Nə qəm, əldə dolu peymanə olandan sonra?!Sənə ümmid evi meyxanə olandan sonra.

Cami-mey zövqünə vaqif deyil irad eləyən,Əhli anlar onu, məstanə olandan sonra.

Ya əsir eylə qəra zülfə və ya zəncirə,Fərqi yox aşiqə, divanə olandan sonra.

Anladım şəm qəmindən nə çəkir pərvanə,Yarımın şəminə pərvanə olandan sonra.

Ey yaxan könlüm evin, indi gəl abad eylə,Kim baxar bir evə viranə olandan sonra?!

Eşqi-Leylada nələr çəkdiyini MəcnununBilmişəm aqilü fərzanə olandan sonra.

İndi, Vahid, nə edək bəs, əlimizdən nə gələrAşinalar bizə biganə olandan sonra?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq