Gözəl
Səhifə 5 / 6 · 67%
– Mənim etirazım yoxdur, məsələni qızın özü və ağsaqqallar həll etməlidir.
– Elə isə siz ağsaqqalları mənim yanıma çağırın. Qoy onlar bura gəlsinlər, mən onlarla danışaram, sonra qızı da çağırarsınız. Zənn edirəm ki, qızın razılığı vardır.
– Bilmirəm qıza evlənmək üçün bizim adətləri qəbul edə biləcəksinizmi?
– Qəbul edəcəyəm.
– Qəbul etsəniz belə, yerinə yetirə bilməyəcəksiniz. Hərgah siz bir kəndli və bir sadə rəiyyət olsa idiniz, bəlkə də adəti-şərtlərimizi yerinə yetirə bilərdiniz. Şərtlərimizdən birisi budur ki, xaricdən bura evlənmək və kəndin vətəndaşlığını qəbul etmək üçün gələn adam bizim müqəddəs mirasa belə bir and içməlidir:
“Mən and içirəm ki, nə qədər ömrüm və həyatım varsa, dünyada heç bir kəs nə əlimdən, nə dilimdən və nə də fikrimdən inciməyəcəkdir”.
Əcəba, padşah olan bir adam belə bir anda əmal edə bilərmi?
Atabəy heç də düşünmədən:
– Edə bilərəm. Mən öz nəslimi bu nəslə calamaq üçün hər bir çətinliyə qatlaşa bilərəm, – dedikdə Canpolad da:
– Nəslimiz Atabəyi razı sala biləcək bir nəsil deyildir. Bəlkə də siz bizim keçmişimizi öyrənərkən bizə nifrət bəsləyəcəksiniz.
– Əcəba, bu qədər nəcib və alicənab adamların nəslinə nifrət bəsləmək üçün kimə icazə verirlər? Danışın, məndən çəkinməyin, hər kəs nə dində olursa olsun, yenə də mənim rəiyyətimdir.
Canpolad qorxa-qorxa öz kəndinin və nəsillərinin keçmişi haqqında danışmağa başladı:
– Bilmirəm, bu kəndin şərqindəki dağla əlahəzrət məşğul olmuşdurmu? O dağa qədimdən “Çoban-Qaya” dağı deyirlər. Bu dağ suları, çəmənləri, otlaqları və bulaqları ilə məşhurdur. Bələqandan Qarabağa gedən karvanlar həmin bu dağdan aşıb getməlidir. Yaxın kəndlərin mal-qarası yayı başa-baş burada bəslənirlər. Vaxtilə bu dağlarda Qaya adlı bir çoban qoyun otararmış. Günlərin birində Qaya öz qoyunlarını suvarmaq üçün Nəsib çeşməsinin başına gətirdiyi zaman çeşmənin yaxınlığında bir ağlamaq səsi eşidir. O səs Qayanın fikrini məşğul edir, qoyunlarını buraxıb səs gələn tərəfi axtarır və o hiss edir ki, bu səs uşaq səsidir.
Qaya çoban bu cür hadisələrə tez-tez təsadüf edərmiş; çünki el köçdüyü zaman uşaqların köçdən düşüb qalması çox da təəccüblü iş deyildi. Qaya bir neçə saat gəzəndən sonra daşların arasında təmiz yorğana bürünmüş bir uşaq qoyulduğunu görür. Çoban uşağı götürürkən hər şeyi unudur, qoyunları çeşmənin başında buraxıb karvana yetişib uşağı vermək üçün tələsir. O, dağdan düşüb həmin bu kəndin yerində olan dörd evli binəyə gəlir, uşağı qadınına göstərir. Qadını uşağı yorğandan açıb baxdığı zaman, uşağın belinə bağlanmış qırmızı bir ipək dəsmal və dəsmalın içərisində bir qədər qızıl, bir çox da qiymətli daşlar olduğunu görürlər. Qaya bu qızılları və daş-qaşı gördüyü zaman uşağı karvana yetirmək fikrindən daşınır. Qızılları və qiymətli daşları, hətta dəsmalda olan yazılı bir kağızı haman ipək dəsmala bağlayıb balaca bir qutuda gizlədirlər.
Onlar bu sirri bir kimsəyə bildirməmək üçün kağızı da heç bir kəsə oxutmaq istəmirlər. Onlar uşağın adını Canpolad qoyub bəsləyirlər.
Uşaq on səkkiz yaşına çatdığı zaman öz Gözəl adında qızlarını da Canpolada verirlər.
İllər uzunu oğlanla qız qocalmış çobanı əvəz edib dağlarda qoyun otarırlar. Onların bir neçə uşaqları da olur. Qaya çobanın yaşadığı kiçik binə böyüməyə başlayıb bir kənd şəklinə düşür.
Qaya ölür. Canpolatla Gözəl, gözəl bir həyat düzəldib yaşamağa başlayırlar.
Günün birində axşamçağı Canpoladın qapısı vurulur. Canpolad qapını açdığı zaman beli bükülmüş və tükləri ağarmış bir qoca içəri girir. O:
– Qonaq istəyirsinizmi? – deyə soruşduqda Canpolad və Gözəl onu çox hörmətlə qəbul edirlər.
Qoca onların evində bir neçə vaxt yaşayır. Canpolat və gənc qadını qocanı öz ataları kimi sevməyə başlayırlar. Nəhayət, gecələrin birində qoca onların atasından, anasından danışır və atalarının öz sağlığında nə işlə məşğul olduğunu soruşur. Canpolad deyir ki, mənim atam Qaya adlı bir çoban imiş. O məni bəsləmiş və bu boya çatdırmışdır. Lakin həqiqi atam məlum deyil, Qaya çoban məni dağdan tapıb böyütmüşdür. Qadınım Gözəl də haman Qaya çobanın qızıdır.
Naməlum qoca bu söhbətdən sonra bir az düşünərək:
– Sən öz atanın kim olduğunu bilmək istəyirsənmi? – dedikdə, Canpolad diqqətlə qocanın üzünə baxır, “yəqin ki, qoca mənim atamdır” – deyə qəlbində bir həyəcan başlayır və qocaya sual verir:
– Söylə, qoca, sən mənim atammısan?
– Yox, mən sənin atan deyiləm, lakin atanın kim olduğunu bilirəm. Lakin çobandan sizə qalan mirası mənim yanıma gətirsən, atanın kim olduğunu sənə deyə bilərəm.
– O mirasdan xəbərim yoxdur.
– Axtarmaq lazımdır.
Naməlum qocanın bu sözündən sonra Canpolad hər yeri axtarır. Nəhayət, odunların altından bir qutu çıxarıb gətirir. Qoca qutunu açıb əvvəlcə kağızı Canpolada oxuyur və sonra da qiymətli şeyləri ona qaytarıb deyir ki, bunları yaxşı saxlayın. Bunlar gələcək üçün müqəddəs bir mirasdır.
Bu hadisədən sonra, qoca bir neçə ay orada qalıb Gözələ və Canpolada dərs verib yazı öyrədir və onların atasının yolunu və qoyduğu qanunları nə ki var onlara və uşaqlarına tanıdır. Qoca bu vəzifəni bitirəndən sonra Canpolad və qadını evdə olmadığı zaman birdən-birə yox olur. Hansı tərəfə getdiyi məlum olmur.
Canpolad bu hekayəni Atabəy Məhəmmədə danışandan sonra bir daha əlavə edir:
– Haman miras nəsildən-nəslə, atadan oğula keçə-keçə, nəhayət, mənim atamın əlinə çatıbdır. Hazırda sizin bəyəndiyiniz Gözəl qız haman çobanın qızı Gözəlin adını daşıyan qızdır. Hüzurunuzda oturan Canpolad isə haman Qaya çobanın dağdan tapdığı Canpoladın nəvəsidir.
Atabəy bu sözləri eşitdiyi zaman qocanın ona nağıl dediyini zənn etdi və onun dediklərinin doğru olub-olmadığını yoxlamaq üçün soruşdu:
– Hazırda haman müqəddəs dediyin miras haradadır?
– Bizim kəndimizdədir.
– Onları mənə göstərə bilərsinizmi?
– Mənim ixtiyarımda deyil.
– Kimin ixtiyarındadır?
– Kəndin ağsaqqallarının əlindədir. Çünki bu şeylər kənddə yaşayan xalqın babalarına məxsusdur. Onun üçün ağsaqqalların ixtiyarında olmalıdır.
– Gedib ağsaqqalları mənim yanıma çağır. Onlar haman mirası mənə göstərmək üçün gətirsinlər. Həm də onlar üçün qızınız Gözəlin məsələsini danışın. İndi ki, ixtiyar ağsaqqallardadır, qoy onlar bu məsələni də həll etsinlər.
Canpolad baş əyib getdi. Atabəy isə hər fikri buraxıb, ancaq bu məsələ ətrafında düşünürdü. O, Gəncə üstünə hücum etmək kimi qorxulu və çətin bir hadisəni tamamilə xatırından çıxarmışdı. O öz qəlbində bu hadisəni tarixi bir kəşfiyyat hesab edərək axıra qədər çalışmaq və yazılı kağızı oxumaq istəyirdi. Yarım saat keçəndən sonra Canpolad içəri girdi:
– Əlahəzrət, ağsaqqallar hüzurunuza gəlmişdir, – deyərkən Atabəy sevindi və:
– Qoy içəri buyursunlar, – dedi.
Atabəyin fikrincə, ağsaqqallar xariqüladə bir qiyafətə malik olan şəxsiyyətlər idi. Lakin bir azdan sonra adi kəndli paltarında dörd nəfər qoca içəri girdi və salam verib ayaq üstündə durdular. Atabəy onların salamlarını alıb oturmaları üçün yer göstərdi:
– Əyləşin, möhtərəm ağsaqqallar, – dedi. Qocalar oturdular, ipək bağlıya bükdükləri qutunu Atabəyin qarşısında yerə qoydular. Böyük ağsaqqal ipək bağlıdan qutunu çıxardığı zaman:
– Qutu, Qaya çobanın öz əli ilə qayırılmış qutudur, – dedi, əlini uzadıb qutunu açdı və qırmızı ipək dəsmalı oradan çıxartdı, oradakı qızılları, qiymətli daşları göstərdi, sonra dəri üstünə yazılmış məktubu Atabəyə verdi.
Atabəy yazılı dəri parçasını alıb üstündəkiləri oxudu:
“Ey bu körpəyə sahiblik edən insan! Xəlifə bu uşağın atasını və bütün nəslini məhv etdi. Hazırda qətl edilmək üçün xəlifənin adamları son qafiləni Bağdada sürməkdədir.
Böyük bir nəsli davam etdirmək üçün bu körpəni dağda buraxıb getdik. Canavarların əlindən qurtarmaq istədik. Şübhə yoxdur ki, körpə ya canavar ağzına düşəcək, yainki bir insan tərəfindən tapılıb bəslənəcəkdir. Uşağın yanında qoyulan qızıl və cavahirləri xərcləyib bu uşağı böyüdün. Bu körpə, Babəkin son yadigarı və son uşağıdır”.
Atabəy kağızı oxuyandan sonra qızıllara və qiymətli daşlara nəzər saldı. Sikkələrin xəlifə Məmun və xəlifə Mötəsimin vaxtında vurulan sikkələr olduğu məlum oldu.
Atabəy yazılı dərini, qızılları və qiymətli daşları ipək dəsmala qoyub ağsaqqala qaytarıb:
– Aparıb saxlayın, qiymətli və tarixi bir mirasdır, – dedi.
Ağsaqqal şeyləri qutuya qoyub qurtarandan sonra Atabəy əsil məqsədinə keçərək:
– Mən sizi ikinci bir məqsəd üçün bura çağırmışdım. O məqsəd, mənim bu nəcib və bu tarixi ailə ilə qohum olmaq məqsədimdən ibarətdir. Mən bu barədə qızın özü və atasilə danışmışam. Yerli adətlərə görə bu izdivacın icazəsi siz ağsaqqallardan asılıdır, – dedikdə, ağsaqqallardan biri ayağa qalxıb baş endirib danışdı:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-gozel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sərdar Rəşid Tehrana qaçmazdan iki saat əvvəl polkovnik Berezovskiyə belə bir məktub yazmışdı:Cənab polkovnik! Mən sizə göndərdiyim birinci məktubumda Təbrizdə çar hökuməti əleyhinə çalışan bir nəfər gizli təşkilat üzvü barəsində yazmışdım. Siz onu həbs etmiş olsaydınız, onun vasitəsilə gizli komitəni tamamilə həbs edə biləcəkdiniz. Nədənsə siz gizli komitə rəhbərlərinin birisi olan Əbülhəsənbəyə qarşı güzəştə getdiniz. Lakin mən güzəştə getməyəcəyəm. Əbülhəsənbəy haqqında Tehranda rus səfarətinə gedib şəxsən danışacağam. Əbülhəsənbəy Səttar xan vaxtından bəri Təbrizdə inqilab işində çalışır. İmperator hökuməti əleyhinə başlanan bütün nümayişləri o düzəldir. Rəfizadəni, Rzabalanı və bunlar kimi bir çoxlarını edam etdirən Əbülhəsənbəydir. Bütün konsulxanalarda onun adamı vardı. O, tacir deyil, onun əsas işi gizli cəmiyyətdə çalışmaqdır. Şeyx Əbdüləzəlin nümayəndəsi Rəhnümanın vəsiqələrini oğurlatdıran, şeyxin özünü ifşa etdirən, məqbərə və məscidləri bərbad qoyan və lazımi adamları oğurlatdıran həmin bu adamdır. Neçə ildən bəridir ki, mənim arvadım İftixarissoltanı oğurlatdırmışdır. İndiyə qədər biçarə qadının harada olduğu məlum deyil.
Alış-verişVəliəhd və onun köməkçisi Nizamülmülk Təbrizə gəldikləri gündən alış-verişə başlamışdılar. Onlar yavaş-yavaş Azərbaycan şəhərlərinin hökumətlərini müəyyən paraya satırdılar. Lakin bu alışverişə çar konsulu imkan vermirdi. Mahal hakimləri tamamilə çarın sadiq nökərləri olduğu üçün onları dəyişdirmək və yerlərinə başqa adamlar təyin etmək mümkün deyildi.Bu məsələ Təbrizə gələn təzə hökumət təşkilatı ilə çar konsulu arasında ixtilafın mərkəzini təşkil edirdi. Bu barədə heç bir tərəf birbirinə güzəştə gedə bilmirdi. Çar hökuməti öz nökərlərini itirmək istəmir, vəliəhd hökuməti isə öz qazancını buraxa bilmirdi, çünki mahallara qubernatorlar göndərmək təzə hökumətin gəlir mənbəyi hesab olunurdu. Onlar mahalların varlı və böyük olmasına görə, ora göndəriləcək qubernatorlardan da qabaqcadan böyük pullar alırdılar. Bu adət məşrutədən əvvəl olduğu kimi, indi də davam edirdi...
QorxuTəbrizdə işləyən çar agentləri və casusları qorxuya düşmüşdü. Onlardan bir çoxu, hətta konsulun özü də elə bilirdi ki, Təbrizdə işləyən gizli təşkilatın işləri intibahnamə buraxmaq, məscid və ziyarətgahlardakı xalqın arasında təbliğat aparmaq və sairədən ibarətdir. Çar konsulu Rzabala və Rəfizadə kimilərin edam olunduqları zaman o qədər də düşünməmişdi, onlar bu edamlarin bir təşkilat tərəfindən yox, tək-tək şəxsiyyətlər tərəfindən düzəldiyinə inanırdılar. Lakin sərdar Rəşidin ölmü, çar konsulunun Təbrizdə çalışan gizli təşkilat haqqındakı fikrini tamamilə dəyişdirdi. Doğrudan da, o, bu əsrarəngiz şəhərdə «qorxulu və nadinc? adamların yaşadığını yəqin etdi.Sərdar Rəşidin ölümündən iki gün sonra konsul bütün konsulxana işçilərinə, tanınmış çar təbəələrinə və öz sadiq agentlərinə silah paylamış və onlara ehtiyatla dolanmağı tapşırmışdı.
Mahrunun toyuO, sözlü adama bənzəyirdi, göz qapaqlarını qaldırıb üzümə baxır, yenə də nəzərlərini dizlərinə çevirib sakit dururdu.Onun qəlbini öz sözünü deməkdən də qabaq bilirdim. Mahru xanım sərdar Rəşid öldürüldükdən sonra artıq onun evində və onun adı altında yaşamaq istəmirdi, çünki sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra orada Mahru üçün heç bir şey qalmırdı. Varislər evdə qiymətli şeylər, daş-qaş və nəqd pul tapmadıqlarından Mahruya acıqlanaraq ona öz əyin paltarlarını belə vermək istəmirdilər. İndiyə qədər bütün Təbrizdə sərdar Rəşidin bacısı kimi şöhrət tapan Mahrunun varislik məsələsi aralığa gəlirkən, sərdar Rəşidin atası aldığı ikinci arvadının yanınca gətirdiyi yetim bir qız olduğunu hər kəs eşitdi.
Başqa şairlərin şeirləri
Vahəsrəta çərxi-fələk əlindənÇünki dost mehribanı görmədim
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
GetdiBir ah çəkdim, sinəm üstə dağ düşdü,Dilimin hər yana sədası getdi.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd