Şahmat
Axşam idi. Sərin və lətif ruzigar yay fəzasının çöhrəsinə düşən ləkələri silib təmizləyirdi. Ucan və Savalan dağlarından qopub gələn küləklər Qızıl Arslanın sarayının bağçasına yayıldıqca yasəmənləri təzə yuxudan qalxmış gəlinin saçları kimi dağıdırdı.
Qoca bağban yayın istisindən qorunmaq üçün yarpaqların çətiri altına girib yatan güllərin çöhrəsinə su çiləyirdi.
Ruzigardan və sudan təzə həyat alan qönçələr pərdəsini ataraq yenə bir həyata atılmağa hazırlanırdı.
Küsmüş qızlar kimi kirpiklərini bir-biri üzərinə tökən nərgiz gülü və şəhla gözlərini açıb qızıl gülün çöhrəsindəki qırmızılığa baxırdı.
Yetim qızlar kimi bir guşədə unudulub qalan bənövşə boynunu çiyninə qoyub yarpağın yaşıl xalçası üzərində oturmuşdu.
Hovuzun kənarında at qətifələrə bürünüb duran ördəklər günəşin Sərdrüd təpələrinin dalında gizləndiyini görərək axşam nəğməsinə başlamışdı.
Atabəy Məhəmmədlə Qızıl Arslan otaqdan çıxıb eyvanda qoyulmuş kürsülərin ətrafında dolanır və danışırdılar. Atabəy Qarabağ xəttilə Gəncəyə girmək üçün göndərilən ordunun vəziyyətindən xəbərdar deyildi.
Mərənd xəttilə Naxçıvanı işğal etmək istəyən İbn-İddarın dəstəsindən də ümidverici xəbərlər alınmamışdı. Onları Seyid Əlaəddinin atlıları döyüb Ziyaülmülk körpüsü vasitəsilə Araz çayının cənubi-qərb sahilinə sıxışdırmışdı.
Atabəyin bütün ümidi, Hüsaməddinin riyasəti altında gedən orduya idi. Çünki Atabəy Hüsaməddinin şimali azərbaycanlılarla tanış olduğuna və sınanmış bir sərkərdə sayıldığına inanırdı.
Atabəy Məhəmməd Hüsaməddinin qələbə qazanıb-qazanmadığına fal vurmaq üçün şahmat taxtasına yanaşıb Qızıl Arslana:
– Gəl otur bir əl şahmat oynayaq, – dedikdə, Qızıl Arslan oturdu. Heç bir söz demədən şahmat cəbhəsini bölüşdürməyə başladılar, piyadalar, atlılar və şahlar iki tərəfə ayrıldı. Atabəy oyuna başlar-başlamaz, atları irəli sürməyə çalışırdı, Qızıl Arslan Atabəyin nə etmək istədiyini bilir və onun irəli sürdüyü atlının Hüsaməddinlə bərabər Gəncə üzərinə gedən atlı ordudan ibarət olduğunu anlayırdı.
Qızıl Arslan düşünə-düşünə oynayırdı. O qarşı-qarşıya duran atlıları müqayisə edirdi. O, Fəxrəddinin Hüsaməddinə qələbə çala biləcəyinə heç də şübhə etmirdi. Buna görə də Fəxrəddin deyə fal vurduğu atı irəli sürürdü.
Oyun çox da uzun çəkmədi. Hökmdarın əmri ilə irəli yürüyən atlı, artıq şahmat taxtasının üzərində görünmürdü.
Şah, mat olunca, Atabəy bir ah çəkib şahmat taxtasının yanından qalxdı, yenə də Qızıl Arslanla eyvanı dolaşmağa başladı.
Qızıl Arslan qəlbində müvəffəq olduğu faldan sevindirdi.
Qızıl Arslan azərbaycanlıların məğlubiyyətini Eldəniz xanədanının məğlubiyyəti kimi hesab edirdi. Qızıl Arslan Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyat və sənətinin bütün Yaxın Şərq ölkələrinə işıq sala biləcəyinə inanırdı.
Xidmətçi daxil olub baş endirdi və Atabəyə müraciətlə:
– Həşəmətli Hüsaməddin gəlib hüzura yetişmək arzusundadır, – dedikdə, Atabəy diksindi, şahmatda uduzduğu atlının gəlməsindən şübhələndi və istər-istəməz:
– Qoy gəlsin, – dedi.
Hüsaməddin eyvana daxil olub, baş endirib dayandı. Qızıl Arslan və Atabəy Məhəmməd onun üzünə baxan kimi qalib çıxmış sərkərdəyə bənzəmədiyini dərhal hiss etdilər. Atabəy Məhəmməd ona sual verdi:
– Ordunun vəziyyəti necədir? Ordumuz hara qədər irəliləməşdir?
Hüsaməddin çox təxirlə cavab verdi, çünki o, vəziyyəti olduğu kimi Atabəyə danışmaqdan qorxurdu. Atabəy cavab gözləyirdi, nəhayət, Hüsaməddin başını yuxarı qaldırıb cavab verdi:
– Əlahəzrətin tapşırıqları yerinə yetirilmişdir. Biz Araz çayını keçən kimi Bacərəvan altına qədər yol üzərində və yoldan kənarda nə qədər kənd varsa hamısını yandırdıq. Bütün kəndlər, bütün tarlalar və əkinlər at dırnağında tapdalanıb tələf oldu. Xudafərindən, Əlibəyli və Əbubəkr kəndlərinə qədər yaşıllıqdan bir əsər də yoxdur. Lakin körpüdən Bacərəvan altına qədər heç bir kəs rastımıza çıxmadı, əhali kəndləri və yurdları boşaldıb köçmüşdü.
Hüsaməddin sözünü burada saxladı. Atabəy isə tələsik və həyacanlı bir sual da verdi:
– Sonra?!
– Nəhayət, Əbubəkr kəndi ilə Əlibəyli kəndləri arasında olan düzəngahda düşmənin təxminən üç min atlıdan ibarət bir dəstəsinə rast gəldik, onlar bizə heç gözləmədiyimiz tərəfdən hücum etdilər.
– Sonra necə oldu?
– Sonra da gün çıxandan başlayıb gecənin qaranlığına qədər qılınc davası davam etdi. Hər iki tərəf böyük tələfat verdi.
Atabəyin səbri tükəndi və bədəni titrəyə-titrəyə soruşdu:
– Qərargah kimin əlində qaldı?!
– Qərargahda insan meyitlərindən başqa nə var idi ki?! Bir də burasını nəzərə almaq lazımdır ki, bu qədər az bir qüvvətlə irəli hərəkət etmək mümkün ola bilməzdi. Buna görə də dəyərli bir qüvvə aparmaq üçün əlahəzrətin hüzuruna gəldim.
Atabəy acıqlandı:
– De görüm hazırda sənin ordun haradadır?!
– Müharibə edə-edə çəkildik. Başqa cür ola bilməzdi. Hazırda ordudan salamat qalanlarla yüngül yaralıların Araz çayının cənub sahilindədir.
– Demək ki, aranlılar sizi Araz çayına qədər döyə-döyə qaçırıbdır?
– Bəli, vuruşa-vuruşa çəkilmişik.
Atabəy öz-özünə?
– “Bəli, vuruşa-vuruşa çəkilmişik” – dedikdən sonra Hüsaməddinə tərəf dönüb qışqırdı:
– Rədd ol gözümdən, get əmrimi gözlə! – dedi.
Hüsaməddin təzim edib dalı-dalı çəkildi, pilləkənlərdən düşüb getdi. Atabəyin “rədd ol!” – deyə qışqırması Qətibənin tapşırdığı gizli vəzifəni ona xatırlatdı. İndi o, Atabəy Məhəmmədə qarşı yalançı bir sui-qəsd deyil, həqiqi bir sui-qəsd hazırlamaq qərarına gəldi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-sahmat
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.
Qarət başlandıTəbriz əhalisi, təzə gələn qonaqların nə cür hərəkət edəcəyini bilmirdi. Bir neçə gün onları öyrənmək və sonra da bazar-dükanı açıb ticarətə başlamaq istəyirdilər. Karvansaralar, hücrələr boşaldı!. mışdı, şeyləri evlərə və toxunulmaz yerlərə daşımışdılar. Bütür ticarət yerləri və sərraf dükanları bağlı idi, yalnız çörək bişirən ve ət satanlar açıq idi ki, bunlar da əhalinin ehtiyacı üçün çalışırdılar, çünki təzə qonaqlar birinci gündən özlərini göstərməyə başladılar, şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər, bun: görə də şəhər xalqı öz malını gizlətməyə qərar verdi.Mən evə çəkilməmişdim. Məşədi Kazım ağanın hücrəsinde otururdum. Məşədi Kazım ağa hücrəni açmaq istəməsə belə mən onu məcburən açdırırdım, çünki bizim əhali ilə bərabər təzə gələnləri baykot etməyimiz yaxşı düşməzdi. Lakin hücrə sahibsiz deyildi. hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. Yerli inqilab komitəsinin birinci, ikinci gündə verilən göstərişləri Məşədi Kazım ağanın hücrəsindən verilirdi. Hacı Mirzağa Büllurinin məni Helmi bəyin yanına çağıracağı və məni orada həbs etdirmək istəyəcəyi bəlli idi. O, Təbrizdə istədiyi adamları tutdurur və cərimə etdirirdi. Onlar birinci gün Təbriz xalqının özlərinə hüsnrəğbət bəsləmədiyini gördükdə, Hacı Mirzağa Bülluri bunu də bizim onlara qarşı tutduğumuz düşmənanə vəziyyətlə əlaqədar bilirdi. Buna görə də o, Helmi və İbrahim Fovzi bəyə müraciətlə, Təbrizdəki gizlin qüvvələr tərk-silah olunmadan və onların rəhbərləri həbsə alınmadan Təbrizdə səfərbərlik etmək və xalqı intizam altına almağın mümkün olmayacağını söyləmişdi.
Miss HannaMiss Hanna məni qarşıladı, mən əlimi ona uzadarkən, o, xidmətçi qadının orada olduğuna baxmayaraq, boynuma sarıldı və dodaqlarını mənə uzatdı.Üçümüz də birlikdə içəri girdik, mən miss Hannanın birinci sözünü gözləyirdim. O, boğazı tutula-tutula:
Üz-üzəİnqilab komitəsi mənim sərdar Rəşidin dəvət etdiyi ziyafətə getməməyimi qərara almışdı, çünki bu ziyafətin nə kimi bir məqsəd daşıdığı bizə aydın idi, onlar məni tutacaq və edam etdirəcək idi. Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. Lakin buna baxmayaraq, hələlik ziyafətə gedib-getməyəcəyim haqqında qəti bir söz deməmişdim. Ziyafətə getmək vaxtına bir neçə saat qalmışdı, oturub düşünürdüm. Telefonun zəngi sükutu pozdu. Tütünçüoğlu trubkanı götürüb qulaq asdı və sərdar Rəşidin məni telefona çağırdığını xəbər verdi.Dəstəyi aldım, salam verdim, o da mənim kefimi xəbər aldı, mən də həmin kəlmələri təkrar etdim, nəhayət, o:
Başqa şairlərin şeirləri
Bir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Ey həkimEşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
TövbənaməEy xuda sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eləyib ağlaram mən.