِ نامراد‌؟

Qızıldan bir saray tikdirdi Şəddad,Ölərkən almadı qəsrindən murad.

درین باغ رنگین درختی نرستکه ماند از قفای تبرزن درست

Bu bağda bir ağac bitməmiş rahətKi, balta dəyməyib, qalsın səlamət.

گزارش‌کن ِ زیور تاج و تختچنین گفت کان شاه فیروز بخت

Şahların taxtına bəzək verənlərBelə nəql edir ki, böyük İskəndər

یکی روز فارغ‌دل و شاد بهربر آسوده بود از هوس‌های دهر

Bir gün dincəlirdi ürəyi çox şən.Uzaqdı dünyanın həvəslərindən.

می ناب در جام شاهنشهیگهی پر همی‌کرد و گاهی تهی

Saf, duru şərabla şahlıq camınıDoldurur, boşaldır, alır kamını.

حکیمان هشیار دل پیش اوخردمند مونس خرد خویش او

Hikmət sahibləri gəlmiş yanına,Ağıl da, tədbir də köməkdi ona.

به هر نسبتی کامد از بانگ چنگسخن شد بسی در نمط‌های تنگ

Yüz nəğmə başladı çox sədalı çəng,Hər nazik nöqtədən söz aldı ahəng.

به هر جرعه می‌ که شه می‌فشاندمهندس درختی در او می‌نشاند

Şah içdiyi camın hər damcısındanMühəndis əkirdi gözəl bir fidan.

درخشان شده می‌ چو روشن درخشقدح شکر افشان و می نوش‌بخش

Parlayan saf şərab şimşəkdən nişan,Qədəh şəkər saçan, şərab qəlbaçan.

دماغ نیوشنده را سرگرانز نوش می‌و رود رامشگر‌ان

Çalğıdan, şərabdan, incə nəğmədənYarım sərxoş idi içən, dinləyən.

سرشک قدح نالهٔ ارغنونروان کرده از رودها رود خون

Qədəhin göz yaşı, çalğının səsiAxıdır pərdədən bir qan çeşməsi.

زهی زخم کز زخمهٔ چون شکرشود رود خشکی بدو رود تر

O şirin mizrabın hər yarasından -Quru pərdələrdən axır seltək qan.

در آن بزم آراسته چون بهشتگل افشان‌تر از ماه اردیبهشت

O məclis cənnətdən daha bəzəkli,Mayısdan daha şux, daha çiçəkli.

سکندر جهانجو‌ی فرخ سریرنشسته چو بر چرخ بدر منیر

Məclisin başında böyük İskəndərGöydə bədirlənmiş bir Aya bənzər.

ز دارا درآمد فرستاده‌ایسخنگوی و روشن‌دل آزاده‌ای

Daradan bir elçi gəldi bu zaman,Ürəkli, daşqınlı, dilli, qəhrəman.

چو خسرو پرستان پرستش نمودهم او را و هم شاه خود را ستود

Şahpərəstlər kimi göstərdi hörmət,Onu və Daranı öydü, nəhayət.

چو کرد آفرین بر جهان پهلوانشنیده سخن کرد با او روان

Adlı qəhrəmana etdi çox səna,Daranın əmrini yetirdi ona,

ز دارا درود آوریدش نخستنداده خراج کهن باز جست

Öncə öz şahından salam yetirdi,Köhnəlmiş xəracı dilə gətirdi:

که چون بود کز گوهر و طوق و تاجز درگاه ما واگرفتی خراج

“Neçin şah əsirgər gövhəri, tacı,Çoxdandır verməyir bizim xəracı?

زبونی چه دیدی تو در کار ماکه بردی سر از خط پرگار ما

Məndə bir acizlik görmüşmü? NədənBaşını qaçırmış pərgar xəttindən?

همان رسم دیرینه را کار بندمکن سرکشی تا نیابی گزند

Köhnə adətləri atsa boynundan,Sərkəşlik edərsə, çəkəcək “ziyan”.

سکندر ز گرمی چنان برفروختکه از آتش دل زبانش بسوخت

İskəndər alovlu şimşəktək çaxdı,Qəlbinin atəşi dilini yaxdı.

کمان گوشهٔ ابرویش خم گرفتز تندی‌ش گوینده را دم گرفت

Əyildi qaşının kaman guşəsi,Qorxudan elçinin söndü nəfəsi.

چنان دید در قاصد راه سنجکه از جوش دل مغزش آمد به رنج

Elə ki, eşitdi bu kinli sözü,Dimağı odlandı, parladı gözü.

زبان چون ز گرمی بر آشفته شدسخن‌های ناگفتنی گفته شد

Acığı dilinə edincə əsər,Söylədi qasidə yaramaz sözlər.

فرو گفت لختی سخن‌های سختچو گوید خداوند شمشیر و تخت

Şahın gözlərindən qəzəb yağırdı,Qasidə dediyi sözlər ağırdı.

کرا در خرد رای باشد بلندنگوید سخن‌های نا‌سودمند

Düşüncəsi, ağlı sağlam olan kəsLüzumsuz sözləri söyləməz əbəs.

زبان‌گر به گرمی صبوری کندز دوری کن خویش دوری کند

Qızışanda dili səbr etsə bir azTutduğu işindən peşiman olmaz.

سخن گرچه با او زهازه بودنگفتن هم از گفتنش به بود

Min-min sərrast sözə tapsa da zəfər,Susmaq söyləməkdən çox fayda verər.

چو خوش گفت فرزانهٔ پیش بینزبان گوشتین است و تیغ آهنین

Nə gözəl söyləmiş qoca bir ərən:“Dil ətdən yaranmış, qılınc dəmirdən”.

نباشد به خود بر کسی مرزبانکه گوید هر آنچ آیدش بر زبان

Sözünün mülkünə olmaz hökmüranDilinə gələni söyləyən insan.

گزارنده پیر کیانی سرشتگزارش چنین کرد از آن سرنبشت

Kəyana mənsub ən qoca bir nəfərHəmin hadisəni belə nəğl edər:

که وقتی که از گوهر و تیغ و تاجز یونان شدی پیش دارا خراج

Qiymətli qılıncdan, gövhərdən, tacdanDaranın xəracı getdiyi zaman,

در آن گوهرین گنج بن ناپدیدبدی خایهٔ زر خدای آفرید

Dəyərli gövhərlər içində, hətta,Varmış bir təbii, qızıl yumurta.

منقش یکی خسروانی بساطکه بیننده را تازه کردی نشاط

O incə naxışlı şahanə büsat,Verərdi görənə təzə bir nişat.

چو قاصد زبان تیغ پولاد کردخراج کهن گشته را یاد کرد

Dilini o qasid edincə polad,Köhnəlmiş xəracı eləyincə yad,

برو بانگ زد شهریار دلیرکه نتوان ستد غارت از تند‌شیر

Bağırdı: “Möhkəmdir başımdakı tac,Qızmış bir aslandan alınmaz xərac.

زمانه دگرگونه آیین نهادشد آن مرغ کاو خایه زرین نهاد

Başqa bir ayinə girmişdir cahan,Qalmamış o qızıl yumurta doğan.

سپهر آن بساط کهن در نوشتبساطی دگر ملک را تازه گشت

O köhnə büsatı bu dövran sildi,Keçmiş ayinlərə qələm çəkildi.

همه ساله گوهر نخیزد ز سنگگهی صلح سازد جهان گاه جنگ

Hər zaman cəvahir çıxarmı daşdan?Dünya gah sülh istər, gah vuruş, gah qan.

به گردن کشی بر میاور نفسبه شمشیر با من سخن گوی و بس

Bu qədər qürurla çəkmə boş nəfəs,Qılıncla cavab ver, danışma əbəs.

تو را آن کفایت که شمشیر مننیارد سر تخت تو زیر من

Yetməzmi qılıncım qan dama-damaTaxtını çəkməmiş mənim altıma?

چو من با رکابی که برداشتمعنان جهان بر تو بگذاشتم

Mənim də var ikən qılıncım, taxtım,Lakin bu dünyanı sənə buraxdım.

تو با آنکه داری چنان توشه‌ایرها کن مرا در چنین گوشه‌ای

O qədər səndə var cəlal, təmtəraq,Mənə də belə bir guşəni burax.

بر آنم میاور که عزم آورمبه هم پنجه‌ای با تو رزم آورم

O yerə yetirmə “gücüm var” deyə,Səninlə çarpışım pəncə-pəncəyə.

به یک سو نهم مهر و آزرم رابه جوش آورم کینهٔ گرم را

Ataraq hörməti, rəsmi, həyanıKinimlə coşdurum qəlbimdə qanı.

مگر شه نداند که در روز جنگچه سرها بریدم در اقصای زنگ

Şah eşitmədimi edərkən savaşQopardım zəncidən mən nə qədər baş?

به یک تاختن تا کجا تاختمچه گردن‌کشان را سرانداختم

Bir at çapmağımla getdim mən hara,Atdım dikbaşları toz-torpaqlara.

کسی که‌ارمغانی دهد طوق و تاجچو زنهاریان چون فرستد خراج

Bir şah ki şahlara verir taxt və tacMiskinlər kimi heç verirmi xərac?

ز من مصر باید نه زر خواستنسخن چون زر مصری آراستن

Məndən Misri istə, istəmə gövhər,Misir qızılıtək sözə ver zivər.

ببین پایگاه مرا تا کجاستبدان پایه باید ز من مایه خواست

Bax, sərvət, dövlətim qalxmış nə yerə,Tələb et məndən öz rütbəmə görə.

مینگیز فتنه میفروز کینخرابی میاور در ایران زمین

Qaldırma fitnəni, coşdurma kini,Gəl, viran eləmə İran mülkünü!

تو را ملکی آسوده بی داغ و رنجمکن ناسپاسی در آن مال و گنج

Çatmışdır əlinə böyük məmləkət,Şükr elə, yetməzmi bu qədər dövlət?

مشوران به خودکامی ایام راقلم درکش اندیشهٔ خام را

Zamanın meylini gəl dolandırma,Bu fikrə qələm çək, su bulandırma.

ز من آنچه بر نایدت در مخواهچنان باش با من که با شاه شاه

İstəmə verilməz şeyi, padişah!Rəftar et, necə ki, edir iki şah”.

فرستاده کاین داستان گوش کردسخن‌های خود را فراموش کرد

Qasid eşidincə bu sərt xəbəriZehnindən silindi bütün sözləri.

سوی شاه شد داغ بر دل کشانشتابنده چون برق آتش فشان

Dərgaha üz qoydu dərdlə, möhnətlə,Atəşli şimşəkdən daha sürətlə.

فرو گفت پیغام‌های درشتکزو سروبن را دو تا گشت پشت

Elə ki, açıldı qasidin dili,İkiqat büküldü o sərvin beli.

چو دارا جواب سکندر شنیدیکی دور باش از جگر بر کشید

Bu ağır cavabı eşitdi Dara,Bağrını dəldi ən kinli bir yara:

که بی سکه‌ای را چه یارا بودکه هم سکهٔ نام دارا بود

“Kimdir o sikkəsiz, cəsarət etsin,Dara sikkəsilə rəqabət etsin?”

به تندی بسی داستان یاد کردکه‌زان شد نیوشنده را روی زرد

Kinindən o andı bir neçə dastan,Saraldı eşidən kəslər qorxudan.

بخندید و گفت اندر آن زهر‌خندکه افسوس بر کار چرخ بلند

Zəhərli gülüşlə dolaraq kinə,Dedi: “Bax bu azğın çərxin işinə,

فلک بین چه ظلم آشکارا کندکه اسکندر آهنگ دارا کند

Bu zülüm deyilmi edir fələklər?Daraya kükrəyir miskin İskəndər.

سکندر نه گر خود بود کوه قافکه باشد که من باشمش هم‌مصاف‌‌؟

Qaf dağı olsa da, gözünü silsin,O kimdir mənimlə çarpışa bilsin?

چنان پشه‌ای را به جنگ عقابکه از قطره‌ دان پیش دریای آب

Bir tərlan yanında bir çibin nədir?Coşqun bir dənizdən kiçik qətrədir”.

سبک قاصدی را به درگاه اوفرستاد و شد چشم بر راه او

Başqa bir qasidi göndərdi Dara,Kin ilə gözünü dikdi yollara.

یکی گوی و چوگان به قاصد سپردقفیزی پر از کنجد ناشمرد

Qasidə tapşırdı bir top, bir çövkan,Bir çuval küncüd də verdi ərməğan.

در آموختش راز آن پیشکشبدان تعبیه شد دل شاه خوش

Hədiyyə sirrini öyrətdi ona,Sevindi qurduğu incə oyuna.

سوی روم شد قاصد تیزگامز دارا پذیرفته با خود پیام

Daranın verdiyi tapşırıqlarıBilərək, üz qoydu Yunana sarı.

ز ره چون در آمد بر شاه رومفروزنده شد همچو آتش ز موم

İskəndər qəsrinə basınca ayaq,Atəşdə mum kimi şölə saçaraq,

سرافکنده در پایه بندگینمودش نشان پرستندگی

Ədəblə qeysərə baş əydi öncə.Pərəstiş və ayin başa gəlincə

نخستین گره کز سخن باز کردسخن را به چربی سرآغاز کرد

Söz düyümlərini sürətlə üzdü,Söylənən sözlərdən bir inci düzdü:

که فرماندهان حاکم جان شدندفرستادگان بنده فرمان شدند

“Canlara hakimdir fərman verənlər,Buyruq qullarıdır göndərilənlər.

چه فرمایدم شاه فیروز رایکه فرمان فرمانده آرم به جای؟

Şövkətli padişah versə hər əmr,İtaət eyləmək bir vəzifədir”.

سکندر بدانست کان عذر خواهپیامی درشت آرد از نزد شاه

İskəndər bildi ki, bu üzr istəyənAğır bir fərmanla gəlmiş yerindən.

به بیغاره گفتا بیاور پیامپیام‌آور از بند بگشاد کام

Acıqlı gülərək dedi: “Ərz qıl!”Qasidin dilindən açıldı qıfıl.

متاعی که در سله خویش داشتبیاورد و یک یک فرا پیش داشت

Qasidin Daradan gətirdiyi mal,İskəndər önündə qoyuldu dərhal.

چو آورده پیش سکندر نهادبه پیغام دارا زبان برگشاد

Elə ki, mətahı ortaya saçdı,Daranın əmrindən qasid söz açdı.

ز چوگان و گوی اندر آمد نخستکه طفلی تو بازی به این کن درست

Başladı çövkandan, topdan əvvəlcə:“Uşaqsan, sənə top olsun əyləncə,

وگر آرزوی نبرد آیدتز بیهودگی دل به درد آیدت

İstəyin mənimlə çarpışmaq olsa,Qəlbinə boş yerə sıxıntı dolsa, -

همان کنجد ناشمرده فشاندکزین بیش خواهم سپه بر تو راند

Küncüdü saraya səpərək durdu, -Qarşına çıxarram bundan çox ordu”.

سکندر جهان داور هوشمنددرین فال‌ها دید فتحی بلند

Dünyanı sarsıdan böyük İskəndər,Gördü bu fallarda şanlı bir zəfər.

مثل زد که هر چه آن گریزد ز پیشبه چوگان کشیدش توان پیش خویش

Bir məsəl çəkdi ki, qaçdığı zaman,Hər şeyi qarşıma çəkər bu çövkan.

مگر شاه از آن داد چوگان به منکه تا زو کشم ملک بر خویشتن

Onunçun göndərmiş Dara çövkanı,Özümə çəkim bu köhnə dünyanı,

همان گوی را مرد هیأت شناسبه شکل زمین می‌نهد در قیاس

Yuvarlaq bu topu hər heyətşünasYerin kürəsiylə eyləmiş qiyas.

