Səhifə 3 / 4 · 50%

Şümşad xanım isə ona nəsihətverici bir cavab söyləmir. Ancaq bir kərə:

– Əlacımız nədir? Bir neçə saat burada oturmaq bizi öldürməz ki... – dedikdə, miss Hanna məsələnin nə yerdə olduğunu anlayır və özünü böyük təhlükənin qarşısında görür. Bu vaxt Tacı qızı Züleyxa da miss Hannanın qiymətli şeylərini toplayıb bağlayır və aparıb gizlətmək istəyir.

Rəfizadə belə deyir:

– Düşünmək artıqdır, vaxtı itirməyinl Bizim dostluğumuz olduqca qiymətlidir. Biz sizə söz veririk ki, bu sirri heç bir kəs bilməyəcəkdirl Siz həmişəlik öz vəzifənizdə qala biləcəksiniz. Əks halda buradan salamat qurtarmaq yoxdur və Hüsni xanım sizi buraya əbəs yerə gətirməmişdir.

– Hüsni xanım kimdir? – Miss Hamna soruşar. – Mən onu tanımıram.

Rəfizadə Şümşad xanımı göstərərək:

– Budur, bu Hüsni xanımdır, – deyir.

Miss Hanna Şümşadın üzünə təəccüb və qorxu ilə dolu bir nəzərlə baxaraq soruşar:

– Siz Şümşad xanım deyilsinizmi?

Hüsni xanım:

– İndi artıq Hüsni xanım oldum, heç fərqi yoxdur. Onda da qadındım, indi də qadınam, qadının işi nədir? Kişi ilə qucaqlaşmaq, dodaq-dodağa qoymaq, can deyib can eşitmək.

Miss Hannanın bütün umudları kəsilərsə də təslim olmamağı qərara alır.

Rəfizadə və Mahmud xan isə üst paltarlarını soyunub qurtarar. Hüsni xanım isə şkafdan şərab şüşələrini və piyalələri gətirib ortalığa düzər, bir azdan sonra Şuxşəng və Pərirux xanım da gəlir, şərab süfrəsinin başına əyləşir.

Birbaşa etdiyi söhbət Həsənağanı yorduğundan, o dayanıb nəfəsini dərdi. Söhbəti ən maraqlı yerində kəsib məni intizar qoymaq istəmədiyindən elə o saat sözünə davam etdi: 1

– Hələ eyşü-işrətə başlamamış mən qapını açıb bir əlimdə mauzer, o biri əlimdə dəhşətli bir bolqar bombası içəri girdim:

– Tərpənməyin! – dedim, – yoxsa evi başınıza çökdürərəml Nəfəsinizi çəkdiniz məhv edəcəyəm!

Hər kəs olduğu yerində quruyub qalmışdı. Mən Hüsni xanıma müraciətlə:

– Qaraçı fahişəsil – dedim. Qulusultan sənə nə tapşırmışdı?

Hüsni xanım titrək bir səslə cavab verdi:

– Mən ona verdiyim vədimdən qaçmıram. Qız buradadır. Get xəbər ver, Qulusultan da gəlsin.

– Kəs səsini! Qulusultan bu alçaqların artığına qalmamışdır, tez ayağa dur!

Hüsni xanım qalxdı, mənim əmrimi gözləyib durdu.

– Sən onların kəmərlərini açıb qollarını bağla! – dedim. – Yaxşı bağlarsan, görsəm ki, möhkəm bağlamırsan, bu saat səni öldürəcəyəm!

Hüsni xanım əvvəlcə Rəfizadənin, sonra da Mahmud xanın qollarını möhkəmcə bağladı.

Sonra mən Hüsni xanıma qışqırıb:

– Bu falçının və buradakı fahişələrin də qollarını möhkəm bağla!

– dedim.

Tacı qızı Züleyxanın və o birilərinin də qolları bağlandı.

Miss Hanna mat qalmışdı. O da öz növbəsini gözləyirdi.

Mən bu dəfə ona dedim:

– Ay qız, dur ayağa, bu fahişənin qollarını da sən bağla.

Miss Hanna qorxaraq soruşdu:

– Nə ilə bağlayım?

– Get o bucaqda oturanın belindəki xəncərini çək, səni buraya gətirən fahişənin saçlarını kəs, öz saçları ilə də qollarını bağla!

Miss Hanna ayağa qalxdı, lakin qorxusundan Mahmud xanın yanına gedə bilmirdi.

Bir daha ona qışqırdım:

– Tez ol! Sənə əmr edirəm! Qaraçı evinə gəlməkdən qorxmayan bir qız, qolu bağlanmış bir tülküdənmi qorxur?

Miss Hanna Mahmud xanın xəncərini belindən çıxarıb Hüsni xanıma yaxınlaşdı.

Hüsni xanım mənə yalvararaq:

– Nə üçün məni naqis edirsən? – dedi, – cavan oğlansan, mən də sənin əlində, nargiləsi kimi qız da burada. Otur kefini çək! Hər nə istəyirsən vardır.

Mən bu dəfə qışqırmadım, yavaşcadan dedim:

– Qulusultan belə əmr etmişdir. Gərək sənin saçların kəsilsin!

– Hamısını kəsmə İkisini kəs, ikisilə qolumu bağlamaq mümkündür.

– Yox, hörüyünün on ikisini də kəsəcəyəm! Hörüklər bizə lazımdır.

Miss Hanna Hüsni xanımın saçlarını kəsdi, dəstə ilə yerə qoydu.

Mən Mahmud xan, Rəfizadə, Tacı qızı Züleyxa və sairələrinə qışqıraraq:

– Uzadınız ayaqlarınızı! – deyə əmr etdim və ondan sonra Hüsni xanıma dönərək:

– Götür saçlarınla bunların ayaqlarını bağla! – dedim:

Hüsni xanım öz saçları ilə orada olanların ayaqlarını bağladı və titrəyə-titrəyə qarşımda durdu.

Mən miss Hannaya, indi də falçının saçlarını kəsib Hüsni xanımın qollarını bağlamalısanl – deyincə, o bu əmri də yerinə yetirdi. Hüsni xanımın da qolları və ayaqları bağlandı. Mən bir əlimdə mauzer, qolların və ayaqların möhkəm bağlanıb-bağlanmamasını yoxladım. Sonra Rəfizadə və Mahmud xanın üstündəki silahları və qıymətli şeyləri çıxarıb miss Hannanın bağlamasına qoydum.

Şümşad xanım da axtarıldı, yanında olan şeylərlə falçı evinə gətirdiyi zinətlər bir yerə toplandı, növbət Tacı qızı Züleyxaya yetişərkən mən soruşdum:

– İndi de görüm qarət etdiyin, dəllallıq edib siğədən qazandığın, fal açıb və xalqın qızlarını satıb aldığın pullar haradadır? Hərgah sağ qalmaq xəyalın varsa, işi təxirə salma!

Züleyxa cibindəki osmanlı lirələrindən başqa bir şeyi olduğunu boynuna götürmədi. Nəhayət, mən miss Hannaya:

– Üzünü çevir divara, qulaqlarını tut! Bu fahişəni öldürəcəyəm!

– dedikdə Züleyxa:

– Öldürmə deyim! – sözləri ilə yalvardı, – o sağ tərəfdəki yorğan-döşəyi götürün, hər nə var onun dalındakı buxarının içindədir.

Buxarının içərisindən balaca bir sandıqça çıxarıldı, sandıqça qızıl pul və qızıl şeylər ilə dolu idi. Onları da Hüsni xanımın zinətləri olan bağlının içinə tökdüm. Hər iş qurtardı. Mən Rəfizadəyə yaxınlaşaraq:

– Qulusultanın tapşırıqlarından birisi qaldı, gərək sənin bığının bir tayını kəsək! – dedim.

O ağladı və: 200.

– Qələt etmişəm, atam Rəfi ilə, anlamamışam, məni rüsvayicahan eləmə. Mən daha adam üzünə çıxa bilmərəm, – deyə yalvardı. Məndən razılıq cavabı almadıqdan sonra miss Hannaya yalvardı:

– Mənə rəhmin gəlsin, balaca xanım, sənin sözünü eşidər, qoy mənim bığımı kəsməsin!

Miss Hama heç bir söz deyə bilməzdi, çünki öz müqəddəratından da əmin deyildi, başına nə gələcəyini bilmirdi.

Mən bıçağı çıxarıb Rəfizadəyə yanaşaraq:

– Tərpənmə, - dedim, – yoxsa dodağını da kəsərəm. Rəfizadənin bığının bir tayını kəsəndən sonra ona:

– Hərgah Təbrizdə bir gecədən artıq qalsan bığının o biri tayını da dodağınla bərabər kəsəcəyəm! – dedim və Mahmud xanın yanına keçərək onun sifətinə bir yaxşı şillə çəkib dedim:

– İndi sən yəqin et ki, Təbrizdə Mahmud xandan başqa da oğlanlar vardır, get dua elə Qulusultana, yoxsa səni köpəyi öldürən kimi buradaca öldürərdim, heyif ki, o bunu tapşırmamışdırl

Bunu deyərək Mahmud xanın və Rəfizadənin silahı ilə bərabər hər bir şeyini aldım və amerikalı qıza müraciətlə:

– Dur düş qabağıma! – dedim.

– Hara?

– O sənin işin deyil! Səsini çıxardınmı, məhv olacaqsan.

Zinətlər, pullar, silahlar ilə doldurulmuş bağlını əlimə alaraq miss Hanna ilə bərabər çıxmaq istədikdə onlara dönüb:

– Hərgah bu barədə bir yerdə söhbət açılarsa, mən sizinlə ikinci kərə görüşməyə məcbur olacağam! – dedim.

Həyətə çıxdıq, qapını daldan bağladıq, onları içəridə buraxıb getdik.

Küçəyə çıxan zaman miss Hanna titrək və yavaş bir səslə:

– Mənə rəhm elə. Məni Qulusultanın yanına aparma. Sən qəhrəman bir oğlansan. Aciz bir qıza mərhəmət elə! – deyir və öz sözlərini yarı türk-yarı farsca olaraq mənə qandırmaq istəyirdi.

Mən bütün bu sözlərə cavabla:

– Danışma, hara gedirəmsə gəl! – deyirdim.

Getdiyimiz yol miss Hannaya tanış yol idi. Beş saat bundan əqdəm Tacı qızı Züleyxanın evinə həmin yol ilə gəlmişdi. Bu yol onun öz yaşadığı küçəyə gedirdi. Miss Hama sevinirdi. O, itirdiyi zinətləri unutmuşdu, oradakı şərəfsizlikdən qurtarması və namusunun müdafiə olunması onun yadından hər şeyi çıxarmışdı.

Miss Hanna öz qapısının yanında durdu:

– Gir içəri, – dedim, – bu hadisəni bir kimsəyə söyləmiş olsan, səni məhv edəcəyəm! Sən bilirsən ki, mənim üzümə qapı bağlanmaz. Sabah gecə gəlib səni yerbəyer edərəm. Təbrizdə bir parça sümüyünü də tapmazlar.

Həsənağanın sözü qurtardı. O, üzümə baxır, ondan razı qalıbqalmadığımı bilmək istəyirdi. Başımın hərəkətləri, gülümsəməm onu bir cəhətdən arxayın etmiş olmalı idi ki, o gətirdiyi bağlını açdı. Amerikalı qızın şeylərini bir tərəfə ayırdıqdan sonra qalan şeylər haqqında dedi:

– Bunlar da qaraçılardan soyduğum qızıllardır. Bu da bizim Təbrizdən qaçan yoldaşların cib xərcliyi.

ək

Səhər saat yeddi olmamışdı. Təhminə xanım içəri girdi. O, çox qəmli və kədərli bir xəbər gətirmişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri