QeysərƏvvəl vacibatdan kim gəldi cana?Məhəmmədi əmin oldu aşikar?Kim gətdi xudanın hökmün əyana?Kim aldı, o işdən oldu xəbərdar?

İmanİbtida göndərdi həyyi-layənam,Vacibdir şəhadət cümlə cahanı.Xatəmən mürsəlin rəsuli-əkrəmBildi hökmləri, etdi bəyanı.

QeysərNəyinən işlədi hökmi-layəzal?Nə üstə olundu cümlə qilü-qal?Bizə lazım olan əmri dalbadalNeçə şeylər onu eylər istivar?

İmanHökmün aşikara gətdi Zülfüqar,Din üstə kafəri qıldı tar-mar.Vacibdir süludin, firudin-bunlar,Möhkəm eylər oruc, namaz insanı.

QeysərƏr gördüm, sərində nizamı beşdi,Beş içində gəzir, məqamı beşdi,Gah gördüm o şahın qulamı beşdi,Qeysəri kim bilsə, çəkməz ahü zar.

İmanSovmdur sərində rövnəqi-islam,Pənci-Ali-Əba, on iki imam.İluli-əzmdir əhmədə qulam,Ağası öyrədib Novrəs İmanı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri