Xosrov və Şirin, fəsil 75
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
به خدمت شمسهٔ خوبان خَلُّخزمین را بوسه داد و داد پاسخ
Xəllux bütlərinin günəşi dildarYeri öpüb dedi: "Sən ey hökmdar!
که دایم شهریارا کامران باشبه صاحب دولتی صاحبقران باش
Həmişə arzuna çatasan, yəniŞahlığın, dövlətin tutsun ölkəni.
مبادا بی تو هفت اقلیم را نورغبارِ چشمزخم از دولتت دور
Sənsiz yeddi ölkə nura batmasın,Bədnəzərin tozu sənə çatmasın.
هزارت حاجت از شاهی روا بادهزارت سال در شاهی بقا باد
Şahlıqda min arzun yetsin yerinə,Min illərlə şahlıq sürəsən yenə.
کسی کاو باده بر یادت کند نوشگر آن کس خود منم بادت در آغوش
Kim mey içsə səni gətirib dilə,Qucağında olsun, mən olsam belə.
بس است این زهرِ شکرگون فشاندنبر افسون خواندهای افسانه خواندن
Zəhərli şəkərlər səpdiyin bəsdir,Əfsun oxunmuşa əfsun əbəsdir.
سخنهای فسونآمیز گفتنحکایتهای بادانگیز گفتن
Hiyləli sözlərdən əcəb nə çıxar?Ürək bulandıran söhbətdə nə var?
به نخجیر آمدن با چتر زریننهادن منتی بر قصر شیرین
Bir zərli çətirlə ova gəlmisən,Şirinin boynuna minnət qoyma sən.
نباشد پادشاهی را گزندیزدن بر مستمندی ریشخندی
Bir məzluma belə rişxənd eləmə,Şaha bu yaraşmaz, gəl fənd eləmə.
به صید اندر سگی توفیر کردنبه توفیر آهویی نخجیر کردن
Ov köpəklərinə bir it qoşmusan,Ceyran ovlamağı bilirsən asan!
چو من گنجی که مهرم خاک نشکستبه سردستی نیایم بر سر دست
Möhrü qırılmamış mən kimi xəznəTezmi qismət olar deyirsən sənə?
تو زین بازیچهها بسیار دانیوزین افسانهها بسیار خوانی
Belə oyunbazlıq səndə çox vardır,Dediklərin boş-boş danışıqlardır.
خلاف آن شد که با من در نگیردگُل آرد بید، لیکن بَر نگیرد
Qırılmaz Şirinin sözlə qərarı,Gül açsa da, olmaz söyüdün barı.
تو آن رودی که پایانت ندانمچو دریا راز پنهانت ندانم
Bir çaysan, bilmirəm sonun hardadır,Bir dənizsən, sirrin dalğalardadır.
من آن خانیچهام کآبم عیان استهر آنچم در دل آید بر زبان است
Mən bir göləm - suyum göz qabağında.Ürəyimdə nə var - dil-dodağımda.
کسی در دل چو دریا کینه داردکه دندان چون صدف در سینه دارد
Sədəf kimi dürrü gizlin saxlayanÜrəkdə dəniztək kin olar, inan!
حریفی چرب شد شیرین بر این بام؟کزین چربی و شیرینی شود رام؟
Zənn etdin bir yağlı tikədir Şirin,Onu ram eyləyər şirin sözlərin.
شکر گفتاریت را چون نیوشمکه من خود شهد و شکر میفروشم
Necə qulaq asım şəkər dilinə?Mən şəkər satıram ürək əhlinə.
زبانی تیز میبینم دگر هیچجگرسوزی و جز سوز جگر هیچ
Bir iti dilin var, başqa şeyin yox,Mənim ciyərimi yandırmısan çox.
سخن تا کی ز تاج و تخت گویینگویی سَخته، اما سَخت گویی
Şahlıqdan nə qədər danışacaqsan?Sözünü ölçüsüz deyirsən yaman.
سخن را تلخ گفتن، تلخ رایی استکه هر کس را درین غار اژدهایی است
Acı söz deyənlər təlxməcaz olar,Ağızda hər kəsin əjdəhası var.
سخن با تو نگویم تا نسنجمنسنجیده مگو تا من نرنجم
Mən sözü ölçməmiş demərəm əsla,Sən də söz deyəndə de bir qiyasla.
قرار کارها دیر اوفتد دیرکه من آیینه بردارم تو شمشیر
Mən ayna götürsəm, sən də bir xəncər,Bizim işlərimiz çətin düzələr.
سخن در نیک و بد دارد بسی رویمیان نیک و بد باشد یکی موی
Yaxşı-yaman sözlər çox olsa da, bax,Fərqi tük qədərdir arada ancaq.
درین محمل کسی خوشدل نشیندکه چشم زاغ پیش از پس ببیند
Dünyada tez seçən ağı qaradan,Ömrünü şadlıqda keçirər hər an.
سر و سنگ است نام و ننگ، زنهارمزن بر آبگینه سنگ، زنهار
Ar, namus dünyada nədir? Başla daş.Şüşəyə daş vurma, dayan bir, yavaş!
سخن تا چند گویی از سرِ دست؟همانا هم تو مستی هم سخن مست
Danışma baş-əldən bu qədər boş-boş,Özün də sərxoşsan, sözün də sərxoş.
سخن کآن از دماغ هوشمند استگر از تحتالثری آید، بلند است
Ağıllı adamın söylədikləriYer altına düşsə, getməz dəyəri.
سخنگو چون سخن بیخود نگویداگر جز بد نگوید، بد نگوید
Söz deyən düşünüb söyləsə əgər,Pis söz də söyləsə, yenə xoş gələr.
سخن باید که با معیار باشدکه پر گفتن خران را بار باشد
Hər sözə münasib ölçü gərəkdir,Naqqallıq yükünü çəkən eşşəkdir.
یکی زین صد که میگویی رهی رانگوید مطربی لشگرگهی را
Bir sözə dediyin yüz sözü əbəsMütrüb bir orduya söyləyə bilməz.
اگر گردی به درد سر کشیدنز تو گفتن ز من یکیک شنیدن
Əgər baş ağrıtmaq niyyətindəsən,Başla, bir-bir sən de, qulaq asım mən.
گرت باید به یک پوشیده پیغامبرآوردن توانی صد چنین کام
İstəsən göndərib gizli sifarişDüzəldərsən yəqin yüz-yüz belə iş.
عروسی را چو من کردی حصاریپس از عالم عروسی چشم داری
Mən kimi gəlini salıb hasara,Dünyadan toy-bayram umarsan, sonra?
ببین در اشک مروارید پوشممکن بازی به مروارید گوشم
Bu mirvari kimi göz yaşıma bax,Mirvari sırğamla oynama ancaq.
به آه عنبرینم بین که چون استکه عقد عنبرینهام پر ز خون است
Bu ənbər qoxulu ahıma bax bir,Ənbər boyunbağım qan içindədir.
لبِ چون ناردانم بین چه خُرد استکه نارم را ز بُستان دزد برده است
Ləbim nar dənəsi, xırdadır, doğru,Narımı bağçadan aparmış oğru.
مگر بر فندق دستم زنی سنگکه عناب لبم دارد دلی تنگ
Fındıq dırnağımı sındırsan da sən.İnnab dodağıma dəyə bilməzsən.
مبارک رویم اما در عماریمبارک بادم این پرهیزگاری
Mübarək üzlüyəm pərdədə, lakinXoşdur gizli qalmaq belə mənimçin.
مکن گستاخی، از چشمم بپرهیزکه در هر غمزه دارد دشنهای تیز
Gözlərimdən qorun, azca üz göstər,Hər qəmzəmdə yatır bir iti xəncər.
هر آن مویی که در زلفم نهفته استبر او ماری سیه چون قیر خفته است
Bil ki, hər tükümün dibində əl anQıvrılıb yatmışdır qara bir ilan.
تو را با من دمِ خوش در نگیردبه قندیلِ یخ آتش در نگیرد
Məni xoş nəfəsin isitməz bir az,Buz qəndili odla yandırmaq olmaz.
به طَمْعِ این رسن در چَه نیفتمبه حرصِ این شکار از ره نیفتم
Bu iplə quyuya düşmərəm, inan.Bir ov tamahıyla çıxmaram yoldan.
دلت بسیار گم میگردد از راهدرو زنگی بباید بستن از آه
Yolu tez-tez azır səndəki ürək,Ona ahdan bir zəng bağlansın gərək.
نبینی زنگ در هر کاروانی؟ز بهر پاس میدارد فغانی؟
Görməmisən məgər gedəndə karvan?Zəng qaravul çəkir, qopardır fəğan.
سحر تا کاروان نارد شباهنگنبندد هیچ مرغی در گلو زنگ
Çıxmayınca səhər karvandan avaz,Boynuna zəng asıb xoruz banlamaz.
غلط رانی که زخمهات مطلق افتادبر اَدهَم میزدی، بر ابلق افتاد
Atı yanlış sürdün, əyri oturdun,Qara at yerinə alanı vurdun.
به هندوستان جَنیبَت میدواندیغلط شد ره، به بابل باز ماندی
Atı Hindistana sürdürdün yavaş,Yolu azıb getdin Babilə birbaş.
به دریا میشدی، در شط نشستیبه گل رغبت نمودی، لاله بستی
Dəryaya gedirdin, çaya yetişdin,Gül istərkən lalə düzünə düşdün.
به جانداروی شیرین ساز کردیولی روزه به شِکر باز کردی
Şirinə min cürə söz dürrü saçdın,Ancaq orucunu Şəkərlə açdın.
تو را من یار و آن گه جز منت یار؟تو را این کار و آن گه با منت کار؟
Mən sənə yar oldum, sən özgəsinə,Eləsə, nə üçün bənd oldun mənə?
مکن چندین بر این غمخوار، خواریکه کردی پیش از این بسیار زاری
Səndən eşitmişəm çoxlu ahü zar,Gəl dərdli könlümü etmə belə xar.
برو فرموش کن دِه راندهای رارها کن در دهی واماندهای را
Kənddən qovulmuşu neyləyirsən, get,Karvandan ayrılan yorğunu tərk et!
چو فرزندی پدر-مادر ندیدهیتیمانه به لقمه پروریده
Atasız, anasız övlad kimiyəm,Burda yetim kimi, bir yad kimiyəm.
چو غولی مانده در بیغوله گاهیکه آن جا نگذرد موری به ماهی
Vəhşi insan kimi düşdüm bu çölə,Ayda bir qarışqa görmürəm belə.
ز تو کامی ندیده در زمانهشده تیر ملامت را نشانه
Səndən bu dünyada bir kam almadanMəlamət oxuna olmuşam nişan.
در این سنگم رها کن زار و بیزوردگر سنگی بر او نِه تا شود گور
Kəsibdir sağımı, solumu daşlar,Bir daş da üstə qoy, qoy olsun məzar.
چو باشد زیر و بالا سنگ بر سنگبپوشد گر چه باشد ننگ بر ننگ
Onun altı, üstü daş olsa əgər,Nə qədər eybim var, büsbütün örtər.
همان پندارم ای دلدارِ دلسوزکه افتادم ز شبدیز اولین روز
Al məndən bu yükü bir mərdlik göstər,Gül saçma, yolumdan tikanları dər.
جوانمردی کن از من بار بردارگلافشانی بس، از ره خار بردار
Belə toz qaldırıb kül vurma, bəsdir,Duz yeyib qabını sındırma, bəsdir.
گل افشاندن، غبار انگیختن چند؟نمک خوردن، نمکدان ریختن چند؟
Yetər ki, uğrunda biçarə oldum,Elimdən, günümdən avarə oldum.
بس آن کز بهر تو بیچاره گشتمز خان و مانِ خویش آواره گشتم
O gündən şadlığı məndən yox etdinKi, məni Şəhrudda tərk edib getdin.
مرا آن روز شادی کرد بِدرودکه شیرین را رها کردی به شهرود
Gör mən yazıq hara, Mədain hara,Neyləyim alnıma yazılmışlara?
منِ مسکین کِه و شهر مداین؟چه شاید کردن «المقدور کاین»
Ürəklər yandıran ey gözəl dilbər,Mən dünən Şəbdizdən düşmədim məgər?
تو را مثل تو باید سر بلندیچه برخیزد ز چون من مستمندی؟
Özün kimi yüksək birini tap sənMən kimi məzlumdan nə görəcəksən?
چَه آن جا کَن کز او آبی برآیدرگ آن جا زن کز او خونی گشاید
Tap su çıxan yeri, orda quyu qazOra neştər vur ki, qan olsun bir az.
بنای دوستی بر باد دادیمگر کاَکنون اساس نو نهادی
Dostluq binasını etdin tarimar,Yenidən tikməyin nə mənası var?
گلیم نو کز او گرمی نیایدکهن گردد کجا گرمی فزاید؟
Təzəykən bir örtük soyuqsa əgər,Köhnələndə necə istilik verər?
درختی کز جوانی کوژ برخاستچو خشک و پیر گردد کی شود راست؟
Əvvəl əyri bitən bir cavan budaq,Zənn etmə, qocalsa düzgün olacaq.
قدم برداشتی و رنجه بودیکَرم کردی، خدواندی نمودی
Çox zəhmət çəkmisən, təşəkkürüm var,Kərəm eyləmisən, sən ey şahsuvar!
ولیک امشب، شبِ در ساختن نیستامید حجره وا پرداختن نیست
Yaramaz sazişə ancaq bu gecə,Sanma ümidindən çıxar nəticə
هنوز این زیربا در دیگ خام استهنوز اسبابِ حلوا ناتمام است
Qazandakı hələ bişməyib, xamdır,Halva hazır deyil, iş natamamdır.
تو امشب باز گرد از حکمرانیبه مستان کرد نتوان میهمانی
Sən ömr eləməkdən bu gecə əl çək,Sərxoşu çətindir qonaq eləmək.
چو وقت آید که گردد پخته این کارتوانم خواندنت مهمان دگر بار
İş bişən zamanda bir dəfə ancaqBəlkə çağıraram mən səni qonaq.
به عالم وقت هر چیزی پدید استدرِ هر گنج را وقتی کلید است
Dünyada hər şeyin öz zamanı varVaxtında tapılar xəznəyə açar.
نبینی مرغ چون بیوقت خوانَد؟به جای پرفشانی سر فشاند
Vaxtsız banlayanda xoruz, görərsən,Ayrılır bir anda başı bədəndən."
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-75
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Firuzə rəngli tağ ertəsi günüDağ-daşdan ucaltdı yaqut güzgünü.
Şərəfnamə, fəsil 54Bir gün bu qoca çərx dövran edərkən,Bir gövhər çıxardı qır dənizindən.
Şərəfnamə, fəsil 55Şəfəq gündoğandan çıxarınca başQaranlıq Məğribdə gizləndi yavaş.
Şərəfnamə, fəsil 56Saqi, ver o müşkin şərabdan bir an,Qandan rəng vermişdir o meyə dehqan.
Başqa şairlərin şeirləri
Başına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinəGötür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi