Səhifə 3 / 3 · 67%

Qətibə mövzunu dəyişərək dedi:

– İndi ki, şair məni gözəl qız deyə səsləyir, elə isə nə üçün mənə o cür ürək sıxıcı bir məktub göndərmişdir?!

Nizami fikrə getdi, çünki o, Qətibəyə heç bir məktub göndərməmişdi. Dərhal Səba xanım tərəfindən təzə bir macəra yaradıldığını anladı və özünə aldırmayaraq cavab verdi:

– Bəzən insan birisinə məktub yazdığı zaman müxtəlif hisslərin təsirinə də düşə bilər. Bəzən fikirlər mövzulara təsir yetirir. Şeirdə də belə hallara təsadüf edirəm. Çox zaman yazmaq istəmədiyim mövzular sevimli mövzuları sürüb aralıqdan çıxarır. Mən bundan sonra hər yazdığım məktubu, yaxud hər bir qaraladığım əsəri bir neçə gün saxlayıb sonra oxumağı və göndərməyi qərara almışam.

Qətibə heç bir söz demədi, ancaq əlini aparıb kitabın arasından bir məktub çıxarıb Nizamiyə verdi:

– Al, oxu. Görünür ki, bu məktubu ikinci kərə oxumadan göndərmişsən.

Nizami məktubu alıb oxudu:

“Gözəl qız!

Siz məni Gəncənin əyyaş gəncləri ilə müqayisə etməyin. Mən gündə bir gənci sevən qızları sevə bilmərəm.

İlyas”.

Nizami məktubun Səba xanım tərəfindən düzəldilməsinə heç də şübhə etmirdi. O, Səba xanımın macərasız yaşaya bilməyəcəyini bilirdi. Buna görə də onu Qətibənin gözündə qaralamaq üçün dedi:

– Mən heç də təsəvvürümə gətirə bilmirəm: bu məktub sizə yazılmadığı halda nə üçün gətirib sizə veriblər. Bəlkə də, bu bir səhv olaraq sizin əlinizə düşübdür.

Qətibə sanki yatmışdı, ayıldı və öz-özünə:

– Mənim taleyimə bax. Hədiyyələr, xələtlər içərisinə qərq etdiyim bir cariyə də ruhumu zəhərləməyə başlamışdır.

Qətibə bunları dedikdən sonra Nizamiyə yalvarıcı bir surətdə dedi:

– Rica edirəm, bu məktubu kimə yazdığını söylə! Söylə, məni şübhədən qurtar.

– Onu siz tanıya-tanıya nə üçün məndən soruşursunuz? Bu macəra sizdən daha artıq qızıl almaq üçün düzəldilən bir macəradır.

Qətibə:

– İndi anladım, – dedi, – məktubun məni tamamilə təbii haldan çıxarmışdı, çünki mən gündə bir gənci sevən qızlardan deyildim. Bu məsələni təhqiq etmək üçün səni çağırmışdım. İndiyə qədər etdiyimiz söhbətlərin hamısı bu məsələyə giriş axtarmaq üçün idi. Sənə söyləmək üçün bir çox sözlər əzbərləmişdim. Lakin səni görən kimi onları unutdum. Çünki deyəcəyim sözlərin mövzusu sənin özündən ibarət idi.

Qətibə sevgi dastanlarını o qədər də uzada bilmədi. Çünki Əmir və qadını Safiyə xatun nahar yeməyi üçün bağçaya gəlirdilər. Nizami bunları gördüyü zaman qalxıb getmək istədi, lakin nə Əmir, nə də Safiyə xatun razı oldu. Hətta Əmir Nizaminin qolundan tutub dedi:

– Qətibənin əziz və möhtərəm qonağı həm bizim üçün, həm də bütün Aran xalqı üçün əzizdir. Siz ölkənin iftixarısınız. Şerinizdən aldığımız nəşələri özümüz üçün xoşbəxtlik hesab edirik.

Safiyə xatun da öz növbəsində şairə yanaşıb deyirdi:

– Qətibə sizin çox maraqlı bir şerinizi hər zaman mənə oxuyur. O misraların hər birisində sizin böyüklüyünüz nəzərə çarpır.

“O gözəl, incə, sevgilərdən şən,
Bir çiçəkdir doğuldu şəbnəmdən”.

Nə qədər zəngin, nə qədər də maraqlıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Millətpərvər intelligent

Qiraətxanada oturmuşdum. Onda gördüm poçtadan qəzetləri gətirirlər. Hər çinovnik, hər rəiyyət bir rus qəzeti götürüb oxumağa başladılar. Bizim yanımızda bir «abrazovannı» müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu. Haman qeyrətmənd müsəlman cavana dedim: Ağazadə, siz nə üçün qəzet oxumursunuz? Buyurdu, rus qəzetlərindən boş yoxdur. Dedim: eyib deyil, götür «İrşad», «Vəqt», «Vətən xadimi» və qeyri qəzetlərdən oxu. Buyurdu: bu qəzetləri mən çürük qəpiyə almaram. Dedim neçin? Bu sözə çox güldü, dedi: — Ay Hərdəmxəyal, sən necə fəndbaz adamsan! Bax, əvvəl budur ki, müsəlman qəzeti oxuyan adamı ruslar çox dost tutmurlar. İkinci, müsəlman qəzetləri heç bir şey yazmırlar. Hey yazırlar müsəlman belə gəldi, tərəqqi elə getdi. Doğrusu adamın zəhləsi gedir.Doğrusu bu işə məəttəl qalmışdım. Onda gördüm rus qəzetlərindən birini tapıb oxuyur. Hərdən bir əlini qoyur bir hərfin üstünə, deyir: — Barişna, etu statyu proçli, vidite kakaya interesnaya ona?

1 dəq
Müsəlman yığıncaqları

Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.

5 dəq
Qafqazda idareyi-məşrutə

(Politika söhbəti)*Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:

4 dəq
İbadət

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq.Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm.

2 dəq

Başqa şairlərin şeirləri