Çarxı-fələk məni yaman oxlayıb,Axır yaralardan qanım, ay maral!Mən də sənin kimi yaman dərdliyəm,İnildəmə, çıxdı canım, ay maral!

Tifil ikən ustad oldum dünyada,Bir Şirinə Fərhad oldum dünyada,Çöl-biyaban - səhrad oldum dünyada,Yoxdu elim, nə məkanım, ay maral!

Sakini-Göyçəyəm, adımdı İman,Könlüm çox sınqındır, halım pərişan.Hər nə ki, sirrim var eylədim bəyan,Dedim sənə hər nişanım, ay maral!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri