Səhifə 6 / 6 · 83%

– Hökmdar canımızın, malımızın sahibidir, lakin o bizim ata-baba adətlərimizə toxunmamalıdır. Bizim başqa yerdən qız almağa ixtiyarımız vardır. Başqasının da gəlib yerlimiz olmasına inandığımız zaman qız verə bilərik. Kəndimiz heç bir zaman Gözəlin buradan çıxarılmasına razı ola bilməz, bu mümkün deyil.

Atabəy Canpolada dediklərini təkrar edərək dedi:

– Mən Gözəlin canına and içmişəm, o andı heç vaxt sındırmayacağam. Mən Gözəli bu kənddən heç bir tərəfə aparmayacağam. Bu barədə ona söz verirəm. Kəbin kağızında da bunu qeyd edə bilərsiniz.

Ağsaqqal gülümsəyərək Atabəyə cavab verdi:

– Atabəy bilməlidir ki, bizdə kəbin qanunu yoxdur. Evlənənlərdən qız bu müqəddəs mirasa, kişi isə qızın canına and içməlidir. Verilən andı sındırmaq isə boşanıb və boşamaq deməkdir. Hərgah bu şərtlər qızın və oğlanın tərəfindən qəbul olunubdursa, ağsaqqalların etirazı yoxdur. İndi qızın bura çağırılması və atasının razılıq verməsi lazımdır.

Canpolad razılıq verdi, qızın dalınca adam göndərildi. İyirmi dəqiqədən sonra başından ayağına qədər ağ ipəklərə bürünmüş bir qız başını əyib qapıdan otağa daxil oldu və təzim edib otağın bir tərəfində dayandı.

Ağsaqqal Gözələ müraciət edərək:

– Sən bu başqa yerlinin Canpolad kəndinin vətəndaşı olmasına razısanmı? – dedikdə Gözəl başını qaldırıb cavab verdi:

– Elin adətinin mühafizə edilməsi şərtilə razıyam.

Ağsaqqal Atabəyə müraciət edərək dedi:

– Əlahəzrət Atabəy zəhmət çəkib qızın yanında durmalıdır.

Atabəy qalxıb Gözəlin yanında durdu, ağsaqqalın verdiyi təlim üzrə and içdi:

– Yerli adətə xəyanət etməyəcəyəm. Gözələ verdiyim vədələrə vəfa edəcəyəm. Bunun üçün də Gözəlin canına and içirəm!

Atabəy bu andı verəndən sonra Gözəl də tarixi miras saxlanan qutunun yanına gələrək yerə oturdu və:

– Ərim mənə verdiyi andı sındırmayınca ondan üz çevirməmək və ona xəyanət etməmək üçün bu böyük mirasa and içirəm! – dedi və yenə də qalxıb geri çəkildi, Atabəyin yanında durub ağsaqqalın cavabını gözlədi. Ağsaqqal tarixi miras saxlanan qutudan bir kitab çıxarıb bir səhifəyə qızın, başqa bir səhifəyə də Atabəyin verdikləri andı yazaraq dedi:

– İzdivacınızın tarixini bu səhifələrə yazdım. Çalışın ki, bu tarixin altından boşanmağınızın tarixi yazılmasın.

Gözəl:

– Andımı sındırmamağa söz verirəm! – dedikdə, Atabəy də bunu təkrar etdi. Ağsaqqalların dördü də birdən:

– Mübarək olsun! – deyərkən Gözəl əlini Atabəyin əlinə uzatdı. Atabəy onun əlini əlinə alıb durdu. Nə olacağından xəbəri yox idi. Yalnız Gözəl dodaqlarını onun dodaqlarına uzadıb öpəndən sonra, elin belə bir adəti də olduğunu anladı.

Ağsaqqallar qalxıb getmək istərkən Atabəy katibi çağırıb hər birisinə yüz qızıl verməsini əmr etdi. Ağsaqqallar isə bu mükafata qarşı təşəkkür edərək:

– Əlahəzrətin ömrü uzun olsun, lakin bizdə pul almaq adətləri yoxdur, – dedilər.

Atabəy katibinə toy hazırlığı görmək üçün əmr verdiyi zaman Canpolad da:

– Əlahəzrət, hər şey burada qurtardı, bizdə toy adəti yoxdur, – deyə otaqdan çıxdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sərdar Rəşid Təbrizi satdı

Sərdar Rəşid Tehrana qaçmazdan iki saat əvvəl polkovnik Berezovskiyə belə bir məktub yazmışdı:Cənab polkovnik! Mən sizə göndərdiyim birinci məktubumda Təbrizdə çar hökuməti əleyhinə çalışan bir nəfər gizli təşkilat üzvü barəsində yazmışdım. Siz onu həbs etmiş olsaydınız, onun vasitəsilə gizli komitəni tamamilə həbs edə biləcəkdiniz. Nədənsə siz gizli komitə rəhbərlərinin birisi olan Əbülhəsənbəyə qarşı güzəştə getdiniz. Lakin mən güzəştə getməyəcəyəm. Əbülhəsənbəy haqqında Tehranda rus səfarətinə gedib şəxsən danışacağam. Əbülhəsənbəy Səttar xan vaxtından bəri Təbrizdə inqilab işində çalışır. İmperator hökuməti əleyhinə başlanan bütün nümayişləri o düzəldir. Rəfizadəni, Rzabalanı və bunlar kimi bir çoxlarını edam etdirən Əbülhəsənbəydir. Bütün konsulxanalarda onun adamı vardı. O, tacir deyil, onun əsas işi gizli cəmiyyətdə çalışmaqdır. Şeyx Əbdüləzəlin nümayəndəsi Rəhnümanın vəsiqələrini oğurlatdıran, şeyxin özünü ifşa etdirən, məqbərə və məscidləri bərbad qoyan və lazımi adamları oğurlatdıran həmin bu adamdır. Neçə ildən bəridir ki, mənim arvadım İftixarissoltanı oğurlatdırmışdır. İndiyə qədər biçarə qadının harada olduğu məlum deyil.

9 dəq
Alış-veriş

Vəliəhd və onun köməkçisi Nizamülmülk Təbrizə gəldikləri gündən alış-verişə başlamışdılar. Onlar yavaş-yavaş Azərbaycan şəhərlərinin hökumətlərini müəyyən paraya satırdılar. Lakin bu alışverişə çar konsulu imkan vermirdi. Mahal hakimləri tamamilə çarın sadiq nökərləri olduğu üçün onları dəyişdirmək və yerlərinə başqa adamlar təyin etmək mümkün deyildi.Bu məsələ Təbrizə gələn təzə hökumət təşkilatı ilə çar konsulu arasında ixtilafın mərkəzini təşkil edirdi. Bu barədə heç bir tərəf birbirinə güzəştə gedə bilmirdi. Çar hökuməti öz nökərlərini itirmək istəmir, vəliəhd hökuməti isə öz qazancını buraxa bilmirdi, çünki mahallara qubernatorlar göndərmək təzə hökumətin gəlir mənbəyi hesab olunurdu. Onlar mahalların varlı və böyük olmasına görə, ora göndəriləcək qubernatorlardan da qabaqcadan böyük pullar alırdılar. Bu adət məşrutədən əvvəl olduğu kimi, indi də davam edirdi...

19 dəq
Qorxu

Təbrizdə işləyən çar agentləri və casusları qorxuya düşmüşdü. Onlardan bir çoxu, hətta konsulun özü də elə bilirdi ki, Təbrizdə işləyən gizli təşkilatın işləri intibahnamə buraxmaq, məscid və ziyarətgahlardakı xalqın arasında təbliğat aparmaq və sairədən ibarətdir. Çar konsulu Rzabala və Rəfizadə kimilərin edam olunduqları zaman o qədər də düşünməmişdi, onlar bu edamlarin bir təşkilat tərəfindən yox, tək-tək şəxsiyyətlər tərəfindən düzəldiyinə inanırdılar. Lakin sərdar Rəşidin ölmü, çar konsulunun Təbrizdə çalışan gizli təşkilat haqqındakı fikrini tamamilə dəyişdirdi. Doğrudan da, o, bu əsrarəngiz şəhərdə «qorxulu və nadinc? adamların yaşadığını yəqin etdi.Sərdar Rəşidin ölümündən iki gün sonra konsul bütün konsulxana işçilərinə, tanınmış çar təbəələrinə və öz sadiq agentlərinə silah paylamış və onlara ehtiyatla dolanmağı tapşırmışdı.

4 dəq
Mahrunun toyu

O, sözlü adama bənzəyirdi, göz qapaqlarını qaldırıb üzümə baxır, yenə də nəzərlərini dizlərinə çevirib sakit dururdu.Onun qəlbini öz sözünü deməkdən də qabaq bilirdim. Mahru xanım sərdar Rəşid öldürüldükdən sonra artıq onun evində və onun adı altında yaşamaq istəmirdi, çünki sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra orada Mahru üçün heç bir şey qalmırdı. Varislər evdə qiymətli şeylər, daş-qaş və nəqd pul tapmadıqlarından Mahruya acıqlanaraq ona öz əyin paltarlarını belə vermək istəmirdilər. İndiyə qədər bütün Təbrizdə sərdar Rəşidin bacısı kimi şöhrət tapan Mahrunun varislik məsələsi aralığa gəlirkən, sərdar Rəşidin atası aldığı ikinci arvadının yanınca gətirdiyi yetim bir qız olduğunu hər kəs eşitdi.

13 dəq

Başqa şairlərin şeirləri