Hacının evində ziyafət
Səhifə 4 / 4 · 75%
Nobel şirkəti normal illik gəlirdən üstəlik nə qədər qazanırsa, onun beş faizini fəhlələrin tələbatını ödəmək üçün verə bilər.
Biz yerli neft sənaye sahiblərinə deməliyik ki, böyük mənfəət əldə etmək üçün xırda güzəştlərə getmək mümkündür. Biz bunu bacarırıq.
Yerli neft sənaye sahibləri bunu etmir. Fəhlələrə böyük tələbatı unutdurmaq üçün xırda güzəştlərə getmək həmişə lazımdır.
Cənab Hacı öz çıxışında çox yerli olaraq buyurdu ki: «Bu günkü tətildə mənim həmin anlaqsız fəhlələrim hamıdan qabağa düşdü və dəzgahları bir saat dayandırdı». Buna görə də biz fəhlələrin verdiyi tələbatın zərərsiz hissələrini və maliyyə vəziyyətini hiss ediləcək dərəcədə durğunluq verə bilməyən maddələrini qəbul edirik.
Cənab Şəmsinin bir sözünə biz də şərik oluruq: «Əcnəbi şirkətlərinin işləri bizim üçün qanun deyildir». Bu doğrudur. Avropa və Amerika sənaye müəssisələri də belədir. Bir müəssisənin iş planı və zəhmət şəraiti o biri müəssisə üçün qanun deyildir. Cürbəcür müəssisələrdə cürbəcür iş saatları, cürbəcür iş planları və zəhmət şəraiti ola bilər.
Biz həmkarlar ittifaqının ümumi zəhmət müqaviləsi qanununa birinci olaraq etiraz edənlərdənik, çünki bir müəssisənin sərmayəsi ilə o biri müəssisənin sərmayəsi arasında da fərq vardır. Müəssisədən yaxşı gəlir almaq işində güclü sərmayə birinci rol oynayır.
Yerli neft sənaye sahibləri neft məhsullarının növlərini xarici bazarlara çıxarmaq işində geridədirlər. Onların xarici bazarlarla əlaqələri olmadığından yerli bazarlara arxalanırlar. Bu çox da əlverişli deyildir, çünki yerli neft sənayeçilərinin gəlirinin mühüm bir hissəsini yenə də əcnəbi neft kompaniyaları mənimsəmiş olur.
Bütün bu cəhətləri nəzərə alaraq, böyük sərmayəyə malik olan əcnəbi şirkətləri ilə yerli neft sahibləri rəqabət edə bilməzlər. Onlar öz işlərini öz sərmayələrinin verdiyi imkanlar üzərində qurmalı və əcnəbi şirkətlərin təşəbbüslərinə bir rəqabət kimi məna verməməlidirlər.
Nobel qardaşları nümayəndəsinin çıxışını Rotşild və başqa şirkətlərin nümayəndələri də təsdiq etdilər.
Qubernator çox diqqətlə dinləyirdi. O, likör içdi, qaşqabağını turşutdu və sözünə belə başladı:
– Yerli neft sahibləri Nobel və sair əcnəbi şirkətlərin təşəbbüslərindən həyəcana düşməməlidirlər. Biz hər kəsə öz işini öz sərmayəsi və öz iqtisadi şəraiti əsasında qurmağa icazə veririk. Ağalar burasını bilməlidirlər ki, bir məcburiyyət, yaxud bir zərurət nəticəsində kütlələrə verilən hüququ lazım gəldiyi zaman geri də almaq mümkündür. Bu barədə hökumət heç vaxt sizdən öz köməyini əsirgəməz.
Ağa Musa hamıdan qabaq dedi:
– Sağ olsun bizim hökumətimiz! Allah onun qılıncını kəskin eləsin! Allah onu bizim başımızın üstündən əskik eləməsin!
Jenya bu gecəki ziyafətdən hamıdan artıq razı qalmışdı. O, bu ziyafət haqqında lazımi yoldaşlarına xəbər verə biləcəyindən sevinirdi. Mixaylovskinin gözləri isə Jenyanın üzündə idi. Jenyanı yaxından görmək üçün «Likör ver, qəhvə ver!» deyirdi. Neft sənaye sahibləri arasında mübahisə gedirkən Mixaylovski fürsət tapıb Jenyanı danışdırdı:
– Siz nə qədər ədəbli bir qızsınız! – dedi.
Jenya heç bir söz demədi. Onun piyaləsini likörlə doldurub qayıtdı.
Jenya qəhvə fincanını götürürkən Mixaylovski yenə də danışdı:
– Əfv edərsiniz! İncə əllərinizi rahatsız etdim...
Jenya yenə heç bir söz demədi, ondan uzaqlaşdı.
Yenə fürsət düşəndə, Mixaylovski ona dedi:
– Ədəbli qız sualları cavabsız qoymaz!..
Lakin yenə cavab almadı.
Mixaylovski daha danışmadı. Ziyafətin sonuna qədər oturub likörünü içdi; qabağındakı siqarlardan çəkərək püflədi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-hacinin-evinde-ziyafet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Altı pərdədən ibarət dram əsəri)*Əsərdə iştirak edənlər
Birinci pərdəCənubi Azərbaycan. Şimalda Araz çayı, cənubda qarlı dağlar, dumanlı təpələr. Araz çayından cənuba doğru uzanan yolun ortasında bir və ikimərtəbəli damlar görünür. Mülkədarın yaşadığı binanın qarşısı. Uzaqdan top və tüfəng atışmalarının səsi gəlir. Yük daşıyanlar bir-birinin yanına düzülüb keçir.*Mülkədarın silahlı adamları binanın ətrafında gəzişir.*
İkinci pərdəTəbriz şəhəri. Xalça fabrikinin qarşısı. Fabrikin ətrafında silahlı adamlar gəzişir. Kiçik meydanda dar ağacları hazırlanır. Alverçilərin səsi eşidilir.*Oyuncaq satan** — Ay yaxşı şax-şax, banlayan xoruz!..
Üçüncü pərdəSəttar xanın qərargahıdır. Stol üstündə Cənubi Azərbaycanın xəritəsi salınmışdır. Səttar xan həyəcanla evi dolanır.*Səttar xan** — Bizim evimizi yıxan iki şeydir: idarəsizlik və iradəsizlik. Qalib gəlmək üçün nə lazımdır? Sözdə, işdə, fikirdə birlik. Təəssüf ki, bu da bizim yoldaşlarımızda yoxdur.
Başqa şairlərin şeirləri
Qanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Getdi o gedən, başda xumarım qaldıKönlümdə nə səbrim, nə qərarım qaldı