Çar konsulu Təbrizi tərk edir
Səhifə 1 / 2
Hacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.
Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.
Təbrizdə buraxılan şayiələr çar konsulunun Təbrizi lazımi qədər boşaltmasına imkan vermirdi. Şayiələrə görə Marağadan hücum edən dəstələrdən birisi Sofyan kəndini kəsmək və Təbrizdən qaçanlara imkan verməmək üçün əmr almış idi, buna görə də çar konsulu lazımi vəsiqələri Rusiyaya köçürmək cəsarətini göstərə bilməmişdi, vəsiqələr Mirzə Fətulla xan və sairələrinin evində gizlədilirdi.
Təbrizdə min nəfərə qədər rus qoşunu var idi. Lakin çar konsulu buna inana bilmirdi, çünki 11-ci ilin məhərrəm ayındakı yerli üsyan onun gözünü qorxutmuşdu.
Biz xalqı bacardıqca qandırmışdıq, xalqın Savucbulaqdan gələn başıpozuq dəstələrə qoşulmaması üçün lazımi hazırlıqlar aparmışdıq. Hətta pul ilə ələ aldığımız mollalar vasitəsilə də izahat kampaniyası aparmışdıq. Lakin bunlara baxmayaraq, bir çox avamlar, mollaqulaqlar da Mirzağa Bülluri və Hüseyn Fişəngçinin təbliğatçılarına qoşulub: «Xəlifə ordusu gəlir, islama nicat verməyə, Təbrizi kafirlərin əlindən qurtarmağa gəlirlərə deyə qara fikirləri və iğtişaş arzularını meydana atırdılar. Kiçik hadisələri böyütməklə qarət yaradan ünsürlər də işə başlamışdı.
General-konsul özünə dost hesab etdiyi bir çox iranlılarla bərabər, məni də gecə saat birdə yanına çağırdı.
– Sizə də, Nina xanıma da köçüb getməyi məsləhət görürəm. Təbrizə gələn müntəzəm qoşun deyildir. Onlar başıpozuqlardır, ola bilər ki, çar hökumətinə hüsn-rəğbət bəsləyən sizin kimi dinc adamları da qarət etsinlər, buna görə də köçməyiniz lazımdır, – dedikdə mən:
– Cənab generalın qeydimizə qaldığına qarşı təşəkkür edirəm. Hər halda Ninanın köçüb getməsi lazımdır, – dedim, – mənə gəldikdə burada qalmağı və xalqı başa salıb bəzi uyğunsuz hərəkətlərdən daşındırmağı lazım bilirəm, çünki buradan köçmək hamıya mümkün olmayacaqdır, burada bəzi müdafiə tədbirləri görmək de lazımdır, biləks böyük bədbəxtlik üz verə bilər.
Konsul bizim fikrimizi çox bəyəndi və eyni zamanda:
– Təbrizdə qalan çar təbəələrini və çar himayəsində olanlarır ailəsini mümkün olursa mühafizə edin, – deyə tapşırdı. Vidalaşıt çıxdım. Doğrudan da, Ninanı Təbrizdən köçürmək istəyirdim.
Təbrizə girən qüvvələrin kimlərdən ibarət olması mənim üçür aydın idi, onlar Təbrizdə qalan rusları başlı-başına buraxmaya «aqdı. Bu nöqteyi-nəzərdən də Ninanı Təbrizdə saxlamaq yarama yacaqdı, o biri tərəfdən də sərdar Rəşidin Nina haqqındakı xalı fikri məni düşündürürdü. O, Təbrizi işğal edən başıpozuq dəstələ rin rəhbərləri ilə uyuşduqdan sonra öz fikrini həyata keçirməyi çalışacaqdı.
Lakin bu fikrimi Ninaya nə cür deyə biləcəkdim? Bu barədə çox çətinlik çəkirdim, çünki onun bu kimi təklifi qəbul etməyəcəyini bilirdim.
Gecə saat ikinin yarısında evə gəldim, müdafiə təşkilatı rəhbərləri ilə iclas edəcəkdik, onların hamısı yığılıb məni gözləyirdi. Mən Tütünçüoğlunun son məktubunu oxudum və konsulun qaçmağa hazırlaşdığını xəbər verməklə onlara öz qüvvələrinin başında olmasını tapşırdım. €Artıq oturmaq vaxtı deyil. Müdafiə işi heç bir kəsə hiss etdirilməməlidir, yerli hökumət bundan xəbər tutmamalıdır? deyərək tapşırdım. Gecə saat iki tamamda iclası bitirdik.
Müdafiə təşkilatı olduqca möhkəm bir təşkilat idi. Onlar şəhərin hər tərəfində yerləşmiş, bütün küçələri tutmuşdular. Lakin heç kəsin əlində silah yox idi. Hər dəstənin silahı özünün tutduğu məhlədə müəyyən evlərdə saxlanılırdı, lazım gəldiyi zaman bir dəqiqənin içərisində minlərlə silahlı adam küçədə görmək mümkün olacaqdı.
Gecə saat üçün yarısında evimizdə müdafiə üçün Həsənağa, Şabanağa, Müseyib və on nəfər də başqa yoldaş var idi. Bunlarla bərabər şam yeməyi yeyəcəkdik, Nina və Təhminə xanım süfrə döşü— yürdü. mənsə Ninaya köçmək məsələsini açıb demək barəsində düşünürdüm. Nəhayət, ona bu təklifi yoldaşların yanında etməyi qərara aldım, çünki bu sözümü təklikdə ona demiş olsaydım, o yenə də ağlayacaqdı, lakin yoldaşların yanında onun özünü əla alacağını bilirdim. Buradakılar onun siyasi dəməyində iştirak edənlər idi. Nina bunların yanında ağlamazdı, özünü ələ almağa çalışardı. Bu ümidlə də ona müraciət etdim:
– Nina, bilmirəm sən konsulun məsləhət gördüyü işi qəbul edəcəksənmi?
– Mən altı ildir ki, buradayam, konsulun məsləhətlərini bir kərə də olsa qəbul etmişəmmi?
– Konsul vəziyyəti nəzərə alaraq sənin müvəqqəti olaraq Təbrizdən köçüb getməyini məsləhət görür.
– Hərgah birlikdə köçüb getmək mümkün olsaydı, mən heç vaxt etiraz etməzdim, lakin sən təzə iş başlamısan, bilirəm ki, sən onu yarımçıq qoyub Təbrizdən hərəkət etməyəcəksən, mənsə tək çıxıb getməyəcəyəm, qanım burada oturanların qanından qiymətli deyildir.
– Nina, vəziyyət çox ağırdır. Sən məni eşit, Məcidi də götürüb müvəqqəti bu hadisələr şəhərindən uzaqlaş, qoy mən sənin rahatlığından əmin olum, qoy düşmənlə asudə mübarizə aparım.
Nina çox qəti olaraq dedi:
– Mən sənin əl-ayağına dolaşmayacağam, getmək lazımdırsa, gəl, birlikdə gedək, bu da mümkün deyilsə, bu məsələ barəsində artıq danışma!
Mən daha danışmadım, süfrə başında pozğunluq yaratmaq istəmədim. Ninanın da məni Təbrizdə buraxıb getməyəcəyini bilirdim, eyni zamanda mən öz qüvvəmizə də inanırdım. Nə sərdar Rəşid, na də xaricdən gələn başıpozuq dəstələri bizə təzyiq göstərə bilməzdi. Rusların başını qarışdırmaq üçün düzələn bu macəranın məqsədi İranın ən zəngin şəhəri sayılan Təbrizin qarət edilməsindən ibarət idi, buna görə də biz hər ehtimala qarşı hazırlaşmışdıq. Biz yalnız Təbrizdə qətl-qarətin qarşısını almaq üçün deyil, lazım görüldüyü zaman Təbrizə daxil olan qüvvənin tərk-silah olunması üçün də hazırlıq görmüşdük.
Hacı Mirzağa Bülluri və Hüseyn Fişəngçinin mənə qarşı tutduğu vəziyyət aydın idi, məktubda «eybi yoxdur, gəlib Təbrizdə danışarıq) – demələri də bunu göstərirdi.
Onlar Təbrizə qalib sifəti ilə girdikləri zaman, birinci növbədə məni və mənim yanımdaklları həbs etməyə çalışacaqdı. Onlar bizim həbsimizə nail olmadan Təbrizdə heç bir işə cəsarət edə bilməzdi.
Lakin Savucbulaqdan öz adamlarına yazdıqları və yolda tutulub bizim əlimizə düşən məktublarda:
– (Biz hərəkətə xain çıxanları dar ağacına çəkəcəyiklə – de: mişdilər.
Konsulxananın qapısında adam qoymuşduq. Hər yarım saatdar bir xəbər alırdıq. Gecə saat dörddə bir nəfərin örtülü avtomobilde gəlib konsulxanaya girdiyi xəbərini gətirdilər. Bunun sərdar Rəşic olduğu bəlli idi. Söz yox ki, çar konsulu ona tapşırıqlar vermə! üçün çağırmışdı.
Biz Mahruya tapşırmışdıq ki, sərdar Rəşidin bütün işləri haq: qında bizə məlumat versin. Bütün gün bizim təyin etdiyimiz qadınla: sərdar Rəşidin evinə gedir, Mahrunun yoldaşları kimi onun otağın: girir və Mahrunun bizə yazdığı şifrə məktublarını gətirirdi. Gec: saat ondan sonra bu qadınlar vasitəsilə məktub almaq mümkün olmadığından Mahru bəzi mühüm məlumatları telefon vasitəsilə bizə xəbər verirdi.
Telefon zəngi vurdu, çağıran Mahru xanım idi. O, məlumatı çox qısa bir surətdə verdi:
Sərdar Rəşidi konsulxanaya çağırdılar. Konsulun örtülü avtomobilində getdi. Bu saat da Marağa şəhərinə iki qasid göndərirlər. O, sərdar Rəşidin Hacı Mirzağa Bülluriyə göndərdiyi təcili məktubu aparır. Qasidlər hələlik buradadır. Sərdar Rəşidin konsulxanadan qayıtmasını gözləyirlər. Mümkünsə məktubları əldə edin, qasidlərin ikisi də kürd libasındadır, lakin özləri kürd deyilə.
Biz telefonoqrammanı alandan sonra təcili sürətdə dörd nəfər atlının Yanıq yolu boyunda gəzməsi əmrini verdik, bir nəfər atlı da qasidləri sərdar Rəşidin evindən Yanığa qədər təqib edəcək və yolda öz yoldaşları ilə bərabər məktub aparanları tutacaqdı.
Bizim göndərdiyimiz adamlar da kürd paltarında idi, sərdar Rəşidin qasidlərini Hacı Mirzağa Büllurinin gətirdiyi kürdlərin adı ilə soyacaqdı.
kx
Səhər saat 6-da çay içdiyimiz zaman, sərdar Rəşidin qasidlərini soymaq üçün gedənlər gəldi və sərdar Rəşidin Hacı Mirzağa Bülluriyə yazdığı məktubu gətirdi. Məktubun qısa məzmunu bundan ibarətdi:
eNəsriminəllahü və fəthün qərib...
Dust – möhtərəm! Əlhəmdülillah öz arzularımıza nail olduq. İslam silahının qələbəsi ilə gözlərimiz işıqlandı, yaxın saatlarda ziyarətinizə nail olduğumuzun bayramını edəcəyik. Bütün dostlarla bərabər Təbriz xalqı xəlifeyi-ruyi-zəminin bayrağına baş əyməyə hazırlanır. İstiqlaliyyətimizə səbəb olan qalib orduya və onun qəhrəman rəhbərlərinə bizim tərəfimizdən salam söyləyin. Hər halda biz gözümüzün işığı olan ordunun rahət olması üçün əlimizdən gələn hazırlığı görməkdəyik. Siz də öz tərəfinizdən bəndəyə məlumat verməlisiniz ki, nə qədər qoşun üçün mənzil hazırlamalıyıq, zabitlər və sahibi-mənsəblərdən ötrü neçə otaq lazımdır. Gələn əsgərlər üçün libas hazır etdirmək istəyirik, nə qədər libas və nə qədər ayaqqabı sifariş verməliyik? Hər halda bunları bilmək lazımdır. Elə olmasın ki, sonra bizim üçün xəcalətlik olsun. Sizin və cənab Kəblə Hüseyn ağanın bəndəyə nisbət hər cür fərmayişiniz olsa, yazıb məlum buyurasınız. Yaxşı olardı ki, başımızı uca edib bəndəxanədə mənzil edəydiniz. Təbrizə nə vaxt varid olacağınız haqqında bəndəyə məlumat verəsiniz ki, camaat istiqbala çıxsın.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-car-konsulu-tebrizi-terk-edir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Azərbaycan heyətinin üzvləri səhər yeməyini Əmin qəsrində yeyəndən sonra, Bağdad şəhərini gəzmək üçün hazırlaşdı. Qulamlardan birisi gəlib Fəxrəddinə baş endirib dedi:– Bizim möhtərəm ağamızı bir nəfər qadın qapıda durub gözləyir.
Nizamiyə sui-qəsdFəxrəddin Əmin qəsrinin pilləkənlərindən küçəyə düşdüyü zaman, Səba xanımın qapıda o tərəf bu tərəfə dolandığını və tez-tez Əmin qəsrinin qapısına baxdığını gördü.O, dərhal Səba xanımın nə üçün gəldiyini anladı və gülər üzlə ona yanaşaraq:
Xəlifənin qızlarıBu gün Dürrətülbağdad öz qaynı Fəxrəddinin şərəfinə bir ziyafət təşkil etmişdi. Ziyafətdə ölmüş xəlifə Müstərşidbillahın qızları, cariyələri, Bağdadın musiqi və incəsənət xadimləri və sairləri iştirak edirdi.Günorta azanından bir saat keçmiş Dürrətülbağdadın qəsrinin qarşısında xəlifə Müstərşidbillahın qızları və iyirmi cariyəsini gətirən ipək örtüklü taxt-rəvanlar dayandı.
Qadınlar və qızlar dünyasıSəhər saat 7-də xəlifənin nümayəndəsi Asəf Azərbaycandan gələn heyət ilə bərabər kənizlər və cariyələrin tərbiyəsi ilə məşğul olan və eyni zamanda kənizlər və cariyələr satmaqla məşhur olan Fənhas müəssisəsinə yola düşdülər. Fənhasın müəssisəsi “Bəndəfruş” bazarının şərq tərəfində düşən kiçik bir şəhərdən ibarət idi.Qapını vurdular. Fənhas müəssisəsinin xidmətçilərindən Həyyan qapıya gəldi. Asəf xəlifənin fərmanını göstərib səyahətçilər gəldiyini xəbər verdi. Fənhasın nəvəsi Mərhəş cübbəsinin ətəklərini yerlə sürüyə-sürüyə qapıya gəldi, fərmana və fərman gətirənlərə baş əyib qonaqları içəri buraxdı.
Başqa şairlərin şeirləri
Könlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Dilbəra, şəmsüzzühadır ayəti-rüsxarınızDilbəra, şəmsüzzühadır ayəti-rüxsarınız,Ayəti-tahavü yasin surəti-didarınız.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd