Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq
Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.
Atəşi-qəmdən nə qorxaq kim, səməndərxislətik,Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq.
Pirimiz piri-muğandır, xadimi-meyxanəyik,Rindlər zövqün görüb, divanələrdən çıxmışıq.
İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük,Yoxsa, min-min məclisi-məstanələrdən çıxmışıq.
Gah öpüb yarın ayağın, gah dolanmıq başına,Biz pərişan zülflərtək şanələrdən çıxmışıq.
Bir şüanın zərrəsindəndir, fəqət rəng özgədir,Deyrilərdən, məscidi-viranələrdən çıxmışıq.
Qədrü qiymətsiz bizi zənn etmə, Vahid, arif ol!Pürbəha gəncinəyik, viranələrdən çıxmışıq.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-biz-xerabet-ehliyik-meyxanelerden-cixmisiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə qəm, əldə dolu peymanə olandan sonra?!Sənə ümmid evi meyxanə olandan sonra.
Gəlməsə üstümə yarım mən öləndən sonraGəlməsə üstümə yarım mən öləndən sonra,Tutmaz aram məzarım mən öləndən sonra.
Mən neylirəm o dilbəri, şirindil olmasa?Mən neylirəm o dilbəri, şirindil olmasa?Bülbül baharə eşq yetirməz gül olmasa!
Neyləsin biçarə aşiq, yar əgər yar olmasa?Neyləsin biçarə aşiq, yar əgər yar olmasa?Xarə yalvarmazdı bülbül, eşqi-gülzar olmasa!
Başqa şairlərin şeirləri · Eşq
Olmuşam dəhri-bəla içrə bu gün divanə mən,Varmadım meyxanəyə, sındırmadım peymanə mən.
وقت سحر، به آینهای گفت شانهایکاوخ! فلک چه کجرو و گیتی چه تندخوست
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Kor olduGözün baxa-baxa, qızın kor oldu,Dərdin nə böyükdü, ay anam mənim!