Son çarə
Səhifə 2 / 2 · 50%
Atabəy yediyini bilmirdi, hansı xörəyə əl uzatdığından xəbəri yox idi. O piyaləni gözünün qarşısında tutub içmək istədiyi zaman piyalədə Qətibənin çöhrəsini görüb diksinir və onu gözündən itirməmək üçün piyaləni içməyə cəsarət etmirdi. Hər piyaləni içməsi uzun dəqiqələr çəkirdi, sonra yeməyə məşğul olurdusa, lakin bu uzun çəkmirdi, o yenə xəyala gedirdi.
Əmir süfrə başında Atabəyin aldığı vəziyyətdən mənəvi nəşə alır və qəlbində öz-özünə deyirdi:
– İndi mən öz məqsədimə yaxınlaşıram. Əleyhimə olan çıxışların hamısını sabun köpüyü kimi partladacağam. Dünyada qadın və şəhvət olmazsa, kişilərin qəlbindəki inad və müqaviməti heç bir qüvvə qıra bilməz.
Atabəy əlini şam süfrəsindən çəkdi, cariyələr və xidmətçilər şam süfrəsini yığdılar. Atabəy Əmirlə vidalaşıb öz yataq otağına getdi. Kənizlər, cariyələr və gözəl qızlar Atabəyi hamama aparıb çimdirdilər. Onu yatağına gətirib yuxulaması üçün püştmal etdilər. Lakin onu yuxu aparmadı. Nəhayət, belə bir əmr verdi:
– Xacə Müfiddən başqa hamı getsin!
Yataq otağı boşaldı. Xacə Müfid ayaq üstündə durur, Atabəyin sözü haradan başlayacağının intizarını çəkirdi, çünki onun qəlbinə bir ilan daxil olduğunu yəqin etmişdi.
Nəhayət, Atabəy, özünü ürək çırpıntılarının əlindən alıb xacə Müfidi səslədi:
– Otur, xacə Müfid, otur, görünür ki, bu gecə sənin də rahətini pozacağam, çünki məni yuxu aparmayacaqdır.
Xacə Müfid özünü bilməməzliyə vurub:
– Bəlkə əlahəzrətin səhhətini yoxlamaq üçün həkim gətirmək lazımdır? – dedi.
Atabəy də cavabında:
– Sən haman həkimi mənim yanıma çağırmaq qüdrətinə malik olsaydın, mənə böyük bir yaxşılıq etmiş olardın, lakin elə bilirəm ki, hələlik o həkimin bura çağırılması yersizdir. Bəlkə də tezdir. Otur, xacə Müfid, otur.
Xacə Müfid onun nə dediyini çox gözəl anlayırdı, onun həkim deyərkən Qətibəni qəsd etdiyini yaxşı bilirdi. Xacə Müfid əlini döşünə qoyub baş endirdi və kənarda qoyulan bir kürsünün üstündə oturdu.
Atabəy xacə Müfiddən soruşdu:
– Sən çoxdanmı Əmirin hərəmində xidmət edirsən?
– Mən Əmirin sarayına xəlifənin qızı ilə bərabər gəlmişəm, daha doğrusu xəlifə qızına verdiyi cehizlər içərisinə məni də daxil etmişdi. Safiyə xatunu da, onun gözəl qızı Qətibəni də mən böyütmüşəm.
– Sən ərəbmisən?
– Xeyr, mən ərəb deyiləm, Fərqanə şəhərindən alınmışam. Biz iki qardaş idik. Biz olduqca sağlam, gözəl və nadir təbiətli uşaqlar idik. Bizi Türküstan Əmiri alıb Xəlifə Müstərşidbillahın atası Əhməd ibn Müqtədi Əlmüztəzhərübillaha hədiyyə göndərdi. Biz çox gözəl olduğumuz üçün xəlifə sarayında yüzlərcə hərəm və cariyələr bizi öz ixtiyarına almağa və öz xidmətlərində saxlamağa çalışırdılar. Bizə olan bu rəğbət axırda bizim üçün bir fəlakətə çevrildi. Rəhmətlik xəlifə biz iki qardaşı öz qadınlarına və cariyələrinə qısqandı və bizi kişilikdən məhrum etmək qərarına gəldi. Həkimlər və cərrahlar çağırdı, onların hamısı dedilər ki, bu iş ancaq körpəlik zamanında mümkündür. Hazırda bunları axtalamaq yazıqları məhv etmək deməkdir.
Xəlifənin yaxın adamları da bunu məsləhət görmədilər. Dedilər ki, bunları hərəmxanadan çıxarıb başqa bir işə göndərmək lazımdır. Lakin xəlifə bunu qəbul etmədi. Kiçik qardaşım bunu eşidəndən sonra özünü öldürdü, lakin mən bədbəxtdə cəsarət olmadı. Bir neçə ay xəstə yatandan sonra səhhət tapdım, o zamandan bəridir ki, hərəmxanalarda qocalmışam. Əmirin qadınını və qızını böyütmüşəm, lakin qədrimi bilən kimdir?!
Atabəy saxta bir ah çəkərək dedi:
– Səni anlayıram, yazıq Müfid, dünyanın əziyyətlərindən sənin də payına böyük bir iztirab düşmüşdür. İndi mənə de görüm Əmirin qızı bir adama nişanlanmışdırmı?
– Xeyr əlahəzrət, o heç bir kəsə nişanlanmamışdır.
– Sən lütfən böyük bir ənam almaq üçün mənim sifarişimi o gözəl qıza yetirə bilməzsənmi?
Müfid boynunu çiyninə qoyaraq güldü və dedi:
– Mənim heç bir ənama ehtiyacım yoxdur, iqbalım məni ənamları sərf edəcək mənbələrdən məhrum etmişdir. Lakin əlahəzrət, Əmirin vəzirini görüb bu sifarişi ona tapşırsa, bu daha mənfəətli olar. Vəziri əlahəzrətin hüzuruna çağırmaq isə mənim vəzifəmdir.
– Elə isə gedib Toxtamışı mənim hüzuruma çağır.
Müfid qalxıb başı titrəyə-titrəyə getdi. Atabəy isə öz yatağına uzanıb Əmir İnancla qohum olmağın gələcək nəticələri barəsində düşünürdü. Əvvəla o, xəlifənin nəvəsinə evləndiyi zaman xəlifənin damadı sayılacaqdı. Bu şərəflə də o, xəlifə nüfuzunun bayrağı altında hökumət sürənlərə qarşı üstün gələcəkdi, bəlkə də bu münasibətlə öz məmləkətini genişləndirəcəkdi.
İkincisi də, qayınatasının Aranda hakim olması, onun məmləkətinin şimal hüdudunu təmin edəcəkdi.
Üçüncü isə Qətibə Şərqin ən məşhur gözəli idi. Belə bir qızı həm gözəlliyi, həm də nəsli, nəcabətilə hər bir hökmdar sevə bilər və evlənməyə can atardı.
Xacə Müfid gəlib Toxtamışın hazır olduğunu xəbər verdi. Atabəy onun otağa gəlməsinə icazə verdi. Toxtamış başı titrəyə-titrəyə içəri girdi və baş endirib salam verdi.
Atabəy onun salamının cavabını verərək:
– Əyləşin ağıllı və qoca vəzir! – dedi.
Toxtamış oturdu, lakin onun simasında sezilməyən bir şadlıq əlaməti vardı. Atabəy Müfidin vəzirin qulağına pıçıldadığını və nə üçün çağırıldığını əvvəlcədən ona bildirdiyini anladı və vəzirə sual verdi:
– Olmaya xacə Müfid sizə bəzi sözlər pıçıldamışdır? – dedi.
Müfid dişlərini ağardıb güldü, Toxtamış isə:
– Təəccüb ediləcək heç bir şey yoxdur. Təbiətin qanunu belədir – dedi. – Ay işığını günəşdən almalıdır. Ulduz isə ay ətrafında dolanmalıdır.
Əmir cənabları günəşdən işıq alan aydır. Biz nökərlər də ayın ətrafında dolanan ulduzlara bənzəyirik. Xudavəndi-aləm biz zəif olan ulduzları öz ay və öz günəşimizdən ayırmasın. İndi məsələ əlahəzrət üçün aydın oldumu? Hərgah əlahəzrətin bir əmri olsa, mən bu barədə Əmirlə, Əmirin qadını Safiyə xatunla da danışaram. O ki qaldı sahibkara, o barədə Müfidə tapşırıq vermişəm, bütün sifarişlərinizi ona etibar edə bilərsiniz.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-son-care
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.
Qəlbim tutulmuşduYayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,
MəktubCənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm:Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik.
Bəyani-həqiqətGet, ay Molla Nəsrəddin əmi, allah sənin kimi mollaları bizə çox görməsin. Bir necə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basıb, utanıb, büküb qoyurdular yerə. Çünki görürlər əlində əsayi-piri, başında əmmaməyi-abidanə, özün də gözlərini tikmisən adamın üzünə. Biçarə uşaqlar xəcalət çəkirdilər. Çox arif molla imişsən!Bu az müddətdə elmi-qiyafə işinə baş tapıb yavaş-yavaş pərdə dalına çəkilməyə başladın. Hərçənd bizim sənə söz deməyimiz qəbihdir, lakin mollalarda hüsn-xülq olduğuna cəsarət ilə ərz edirəm. Axund ağa, bir az da pərdə dalına çəkilsən pis olmaz. Bəlkə allaha təvəkkül, səni pərdə dalında görüb müsəlman aləmində bə’zi biar mollalar ibrət götürsünlər. Təbriz dedim, ağayi-büzürkəvarın sizə təqdim etdiyi sifariş xəyalıma gəldi. Keçən gün Əmir timçəsində Məşədi Qazım dəllal ilə «Ağa»-nın bir-birinə tapança çəkmələrindən söhbət edirdim. Onda gördüm bir nəfər gəldi ki, səni «Ağa» çağırır. Dedim inşallah yaxşı oldu. Görəsən hansı yalançı qəbaləyə qol çəkdirəcək, yenə bir-iki qran mənə yapışar. Haman adam ilə gəlib məhkəməyə, gördüm, «Ağa» oturub mənə baxıb gülür. Mən də salam verib oturdum. Buyurdu, Hərdəmxəyal, bilirsən səni nədən ötrü çağırmışam? Ərz elədim xeyir. Buyurdu, əvvəl bizi bir yaxşı tə’rif edəsən, özgə yerdə millət qəmi çəkən mollalar oxuyub bilsinlər ki, tək onlar deyil, biz də qəm çəkməkdən çöpə dönmüşük. Bir də mənim yoldaşım Fəxrululəmanın şəklini jurnalda çəkəsən, amma qabağından sallanan şalvar bəndlərini çəkməyəsən.
Başqa şairlərin şeirləri
Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
MənəmMüşkül işə düşəndə çağırram səni,Yetiş fəryadıma ya İsa mənəm
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,