چو گوی زمین شاه ما را سپردبدین گوی خواهم ازو گوی برد

Şəhriyar onunçun göndərmiş bunu,Çövkanla qazanım onun topunu.

چو زین گونه کرد آن گزارش‌گر‌یبه کنجد در آمد در داوری

Daranın fikrini bilincə salarKinini güncüddə etdi aşikar.

فرو ریخت کنجد به صحن سرایطلب کرد مرغان کنجد ربای

Güncüdu dağıtdı evə, eşiyə,Quşları səslədi, dənləsin deyə.

به یک لحظه مرغان در او تاختندزمین را ز کنجد بپرداختند

Darıya daraşdı saray quşları,Qalmadı bu yerdə bir dənə darı.

جوابی‌ست گفتا درین رهنمونچو روغن که از کنجد آید برون

Bu cavabda elə qəti məna var,Küncüdün yağını sıxıb çıxarar.

اگر لشکر از کنجد انگیخت شاهمرا مرغ کنجد خور آمد سپاه

Güncüddən çox olsa Dara qoşunu,Mənim də quşlarım dənləyər onu.

پس آنگه قفیزی سپندان خردبه پاداش کنجد به قاصد سپرد

Üzərlik doldurdu kiçik çuvala,Qasidə verincə dedi: “Çıx yola.

که شه گر کشد لشگری زان قیاسسپاه مرا هم بدینسان شناس

Dara küncüd qədər çıxarsa ordu,Mənim də ordumun qədəri, bax, bu!”

چو قاصد جوابی چنین دید سختبه پشت خر خویش بربست رخت

Qasid İskəndərdən eşidib bunu,Yüklədi ulağa ağır yükünü.

به دارا رساند از سکندر جوابجوابی گلو‌گیر چون زهر ناب

Daraya Yunandan gətirdi cavab,Bu ağır cavaba kim gətirər tab?

برآشفت از آن طیرگی شاه راکه حجت قوی بود بدخواه را

Daranın cavabdan qızardı gözü,Çünki çox güclüydü düşmənin sözü.

جهاندار دارا دران داوریطلب کرد از ایرانیان یاوری

Ədavət bağladı hiddətlənərək,İranın xalqından istədi kömək:

ز چین و ز خوارزم و غزنین و غورزمین آهنین شد ز نعل ستور

Çin, Xorəzm, Qəzneyn, Qur mahallarından,Yer dəmir kəsildi heyvan nalından.

سپاهی به‌هم کرد چون کوه قافهمه سنگ فرسای و آهن شکاف

Bir ordu düzəltdi Qaf dağı qədər,Hamısı daş, dəmir çeynəyən əjdər.

چو عارض شمار سپه برگرفتفرو ماند عقل از شمردن شگفت

Bu böyük orduya san verən zaman,San verən qalmışdı bu işdə heyran.

ز جنگی سواران چابک رکاببه نهصد هزار اندر آمد حساب

Döyüşkən ərlər ki, at oynadırdı,Təxminən doqquz yüz minə çatırdı.

جهانجوی چون دید کز لشگرشهمی موج دریا زند کشور‌ش

Böyük şəhriyarın böyük ordusu,Bir coşğun dənizdi, yoxdu qorxusu.

سپاهی چو آتش سوی روم راندکجا او شد آن بوم را بوم خواند

Kin ilə Yunana doğru yol açdı,Keçdiyi yerlərdə bayquş ulaşdı.

به ارمن درآمد چو دریای تندصبا را شد از گرد او پای کند

Axdı dəniz kimi Ərmənə əsgər,Tozuna çatmadı onun küləklər.

زمین در زمین تا به اقصای رومبجوشید دریا بلرزید بوم

Ölkələr aşırdı Yunana qədər,Qurular titrədi, coşdu dənizlər.

علف در زمین گشت چون گنج گمز نعل ستوران بیگانه سم

O dikbaş atların polad nalındanÇöllərdə otlardan qalmadı nişan.

پی شاه اگر آفتابی کندبه هر جا که تابد خرابی کند

Günəş də düşsəydi şahın ardınaQalardı gəzdiyi yerlər virana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri