Hiylə
Atabəy Məhəmmədi istiqbal etmək üçün düzələn təntənə olduqca mütəşəkkil keçdi. Atabəyi görmək və ona şikayət etmək, hətta əlini yuxarı qaldırıb ərizəsini göstərmək heç bir kəsə mümkün olmadı. Qarabağdan Gəncəyə qədər olan yolların ətrafında düzülüb təzə hökmdarı ziyarət etmək arzusunda olan on minlərcə əhali hələ Atabəy gəlib keçmədən öz evlərinə, öz kəndlərinə qayıtmağa məcbur oldular. Çünki Qarabağdan Gəncəyə qədər olan yol üzərindəki kəndlilərin bir çoxu həbsə alınmışdı.
“Atabəyə sui-qəsd etmək üçün gizlin bir cəmiyyət var imiş” – deyə hər tərəfə şayiə buraxılmışdı. Bu şayiələrin dalınca da “gizli cəmiyyətin üzvüdür” – deyə yüzlərcə adamların həbsə alınması bütün Aran xalqını qorxu altına almışdı.
Püsəran, Bazarcıq, Bərdə, Xürsənək, İsfahan və Xanəgah tərəflərində yaşayan xalq tamamilə başını öz daxmasına çəkib Atabəyin gəlib keçməsini gözləyir və şübhə altına alınmamaq üçün dışarı çıxa bilmirdi.
Vaxtilə Əmirin əlindən şikayət etmək üçün ərizə yazdıranlar indi qorxularından qaçıb gizlənmiş və ərizələrini də yandırmışdılar.
Əmir bu qədər müvəffəqiyyətə baxmayaraq yenə ehtiyatını əlindən buraxmamışdı. O, Atabəyin keçib gəldiyi yolları silahlı qoşunla polad hasar içərisinə almışdı.
Atabəy keçdiyi yollarda bir nəfərin də olsa gözə görünməməsindən təəccüb edərək Əmirin vəziri Toxtamışa sual verdi:
– Bütün yol uzunu təsadüf etdiyimiz abadanlıqda insan yaşamırmı? Mən Qarabağdan Gəncəyə qədər gəldiyim otuz dörd fərsəng yolda bir nəfər də olsun görə bilmədim. Əcəba bunun səbəbi nədir?!
Toxtamış qocalmış və əyilmiş başını bir daha əyərək:
– Belədir, əlahəzrət, belədir! – dedi. – Lakin onların yol üzərində görünməməsindən bu nökərinizin ürəyi qismən sakit olur. Çünki bir neçə gün bundan qabaq əlahəzrətin həyatına sui-qəsd etmək məqsədilə düzəldilmiş gizlin bir təşkilat ifşa edilmişdir. Allah-taala həzrətlərinə çox şükür olsun ki, Əmir həzrətlərinin gözüaçıqlığı sayəsində əlahəzrəti düzəlmiş xəyanətin bədbəxtliyindən qurtara bildik.
Toxtamışın bu sözləri Atabəy Məhəmmədi hər şeydən artıq düşündürdü, çünki qardaşı Qızıl Arslan Azərbaycan xalqının atabəylərə hüsn-rəğbət bəslədiyini dəfələrlə ona yazmışdı.
Toxtamış Atabəyin fikir dəryasına qərq olunduğunu hiss edərək, onun Azərbaycan xalqı haqqındakı şübhələrini bir daha dərinləşdirmək istəyərək dedi:
– Üsyançı kəndlərin hamısına cəza dəstələri qoyulmuşdur. Bunu Atabəy həzrətlərinin mübarək xatırlarına kədər yeritmək üçün deyil, əlahəzrəti öz məmləkətinin vəziyyəti ilə xəbərdar etmək üçün ərz edirəm.
Atabəy həzrətləri Aran məmləkətinə qədəm qoyduğu gün böyük bir üsyan başlanacaqdı. Əmir cənabları hadisənin qabağını bir ildırım sürətilə aldı. Bunların hamısı Əmir cənablarının təzə xanədanə olan səmimiyyət və sədaqətinin məhsuludur.
Atabəy fikrə getsə də, Toxtamışın azərbaycanlılar haqqında verdiyi məlumata inana bilmirdi.
Atabəyin qafiləsi Gəncə şəhərinə gəldiyi zaman Atabəy taxt-rəvanı saxlatdırıb at istədi. Əmir baş endirib dedi:
– Əlahəzrətin əmri nökərləri üçün qanundur. Lakin əlahəzrətin at üstündə şəhərə girməsi qorxuludur.
Atabəy bu sözlərlə razılaşmayaraq:
– At gətirin! – dedi.
Dərhal at gətirdilər. Atabəy taxt-rəvandan düşüb ata mindi. O, Gəncəni görməmişdi, şəhərlə həddindən artıq maraqlanırdı. Lakin Atabəy hər tərəfə baxsa da İraq atlılarından başqa heç bir kəsi görə bilmirdi. Ancaq saraya yaxınlaşdığı zaman müəyyən adamlardan ibarət bir istiqbal dəstəsi gördü. Bunlar mülkədarlar, ruhanilər, hökumət məmurları və sairlərdən ibarət idi. Atabəyin qafiləsinin dalısınca və qarşısınca iki mindən ibarət fars atlıları gedirdi. Atabəylər daima türk ölkələrinə səfər etdiyi zaman farsları yanlarınca götürər, fars məmləkətlərinə səyahət etmək istədikdə isə mühafizə dəstələrini türklərdən düzəldərdilər.
Əmir və onun vəziri belə bir tədbir görmüşdülər: Atabəy şübhələnməsin deyə ona ərizə vermək üçün müəyyən adamlar yaxın olan küçələrdə durub Atabəyi görərkən əllərini yuxarı qaldıraraq öz ərizələrini göstərirdilər. Atabəyin adamları ərizələri yığır və ağzı bağlı bir sandıqçaya salırdılar.
Atabəyə verilən ərizələrin məzmunu Əmirin ədaləti və onun məmləkət əhalisinə göstərdiyi məhəbbəti, üsyançıları məhv edib məmləkətdə əmin-amanlıq bərpa etməsi və Əmirin Aran hökumətində saxlanması arzularından ibarət idi.
Ərizələrin çoxunu Azərbaycanda böyük kəndlərə və malikanələrə sahiblənmiş ərəb və farsların türklər əleyhinə verdikləri şikayətnamələr təşkil edirdi. Fəxrəddin və sairlər nə qədər cəhd etdilərsə də irəli keçmək və bircə dənə də olsa ərizə vermək imkanını əldə edə bilmədilər.
Atabəy bu kimi müəmmalı vəziyyətin içərisində saray qapısına çatdı və atından düşüb saraya daxil oldu.
O, üç gün heç bir kəsi qəbul etmədi, səhərdən axşama kimi verilən ərizələri oxutdurub onlardan ölkənin vəziyyətini öyrənmək istədi. Lakin bütün ərizələrdə Əmirin ədalətindən, böyüklüyündən başqa heç bir məlumat verilmirdi.
Axşamları isə Atabəy vaxtını Əmirin düzəltdiyi ziyafətdə, eyş-işrətdə, saqilər, mütrüblər, rəqqasələr, gözəl cariyələr, çalanlar, oxuyanlar, nədimlər, məzhəkəçilər və təlxəklərlə əylənməkdə keçirirdi.
Atabəy nə Gəncə əyanlarının, nə də qonşu hökumətlərdən gələn heyətləri qəbul etməmişdi. O əvvəlcə vəziyyəti öyrənib sonra xalq nümayəndələri və qonşu hökumətlərdən gələn heyətləri qəbul etmək istəyirdi. Lakin bu da mümkün deyildi. Çünki Əmir onu xarici dünyadan ayırıb saraya salmış və qapısını bağlamışdı.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-hiyle
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qətibə xatun oğlan doğdu. Uşağın bir ayı tamam olan günü Atabəy paytaxtında böyük şənliklər başlanmışdı. Həmədan şəhəri başdan-başa çiçəklər və əlvan güllər ilə bəzənmişdi. Küleyin qalasının divarları üzərinə taxılan minlərcə fənərlər və alovlu məşəllər on səkkiz verstlik məsafəni əhatə edən eniş-yoxuşlu şəhəri gündüz kimi işıqlatmışdı. Şəhərin ortasındakı Baba Tahirin məqbərəsindən şəhərə baxıldığı zaman insanın fikri uzaq tarixlərə qayıdırdı. Od içində parlayan şəhər, II Keyxosrovun Midiya imperatoru Astiyaqın paytaxtına girdiyi zamanı və tarixin məşhur Əkbatanını yandırdığını xatırladırdı. Əlvənd dağının ətəklərində yanan məşəllərin şöləsi iki fərsəng məsafədən imamzadə Hüseynin məqbərəsini işıqlandırır və dəmir şəbəkəli pəncərədən içəri girməklə mərmər sütunlar arasında uçuşan gecə quşlarının rahatlığını pozurdu. Şəhərin bu başından o biri başına çəkilən ipin bir ucu Dəccanə məqbərəsi, o biri ucu isə şəhərin cənubundakı İsmayıl məqbərəsindəki minarəyə bağlanmışdı. İpin üpərinə düzülən əlvan fənərlər, göydən yerə əlvan rəngli ulduzların axıb gəldiyini xatırladırdı.Qətibə, Atabəy sarayının uca köşkündə oturub oğlunun doğulması gününün şərəfinə düzələn çırağbanlığa baxırdı. Lakin onu nə bu təntənə, nə də oğlunun doğulması şadlandırmırdı. Çünki o, özünün və oğlunun gələcəyindən əmin deyildi. Eyni zamanda Qətibə, Qızıl Arslanla Atabəy Məhəmməd arasında mövcud olan əlaqədən də razı qala bilmirdi. Çünki Qətibə Qızıl Arslandan Atabəyə gələn məktubları gizlincə götürüb oxuduğu zaman Qızıl Arslanın Atabəy Məhəmmədə müraciətlə yazdıqlarını xatırlayırdı:
Eldəniz RübatıYay istiləri düşdüyünə görə Atabəyin ailəsi Eldəniz Rübatı yaylasına köçmüşdü. Mələkə yaylaqda yaşadığı zaman təyin edilən mühafizə dəstəsinin başçılığını Atabəy Məhəmməd Hüsaməddinə tapşırmışdı.Atabəy öz oğlunun həyatını və gənc qadınının namusunu ancaq Hüsaməddinə inanırdı. Çünki Qətibənin özü də Hüsaməddinin namuslu və sədaqətli bir zat olduğunu və onun Əmir İnancın nemətləri ilə böyüdüyünü Atabəyə dəfələrlə söyləyib inandırmışdı. Lakin Qətibənin özü şəxsən Hüsaməddinə inana bilmirdi, yenə də Hüsaməddinin intiqamlarından qorxurdu. Xüsusən, Qətibə yaylaqda yaşadığı zaman Hüsaməddin qəlbində bəslədiyi intiqamı asanlıqla həyata keçirə bilərdi. Buna görə də gecələrin birində Qətibə öz cariyəsi Səba xanımı Hüsaməddinin dalınca göndərib onu öz çadırına dəvət etdi. Qətibə daima bir məsələni bəhanə edərək Səba xanımı onun çadırına göndərirdi, çünki Hüsaməddin öz sirlərini ancaq Səba xanıma deyirdi. Səba xanım isə Qətibənin tapşırığına görə Hüsaməddinin bütün sevgi elanlarına müsbət cavab verir, rəsmiyyətə salınmasa belə onunla yaşayırdı. Hüsaməddinin fikrincə, Qətibənin bu macəradan xəbəri yox idi, çünki Səba xanım hər zaman onunla gecələdikdə, ona yalvarır, Qətibəyə xəbər verməməsini tapşırırdı.
“Leyli və Məcnun”Ölkədəki bəzi narazılıqla əlaqədar olaraq Şirvan xaqanı öz sarayının sənətkar şairi Xaqanidən də şübhələnir və onun haqqında gizli təhqiqat aparılmasına fərman verirdi.Xaqanın şairi təqib etmək təşəbbüsü bir neçə gün əvvəl Şirvandan qaçıb Gəncəyə gələnlər tərəfindən xəbər verilmişdi. Bu xəbəri Xaqaniyə yetirmək və onun təcili surətdə Şirvandan qaçmasını bildirmək üçün göndərilən qasid, Xaqaninin qayınanası Cahanbanu tərəfindən bu məzmunda bir məktub aparmışdı:
Qətibə və Qızıl ArslanŞirvan həbsxanasından azad edilənlər Gəncəyə və Aran ölkəsinin hər tərəfinə yayılıb Qızıl Arslanın tələbi nəticəsində azad edildiklərini kəndlərə və şəhərlərə xəbər verdilər.Hər yerdə Qızıl Arslanın ömrünə, dövlətinə dua etməyə və Əmir İnanca lənət oxunmağa başlandı. Gəncə küçələrində Əmir İnancın qulağının dibində Əmirə qarşı nifrət səsləri ucaldı.
Başqa şairlərin şeirləri
Ey gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
HəsrətindəyəmÇox zamandır, yarın həsrətindəyəm,Gələydi, bir onu barı görəydim,
Qozqara kötüyü ilə deyişməA ş ı q Ə l ə s g ə rArpadan, buğdadan çıxmışdı əlim,
KəklikQah-qahın alır canımı,Canım oda yaxan kəklik.