Səhifə 1 / 3

Təbriz əhalisi, təzə gələn qonaqların nə cür hərəkət edəcəyini bilmirdi. Bir neçə gün onları öyrənmək və sonra da bazar-dükanı açıb ticarətə başlamaq istəyirdilər. Karvansaralar, hücrələr boşaldı!. mışdı, şeyləri evlərə və toxunulmaz yerlərə daşımışdılar. Bütür ticarət yerləri və sərraf dükanları bağlı idi, yalnız çörək bişirən ve ət satanlar açıq idi ki, bunlar da əhalinin ehtiyacı üçün çalışırdılar, çünki təzə qonaqlar birinci gündən özlərini göstərməyə başladılar, şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər, bun: görə də şəhər xalqı öz malını gizlətməyə qərar verdi.

Mən evə çəkilməmişdim. Məşədi Kazım ağanın hücrəsinde otururdum. Məşədi Kazım ağa hücrəni açmaq istəməsə belə mən onu məcburən açdırırdım, çünki bizim əhali ilə bərabər təzə gələnləri baykot etməyimiz yaxşı düşməzdi. Lakin hücrə sahibsiz deyildi. hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. Yerli inqilab komitəsinin birinci, ikinci gündə verilən göstərişləri Məşədi Kazım ağanın hücrəsindən verilirdi. Hacı Mirzağa Büllurinin məni Helmi bəyin yanına çağıracağı və məni orada həbs etdirmək istəyəcəyi bəlli idi. O, Təbrizdə istədiyi adamları tutdurur və cərimə etdirirdi. Onlar birinci gün Təbriz xalqının özlərinə hüsnrəğbət bəsləmədiyini gördükdə, Hacı Mirzağa Bülluri bunu də bizim onlara qarşı tutduğumuz düşmənanə vəziyyətlə əlaqədar bilirdi. Buna görə də o, Helmi və İbrahim Fovzi bəyə müraciətlə, Təbrizdəki gizlin qüvvələr tərk-silah olunmadan və onların rəhbərləri həbsə alınmadan Təbrizdə səfərbərlik etmək və xalqı intizam altına almağın mümkün olmayacağını söyləmişdi.

Səhər saat 11 idi, adətimiz üzrə çayı içib Məşədi Kazım ağa ilə bərabər hücrəyə getməyə hazırlaşırdıq. Qapını döydülər, qapının yanında duran mühafizəçi dörd nəfər ckürdəpün gəldiyini xəbər verdi, onlar həyətə girdilər. Məşədi Kazım ağa bunları gördükdə:

– Bunların üçü, doğrudan da, kürddür, dördüncüsü Camdaroğlu Rəcəbdir. Hacı Mirzağa Büllurinin köhnə hücrə şagirdidir, – dedikdə. mən bunların Hacı Mirzağa Büllurinin əmri ilə gəldiklərini yəqin etdim.

Onlar həyətə girən kimi tövləni soruşdular. Hüseynəli əmi qorxa-qorxa tövləni nişan verdi, onlar heç kəsə müraciət etmədən tövləni açıb fayton atlarını eşiyə çəkdilər, öz aralarında atları təriflədilər və sonra çəkib aparmaq istədikdə, Məşədi Kazım ağanın faytonçusu atların cilovunu onların əlindən almaq istədi, onlar qamçını çəkib faytonçunu vurmaq istərkən həyətdəki mühafizəçilər tökülüb atları onların əlindən aldılar.

Kürdlər məsələnin ciddi şəkil aldığını gördükdə əllərini silaha atdılar. Mən bu vəziyyəti görürkən kürdləri tərk-silah etdirib həyətdən dışarı qovdurdum. İşin böyüməsi şübhəsiz idi, bunu nə Helmi bəy, nə də Hacı Mirzağa Bülluri bizə bağışlamayacaqdı, onlar silahları almaq və bizi həbsə aldırmaq üçün qüvvə göndərəcəkdi.

Məşədi Kazım ağa özünü itirmişdi, onun bu həyəcanı Ninanı və özünün ailəsini də qorxudurdu, onun gəlinləri Sənubər və Töhfə xanımlar da Ninanın ətrafına toplanıb ağlayır və titrəyirdilər.

Bir kərə Məşədi Kazım ağaya qışqırıb:

– Özünü ələ al! – dedikdə o özünü yığışdırdı. Otağa girdim. Onlar məndən həyəcanlarını gizlətdilər, mən əvvəlcə Ninaya nəsihət verdim: – Biz bundan da çətin günlər görmüşük, yenə də özümüzü itirməmişik.

Nina titrək bir səslə cavab verdi:

– O zaman düşməni şəhərə buraxmamışdıq, indi isə düşmən şəhərin içərisindədir. O bizimlə öz bildiyi kimi rəftar edəcəkdir.

– Biz də onlarla öz bildiyimiz kimi rəftar edəcəyik, qorxmaq lazım deyil! – Sonra da Məşədi Kazım ağanı içəri çağırıb qəlbini ələ almaq istədim və xidmətçiyə: – Məşədi üçün bir qəlyan gətirin! dedim. Onun qismən kefi açıldı. Oturub qəlyan çəkməyə başladı, özüm də bir stəkan çay içdim. Lakin Ninanın həyəcanı artırdı. O mənə müraciətlə:

– Qoyun hər nə istəyirlər aparsınlar. İki at nədir ki, onun üçün ixtilaf çıxardınız, – dedi. – Rica edirəm ixtilaf çıxarma, onlar səni məhv edərlər.

– Nina, məsələ iki at məsələsi deyildir, at ixtilaf çıxarmaq üçün onların əlində bəhanədir, o böyük bir ixtilafın zəminəsidir.

Qapı vuruldu, həyətdə ixtilaf çıxarmamaq və ailəni qorxutmamaq üçün məsələni küçədə həll etmək istədim, buna görə də özüm durub qapıya getdim.

Qapını döyən bir nəfər türk zabiti, beş nəfər əsgər, iki nəfər də tərk-silah etdiyimiz kürd idi.

Mən qapını açan kimi kürd məni zabitə göstərib:

– Budur, - dedi. Zabit məni ayağımdan başıma qədər yoxlayandan sonra çox acıqlı:

– Oğlan, karata hərif, əcəmliyini göstərdinmi? Sənmi məhəmmədcikləril tərk-silah etmək cəsarətində bulundun?

O məndən cavab gözləyirdi, mən heç də tərəddüd etmədən:

– Karata hərif dediyin söz öz adınız və familiyanızdır, məhəmmədcikləri tərk-silah etmək məsələsinə gəldikdə, biz danışarıq, dörd nəfər ədəbsizi, qarətçini tərk-silah etmişik.

Zabit mənim ona bir «əcəmə kimi yox, öz hüququnu müdafiəyə qalxan bir insan kimi cavab verdiyimi görüncə:

– Oğlan, evində konsulxanada çalışan gavuru saxladığın yetmədimi, xəlifə ordusu nəfərlərinə də təcavüz etdin?l – dedikdən sonra yanındakılara qışqırdı: – Haydı, alın bu hərifi! Tez! O gavur qızını da Ərkan paşanın yanına götürün!

İki nəfər əsgər mənim qollarımdan tutmaq istədikdə üç nəfər də içəri soxulub Ninanı çəkib aparmaq üçün həyətə girdi. Bu vaxt bizimkilər onları tamamilə mühasirəyə alıb tərk-silah etdi, mən zabitin qılınc və tapançasını özünə qaytarıb dedim:

– Get, bir də belə ədəbsizlik etmə! Siz Təbrizə nicat vermək üçün gəldiyinizi söyləmişdiniz, sözünüzün üstündə də durun, get bunu Ərkan paşaya və sizi bura göndərənlərə də xəbər ver!

Zabit heç bir söz demədi, ancaq bir əsgər kimi hərbi vəziyyət aldı və ayaqlarını qoşalaşdıraraq dönüb getdi.

Evin ətrafında və küçələrdə lazımi qədər silahlı adamlarımız gəzirdi, evə bir hadisə üz verməyəcəyindən əmin idim, çünki Mirzağa və Helmi bəy artıq bizim sərəncamımızda kifayət qədər silahlı qüvvə olduğunu bilmişdi, mən faytonçuya müraciətlə:

– Faytonu qoş! – dedim, – hücrəyə getməliyik, evdə qalmağın heç də lüzumu yoxdur.

– Bəs evdəkilər? – deyə Məşədi Kazım ağa soruşdu. – Bəlkə, onlar qoşun gətirib evi basmağa gəldilər?

– Onlar bunu bacarmaz. Bizim silahlı qüvvəmiz müntəzəmdir, mütəşəkkildir, dəstəmizdə Təbriz inqilabında imtahan vermiş adamlar çoxdur. Xalq da bizim arxamızdadır. Biz Helmi bəy və İbrahim Fovzinin özlərinə hiss etdirmədən, onların yaşadığı binaları və ərkan-hərbin yerləşdiyi otaqları, habelə qoşunun yerləşdiyi yerləri mühasirəyə almışıq, hərgah on nəfərdən artıq adam şəhərə çıxmaq istəsə, dərhal bizim adamlar tərəfindən tərk-silah olunacaqdır. Sən qorxma, hərgah biz istəsək bu günün özündə onları döyüb şəhərdən çıxara bilərik.

Məşədi Kazım ağa cürətləndi, faytona oturub hücrəyə gəldik. Bizim evdə baş verən hadisədən sonra hər kəs qaçıb evinə soxulmuşdu, küçələrdə çox az adam görünürdü.

Hücrəni açıb oturduq, bir nəfər də olsa qapını açıb içəri girmədi, ancaq Quluzadə gəlib sərdar Rəşidin ərkan-hərbə və Helmi bəyin mənzilinə getdiyini, Mirzağa və Kəblə Hüseyn Fişəngçinin də faytonla ora gəldiklərini və sərdar Rəşidin qapısındakıların bizim həyətdə baş vermiş hadisələr haqqında söhbət etdiklərini xəbər verdi.

Saat 4-də faytonçu gəlib bizi evə aparmaq istədikdə Məşədi Kazim tələsik ona sual verdi:

– Gədə, evə gələn olmadı ki?

– Xeyr, heç kəs gəlmədi, o gedən qardaşlardır ki, getdilər.

Biz hələ faytona oturmamışdıq, bir nəfər uşaq mənə yanaşaraq bir məktub uzatdı. Mən məktuba baxmadan məktub gətirən uşağa diqqətlə baxdım, onu tanıdım, o, vaxtı ilə amerikalı miss Hannanın yanında xidmət edən təbrizli uşaq idi.

Bundan sonra məktubun üstünü oxudum, xətt miss Hannanın xətti idi.

«Mənim dostum, öz evimdəyəm, axşam saat doqquzda yolunu gözləyəcəyəm.

Miss Hannaə.

Amerikalı qızın məktubunu cibimə qoyub faytona oturdum. €O nə üçün Təbrizə gəlmişdir? – deyə öz-özümə sual verdim. – Əcəba rusların həmişəlik olaraq Təbrizdən getdiklərinimi hiss edərək, bu qarğaşalı şəhərə qayıtdı?1 Bəlkə də, onu almanlar yenə də öz əski casusluq vəzifəsinə qaytarmışdır? Yaxud o, fürsətdən istifadə edərək Təbrizdə buraxdığı şeylərini aparmağa gəlib?)

Mən öz-özümə bu sualları verdikdən sonra xəyalıma belə bir cava» gəldi: «Bəlkə də, qız Kürdüstanda, Anadoluda yaşaya bilməmiş və mənim dostluğuma istinad edərək Təbrizə qayıtmaq istəmişdimə. Evə gəldik, hər kəs yaslı adam kimi bir tərəfdə qısılıb oturmuşdu, cınqırını çəkən yox idi, Nina da bir tərəfdə başını əlləri arasına alıb oturmuşdu. Ən qabaqca Məşədi Kazım ağa danışdı. O bizim böyük bir qüvvətə malik olduğumuzu bildikdən sonra qəhrəmanlaşmışdı. O, Ninanın yanına gəlib onun saçlarını sığallayaraq dedi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Gizlin sirlər

Helmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.

10 dəq
İntihar ərəfəsində

Birdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:

9 dəq
Çar konsulu gəlir

Çar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır.Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.

19 dəq
Friksonun evində

Gecə saat 11-də şiddətli qar yağırdı. Küçələrdən camaat evlərinə çəkildiyi vaxt mən də Həsənağa və Tütünçüoğlunu götürüb Amerika konsulxanasına yola düşdüm. Qapını vurduq, sanki qapının dalısında adam durub bizi gözləyirmiş, bir saniyə içində qapını açıb bizi içəriyə buraxdılar. Qışın soyuğuna baxmayaraq, Frikson başı açıq balkonda gəzir və bizim intizarımızı çəkirdi.Biz balkona çıxdıq, balkonda Həsənağa və Tütünçüoğluna muraciətlə:

9 dəq

Başqa şairlərin şeirləri